“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

20 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

ümumiyyətlə, Bakıda yaşayan məcburi köçkünlərin rəsmi və qeyri-rəsmi əmək bazalarına 

çıxış imkanları baxımından kəndlərdə yaşayan məcburi köçkünlərə nisbətən daha yaxşı 

şəraitdə  olduqları  hiss  olunur.  Belə  ki,  Bakı  və  Gəncə  şəhərlərində  sorğuya  cəlb  olu-

nan  məcburi  köçkün  olan  kişilərin  əksəriyyəti  qeyri-rəsmi  əmək  bazarında  çalışdıqlarını 

qeyd  etmişlər.  onların  çoxu  kiçik  ticarətlə  məşğul  olur  və  ya  avtomobili  olanlar 

lisenziyalaşdırılmamış taksi xidməti göstərir. digərləri isə xalq arasında “qul bazarı” kimi 

tanınan qeyri-rəsmi əmək bazarlarında aşağı ödənişlə fəhlə kimi çalışırlar. sorğuya cəlb 

olunan məcburi köçkün olan qadınlar isə, kişilərdən fərqli olaraq, qadınların əksəriyyətinin 

işləmədiyini və vaxtlarının çoxunu evdə keçirdiyini bildirmişlər. Az sayda məcburi köçkün 

qadınlar dövlət sektorunda, əsasən müəllimə və tibb bacısı kimi və ya bəzən həkim kimi 

çalışırlar, digərləri isə qeyri-rəsmi (əmək müqaviləsi bağlamadan) xadimə, çörək bişirən 

kimi  fəaliyyət  göstərir  və  ya  bazarlarda  ticarətlə  məşğul  olurlar.  çörəkbişirmə  sexində 

yarım-ştat işçi kimi çalışan bir nəfər məcburi köçkün qadın öz işini aşağıdakı kimi təsvir 

edir:


“Mən çörək sexinə gecə saat üçdə gedirəm və növbəti gün günorta saat dördə 

işdən çıxıram. Hər günə 5 AZN [6.30 ABŞ dolları] qazanıram. Bu işi mən iki nəfər 

başqa qonşularımla bölüşürəm [digər bir məcburi köçkün qadınla]. Hətta bu [aşağı 

ödənişli] işi də bizə çox görürlər [və biz bunu öz aramızda bölüşməliyik].”

41

Məcburi köçkünlərin bu çətinliklərinə baxmayaraq, yoxsulluq və işsizlikdən eyni səviyyədə 

əziyyət çəkən bəzi yerli sakinlər narazılıqlarını ifadə edirlər və hesab edirlər ki, məcburi 

köçkünlər  onlara  verilmiş  xüsusi  statusdan  sui-istifadə  edirlər  və  yerli  sakinlərin  çalışa 

biləcəkləri iş yerlərini onların əlindən alırlar:  

“Onlar  [məcburi  köçkünlər]  daha  yaxşı  yaşayırlar  [yerli  sakinlərdən].  Onlar  heç 

nədən  utanmırlar.  [Öz  statuslarından  istifadə  edərək]  onlar  kommunal  xidmət 

sahələrində, xəstəxanalarda iş tələb edir və əldə edirlər. Hər bir işdə onlar çalışırlar. 

Ancaq biz [yerli sakinlər] utancağıq və onlar kimi tələbkar deyilik.” – Bakı şəhərində 

yaşayan yerli xanım. 

eyni zamanda, yerli sakinlər belə hesab edirlər ki, uzun illər yaşadıqları ağır həyat tərzi 

məcburi köçkünlərə yerli əhali ilə müqayisədə daha fəal və işgüzar olmağı öyrətmişdir və bu 

da onlara qeyri-rəsmi əmək bazarında mövcud olan imkanlardan daha çox faydalanmağa 

kömək edir:



“Qaçqınlar çox çalışqandırlar. “Qul bazarında” onları yaxşı tanıyırlar. Nə iş olsa 

orda  işləyirlər.  Onlar  daha  yaxşı  qazanırlar  və  çalışqan  olduqlarına  görə  yerli 

işçilərlə  müqayisədə  onlara  üstünlük  verirlər”  –  Gəncə  şəhərində  yaşayan  yerli 

sakin qadın. 

Kənd yerlərində məcburi köçkün düşdükləri zaman torpaq sahələrini zəbt etmiş məcburi 

41

  Fokus qrup müsahibəsi, Bakı şəhərindəki yataqxanada yaşayan məcburi köçkünlər, oktyabr, 2011.




21 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

köçkünlərlə yanaşı əyalətdəki şəhər və kəndlərdə yaşayan torpaq sahəsinə malik olmayan 

və buna görə də daha çox sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlər də vardır. 

Kənd yerlərində yaşayan və torpaq sahəsi olmayan məcburi köçkünlərin əksəriyyəti yerli 

fermerlərin sahələrində işləyirlər. qısa məhsul yığımı dövründə onların gündəlik qazancı 

yalnız 3-5 Azn (4-6 ABŞ dolları) təşkil edir.   

Bakının kənarında yerləşən kiçik pirşağı qəsəbəsində köhnə sanatoriyada məskunlaşmış 

məcburi köçkünlər iyirmi ildən artıq köçkünlük həyatı yaşamalarına baxmayaraq onların 

əvvəlki qonşularından fərqli olaraq onlara torpaq sahəsi verilmədiyindən şikayət edirdilər. 

eyni  sanatoriyada  yaşamış  ermənistandan  olan  azərbaycanlı  qaçqınlar  yeni  evlərə 

köçürülmüş və onlara torpaq sahələri verilmişdir.

42

 Məcburi köçkünlər qeyd edirlər ki, əgər 



onlara natural təsərrüfatla məşğul olmaq üçün kiçik torpaq sahələri verilərsə bu onların 

həyat şəraitini xeyli yaxşılaşdıra bilər. 

Ağdam rayonunda son illərdə salınmış təzəkənd qəsəbəsində yaşayan məcburi köçkünlər 

qeyd edirlər ki, bu qəsəbə onların bundan əvvəl qoyunları otarmaq üçün istifadə etdikləri 

ərazidə inşa edilmişdir. nəticədə onların mənzil şəraitinin yaxşılaşdırılması dolanışıq üçün 

istifadə etdikləri torpaq sahəsini itirmələri hesabına baş tutmuşdur. 

Bir  çox  hallarda  məcburi  köçkünlər  özləri  hərəkətə  keçmiş  və  boş  torpaq  sahəsini  zəbt 

etmişlər. Gəncə şəhərinin kənarında yerləşən inzibati binanı zəbt etmiş iyirmi ailə bina-

ya yaxın olan 3.5 hektar ərazini təmizləmiş və buranı xırda torpaq sahələrinə bölmüşlər. 

hazırda onlar burada özləri üçün kənd təsərrüfatı məhsulları becərir və ev quşları saxlayırlar 

ki, bu da onlara əlavə gəlir əldə etməyə kömək edir.  

tərtər  və  Ağdam  rayonlarında  səfər  edilən  kəndlərdə  suvarma  və  içməli  su  təchizatı 

məcburi  köçkün  və  yerli  əhalinin  əsas  problemlərindən  biri  kimi  qeyd  edilmişdir.  tərtər 

rayonunda sakinlər şikayət edirlər ki, ermənistan tərəfi tərtərçay çayından gələn suyun 

qarşısını alır və çaydan axan az miqdarda su yerli dövlət rəsmiləri ilə yaxın əlaqəsi olan bir 

neçə yerli imkanlı fermerlər tərəfindən istifadə edilir.   

suvarma üçün çay suyunun olmaması səbəbindən məcburi köçkün əhali əsasən artezian 

quyularından  istifadə  edir  ki,  bunlar  da  icmaların  suya  olan  tələbatını  ödəmir  və  tez  is-

tismardan  çıxır.  Bütövlükdə  kənd  yerlərində  hökumət  artezian  quyularının  istifadə  etdiyi 

elektrik enerjisi xərcinin 90 faizini ödəyir və yerdə qalan 10 faizi kəndlilər ödəyirlər. La-

kin resurslardan sui-istifadə olunmasının və dövlətin verdiyi subsidiyanın həddindən çox 

xərclənməsinin qarşısını almaq üçün hökumət bu artezian quyularında istifadə olunan ele-

ktrik enerjisinə məhdudiyyətlər tətbiq etmişdir. çox istifadə olunduğuna görə su quyularının 

elektrik enerjisindən istifadə həddi suvarma mövsümünün başa çatmasından əvvəl yayın 

ortasında  hökumətin  təyin  etdiyi  limitə  çatır  və  bu  da  torpaqda  işləyən  insanların  su 

təchizatında problemlər yaradır. 

42

  Bakının yaxınlığındakı pirşağı qəsəbəsində yaşayan məcburi köçkün qadınlarla fokus qrup müsahibəsi, senty-



abr, 2011.


Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə