K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə58/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   ...   53   54   55   56   57   58   59   60   61

 
-224 -  
 
Kiçik tonqalın nağılı 
 
Ağıllı sevgi – çaya girirsən, o biri sahil görünür, 
çıxmaq imkanı sənə ümid verir. 
Dəli sevgi – dənizə girirsən, o biri tərəf görünmür və 
səni cəlb edən məhz bu ənginlik, sonsuzluq,  
səni cəlb edən – çıxa bilməmək əndişəsidir. 
 
Əbu Turxan 
 
Qarlı  bir  gecə.  Meşənin  içi  ilə  uzanan  bir  yol.  Yolun 
kənarında  xarab  olmuş  bir  maşın  və  yarı  yolda  qalmış  bir 
adam.  O,  kiçik  bir  tonqal  qalayıb  oturub  kənarında:  bu  so-
yuqda  azacıq  da  olsa  bir  hərarət  versin,  gecənin  zülmətində 
bir  işıq  salsın,  kimsəsiz  vəhşi  meşədə  bir  həmdəm  olsun, 
ürpərdici  səssizlikdə  tənhalığını  bölüşsün  deyə.  Sönməsin 
deyə  yolçu  ara-sıra  xırda  çırpılar  atır  bu  kiçik  tonqala… 
yanması üçün ümid verir. Bu an bu ocaq ona hər şeydən çox 
doğmadır, yaxındır, onu dünyalara dəyişməz… bu an o qədər 
xoş, o qədər sakitdir ki, onun bitməyini heç istəmir.  
Amma  sabah  açılacaq,  yolçu  maşınını  təmir  etdirib 
yoluna  davam  edəcək,  evinə  –  ocağının  başına  tələsəcək… 
Düşünməyəcək ki, arxada məhəbbətlə, ümidlə qaladığı kiçik 
bir  tonqal  balaca  bir  çırpının  həsrəti  ilə  soyuqdan  sönüb-
donacaq.  Bu  onu  narahat  etmir:  o,  tonqala  özündən  heç  nə 
verməmişdi,  verdikləri  ətrafda  atılıb  qalmış  çır-çırpı  idi.… 
O,  ürəyinin  hərarətini  evdəki  ocağı  üçün  saxlayırdı,  ora 
lazım idi. 


 
- 225 -  
…Görəsən mənim bildiklərimi o kiçik tonqal bilsəydi, 
o  yolçuya  öz  hərarətini  verərdimi,  onun  tənhalığını  bölü-
şərdimi,  onunla  o  qədər  doğmalaşardımı,  özünü  onun  bar-
maq boyda quru çırpısına möhtac edərdimi?! 
 
 
Açıq qapı 
 
Mövlananın bir hekayəti var: 
«Aşiq  –  gəlib  sevgilisinin  qapısını  döyür.  Sevgili 
soruşur: 
– Kimdir? 
– Mənəm. 
– Get, vaxtsız gəlibsən, bura xam adamın yeri       
   deyil.  
Aşiq  gedir,  bir  müddət  ayrılıq,  həsrət  odunda  yanıb-
qovrulur. Yenidən qayıdıb qapını döyür. 
– Kimdir? – deyə sevgili soruşur. 
–  Sənsən. 

 
 Mənsənsə, gir içəri, məkan dardır, iki adam  
   sığmaz».     
Burada düşündürücü çox məqam var. Mənim diqqətimi 
isə açılmayan qapı cəlb etdi. 
Bəzən  bağlı  qapı  qırıq  qanadların,  qarşısı  alınan  arzu-
ların rəmzi kimi təsvir edilir. Maraqlıdır, Mövlananın dediyi 
qapı  birinci  dəfədən  açılsaydı  nə  olardı?  Yəqin  hələ  bər-
kiməmiş,  sınaqdan  çıxmamış  kövrək  bir  hiss  reallığın  ilk 
təkanından yıxılardı. Hələ hisslər səviyyəsində olan bir duy-


 
-226 -  
ğu  başqa  bir  hisslə  sıxışdırılıb  çıxarılardı.  Eşq  doğulmazdı. 
Bağlı qapı eşq yaratdı?! Qəribə bir paradoks! 
  
Mən  səni  tanıyanda  mənim  bütün  qapılarım  bağlı  idi. 
Amma  heç  bir  eşq  yox  idi.  Heç  açarım  da  yox  idi.  Əvvəl 
mənə  açarın  yerini  göstərdin.  Tapanda  necə  sevinmişdim. 
Qapını  açıb  içəri  girəndə...  səni  gördüm.  Təəccübləndim, 
sonra  da  təəccüblənməyimə  təəccübləndim  –  orada  səndən 
başqası ola bilməzdi axı, oranı səndən başqa tanıyan da  yox 
idi axı.  
Səni gördüm, sevindim, ancaq qapının kandarından ke-
çə bilmədim. Qorxdum. Yarana biləcək eşqdən qorxdum. Elə 
bildim qapı açıq qalsa eşq də qorxub yaxın gəlməz.  
Məni  yaxına  çağırdın,  «Sənin  ruhunun  məkanı  bura-
dır», – dedin, mən ürək eləmədim, amma çevrilib getmədim 
də, ...ruhum qoymadı. Elə kandarda dayanıb durdum. 
Zaman keçdi. Buranın doğmalığını, əzizliyini gördüm, 
duydum, yaşadım və... yavaş-yavaş otağın içinə girdim. Sənə 
addım-addım  yaxınlaşdım.  Necə  böyük  səbrin  varmış!  Nə 
mənim 
addımlarımı 
tələsdirdin, 
nə 
qalxıb 
qapıya 
yaxınlaşdın.  Könül  otağımın  tən  ortasında  oturub  mənim 
ruhumun  məni  sənə,  daha  doğrusu,  məni  mənə  yaxın-
laşdırmağına  tamaşa  eləyirdin.  Gözü  arxadakı  açıq  qapıda 
qalan  bədənimin  necə  böyük  tərəddüdlərlə  ruhuma  təslim 
olmağının  müşahidəçisi  idi.  Yalnız  hərdən  arxamca  qapını 
örtməyi  xahiş  edirdin:  gözümü  arxadan  çəkmək,  yad 
gözlərdən qorunmaq, daha ürəklə irəli yeriməyim üçün. Hər 
xahişdə  mən  bir  addım  geri  dururdum,  çünki  deyilənləri  bir 
an  sonra  öhdəsindən  gələ  bilməyəcəyim  bir  təhlükənin 


 
- 227 -  
xəbərdarlığı  kimi  yozurdum.  Sən  daha  onu  da  tərgitdin, 
yalnız sevgi dolu baxışlarınla mənim gəlişimi izlədin. 
Artıq sənə lap yaxınlaşmışdım. Artıq nəfəsini hiss edir-
dim,  ürəyinin  döyüntüsünü  duyurdum.  Əlini  uzatsan  mənə 
çatardı.  Ancaq  nə  sən  əlini  uzadırdın,  nə  mən...  İkimizin  də 
gözü açıq qapıda idi.  
Onu örtmək üçün bir-birimizdən  yenə  aralanmalı  idik. 
Bu daha neçə müddət ayrılıq deməkdi!  
Onu  örtmək  üçün  dəhlizdəkilərlə  üzləşməli  idik.  Bu, 
neçə qınağ dolu baxışların altında əzilmək deməkdi!  
Onu örtmək üçün yenə bədənin hökmünə düşməli idik. 
Bu,  artıq  nə  qədər  yol  keçib  yorulmuş,  əldən  düşmüş  bir 
ruhun yenidən yaşanacaq tərəddüdlərdən, həyəcanlardan geri 
dönməmək təhlükəsi deməkdi! 
Allah  ruhu  bağlı  bir  məkana  salmaqla  ona  özünüdərk, 
dünyanın  ən  gözəl  hissini  –  eşqi  yaşamaq    imkanı  verib. 
Yəqin  hələ  bədən  qazanmamış  ruhlar  yerdəki  ruhlara  həsəd 
aparırlar.  Bəlkə  də  eşq  kimi  bir  oda  düşdükləri  üçün  onlara 
yazıqları gəlir...    
 
 
Əqlin könülə etirafı 
 
Gəzdin-dolandın,  yenə  mənim  yanıma  qayıtdın.  Yara-
landın,  məğlub  oldun,  yenə  sığınacağı  mənim  yanımda 
tapdın. 
Məni sevmirsən. Səni incidirəm, aramızda barışıq yox-
dur…  ancaq  səni  məndən  yaxşı  kim  başa  düşər?  Sənin  ağ-
rılarını məndən  yaxşı kim duyar? Bunu sən də  bilirsən, dö-


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə