“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   12   13   14   15   16   17   18   19   20

43 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

Bu narahatçılıqları aradan qaldırmağın bir yolu məcburi köçkünlərin ictimai binalardan yeni 

xüsusi tikilmiş mənzillərə və qəsəbələrə köçürülməsini başa çatdırmaq və bu evlər və kənd 

yerlərində müvəqqəti verilmiş torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarını təmin 

etməkdir. Bu təcrübə Gürcüstanda həyata keçirilmişdir, belə ki, burada hökumət mənzil 

sahəsini məcburi köçkünlərə simvolik ödəniş müqabilində satmışdır. ümumi narahatçılığı 

aradan qaldırmaq və bu qərarın siyasi cəhətdən cəlbedici olması üçün vurğulamaq lazımdır 

ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi daşıyan bu tədbirlər im-

kan yarandığı halda onların geri qayıtmaq hüququna mane olmur.      

Maraqlıdır  ki,  sosial  təcrid  olunduqlarına  görə  narahatlıqlarını  və  vətənlərində  məcburi 

köçkün həyatı yaşadıqlarına görə özlərini alçaldılmış hiss etdiklərini ifadə etsələr də söhbət 

edilən məcburi köçkünlərin əksəriyyəti özlərinin məcburi köçkün statusunu və məktəblər, 

səhiyyə müəssisələri və sürgündə olan yeli icra hakimiyyəti orqanları kimi dövlət təsisatlarını 

qoruyub saxlamaq istəyirlər. Bir tərəfdən bu cür mühafizəkar maraqlar onların öz doğma 

yurdlarına olan emosional bağlılıqları ilə əlaqədardır və bu bütün məcburi köçkünlərin, o 

cümlədən  köçkünlük  ərazisində  doğulan  gənc  nəslin  lokal  səviyyədə  kimliyini  müəyyən 

edir. digər tərəfdən, məcburi köçkünlərin özlərinin fərqli xüsusiyyətlərini qoruyub saxlam-

aqda maraqlı olması sırf praqmatik maraqlara dayanır. Belə ki, bu status onlara müəyyən 

maliyyə  gəliri,  imtiyazlar  və  potensial  olaraq,  pulsuz  mənzil  sahəsi  verilməsi  imkanı  ilə 

təmin edir. Bundan əlavə məcburi köçkün rayonlarının dövlət müəssisələri onları işlə və 

ictimai xidmətlərlə təmin edir.     

Məcburi  köçkünlərin  yaşayış  yerlərində  inteqrasiyası  onların  qayıdış  hüququna  zərər 

vurmamalıdır. eynilə, qayıdış məcburi köçkünlər üçün yeganə mümkün olan seçim kimi 

nəzərə  alınmamalıdır.  qeyd  etmək  lazımdır  ki,  qayıdış  kollektiv  hüquq  deyildir,  o  bir 

neçə fundamental insan hüquqlarından, o cümlədən öz evinə qayıtmaq hüququndan və 

fərdi  mülkiyyət  hüququndan  irəli  gələn  fərdi  insan  hüququdur.  Fərdi  səviyyədə  məcburi 

köçkünlərin  davamlı  çözüm  yolları,  o  cümlədən  qayıdış,  yerli  inteqrasiya  və  ya  ölkənin 

hər hansı bir yerində məskunlaşma ilə bağlı qavrayışları və üstünlükləri fərqli ola bilər. Bu 

səbəbdən də dövlətin siyasəti hər üç seçimin məcburi köçkünlərin fərdi istəklərinə uyğun 

olaraq təmin olunmasını nəzərdə tutmalıdır.    



45 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

nəticə

d

inc  birgə  yaşama  və  qarşılıqlı  dəstək Azərbaycanda  məcburi  köçkünlər  və  yerli 



icmalar  arasında  olan  qarşılıqlı  əlaqələri  təsvir  edən  əsas  əlamətlərdir.  Bu  həm 

ictimai, həm də şəxsi səviyyədə olan əlaqələrə aid edilə bilər. Araşdırma zamanı 

hər iki qrup bildirmişdir ki, onların arasında hər hansı ciddi münaqişə və ya gərginlik yoxdur 

və  eyni  dil  və  mədəni  dəyərlərə  malik  olmaları  onların  arasında  sosial  sahədə  birlik  və 

qarşılıqlı  anlaşmanın  güclənməsinə  kömək  edir.  Bununla  belə,  mövcud  vəziyyətə  daha 

yaxından baxdıqda hiss olunur ki, ictimai məzəmmət və təcridolunma məcburi köçkünlərin 

üzləşdikləri əsas çətinliklərdir. İctimai məzəmmət özünü daha çox şəhərlərdə göstərir, belə 

ki, burada yerli insanlar məcburi köçkünlərə şəhər həyatına uyğunlaşa bilməyən “kəndli” 

kimi  baxırlar.  təcridolunma  rayon  mərkəzlərindən,  şəhərlərdən  və  qəsəbələrdən  aralı 

inşa edilmiş yeni qəsəbələrdə açıq-aşkar nəzərə çarpır və bu da hər iki qrup arasındakı 

əlaqələrin və qarşılıqlı ünsiyyətin zəifləməsinə səbəb olur.

yerli icmaların məcburi köçkünlərlə bağlı olan ən böyük narazılıqlarının səbəbi iyirmi il ərzində 

məcburi köçkünləri xüsusi müdafiəyə ehtiyacı ola həssas qrup kimi nəzərdə tutan hökumət 

siyasətindədir. yerli  icmalar  hesab  edirlər  ki,  bəzi  məcburi  köçkünlər  onlara  verilmiş  bu 

imtiyazlardan öz maraqları üçün istifadə edirlər və ya yerli insanlarla olan mübahisələrində 

öz statuslarından sui-istifadə edirlər. yerli icmalar eyni zamanda düşünürlər ki, hökumət 

tərəfindən  məcburi  köçkünlərə  göstərilən  davamlı  və  hətta  artan  yardımlar  və  məcburi 

köçkünlərin dolanışıq ehtiyaclarının qarşılanmasına yönəlmiş fəaliyyət ümumilikdə yoxsul 

əhalinin ehtiyaclarının kölgədə qalmasına səbəb olmuşdur.     

Məcburi köçkünlüyün artıq iyirmi il davam etdiyi bir şəraitdə, dəyişmiş və dəyişməkdə olan 

şəraiti və məcburi köçkünlərin ehtiyaclarını nəzərə almaqla mövcud siyasətin ciddi şəkildə 

yenidən  baxılmasına  ehtiyac  vardır.  hökumət  qəbul  etməlidir  ki,  məcburi  köçkünlərin 

hamısına eyni cür yanaşma artıq effektiv yardım strategiyası kimi özünü doğrultmur, çün-

ki bu yanaşma məcburi köçkünlərin artıq daha az homogen bir qrup olduğunu, müxtəlif 

dərəcədə iqtisadi çətinlik və müxtəlif müdafiə ehtiyaclarının olduğunu nəzərə almır.  

Bundan  əlavə,  məcburi  köçkünləri  narahat  edən  bəzi  məsələlər–mənzil  şəraitinin  pis 

olması və mülkiyyət hüquqlarının olmaması–əsasən onların köçkünlük problemi ilə bağlı 

olsa da, digər çətinliklər, məsələn su təchizatı və ya dolanışıq müstəsna olaraq yerdəyişmə 

ilə  bağlı  deyil  və  bütün Azərbaycan  ərazisində  rast  gəlinən  ümumi  problemlərdir.  Buna 

görə də, xüsusilə yoxsul kənd yerlərində həm məcburi köçkünlərə, həm də qeyri-məcburi 

köçkün  icmalarına  yönəlmiş  hərtərəfli  yardımların  həyata  keçirilməsinə  ehtiyac  vardır. 

Bu  cür  hərtərəfli  yanaşma  məcburi  köçkünlər  və  onların  məskunlaşdıqları  yerli  icmalar 

arasındakı gərginliyin aradan qalxmasına və eyni zamanda məcburi köçkünlər arasında 

iqtisadi müstəqilliyin artmasına kömək edər.    




46 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

hökumətin  məcburi  köçkünlərin  iqtisadi  müstəqilliklərinin  daha  da  yaxşılaşdırılmasına 

yönəlmiş  daha  fəal  siyasət  yürütməsinə  mane  olan  geniş  yayılmış  narahatçılıq  ondan 

ibarətdir ki, məcburi köçkünlərin iqtisadi müstəqilliklərini və yerli inteqrasiyasını artırmaqla 

hökumət məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq ehtimalını azalda bilər. Bu 

narahatçılığı  məcburi  köçkünlərin  əksəriyyəti  etiraf  edir.  nəticədə,  hökumət  tərəfindən 

həyata  keçirilən  mövcud  yardım  strategiyası  əsasən  qısamüddətli  dolanışığın  təmin 

olunması məqsədi daşıyır və bu da məcburi köçkünlərin bu yardımdan asılılığını artırır və 

onların özlərinə olan inamını azaldır.  

Azərbaycan  hökumətini,  geniş  ictimaiyyəti  və  xüsusən  də  məcburi  köçkünləri  yerli  inte-

qrasiya  və  qayıdış  arasında  seçimin  birinin  digərini  istisna  etmədiyinə  inandırmaq  çətin 

vəzifə  olaraq  qalır.  əlbəttə  ki,  yardım  siyasəti  məcburi  köçkünlərin  vaxt  keçdikcə  hansı 

davamlı  çözüm  yoluna  üstünlük  vermək  qərarlarına  təsir  edəcəkdir.  Buna  baxmayaraq, 

məcburi  köçkünlərin  iqtisadi  müstəqilliklərinin  artırılması  məqsədi  daşıyan  fəaliyyətlər 

onların qayıdış hüququna mane olmamalıdır. əksinə, digərlərindən asılı olan və hökumətin 

müdaxiləsi olmadan öz maraqlarını müstəqil şəkildə müdafiə edə bilməyən özünə inamsız 

fərdlərdən  fərqli  olaraq,  özünə  güvənən  məcburi  köçkünlərin  şüurlu  şəkildə  doğma 

yurdlarında qayıdıb orada öz həyatlarını tədricən yenidən qurması daha real görünür.       

sonda, araşdırmanın gəldiyi əsas nəticələrdən biri budur ki, hökumət cəbhə xəttinə yaxın 

yerlərdəki kəndlərdə yaşayan icmalara – o cümlədən məcburi köçkün və qeyri-məcburi 

köçkün icmalarına –olan diqqətini daha da artırmalıdır. yerləşmə baxımından bu icmalar 

silahlı toqquşma, nizamsız açılan atəş və mina partlayışlarına qarşı xüsusilə həssasdırlar. 

hökumət  nizamsız  açılan  güllə  atəşindən  mühafizə  məqsədilə  müdafiə  divarlarını  inşa 

etdirməklə və cəbhə xəttində yaşayan bəzi icmalara məcburi köçkün imtiyazları verməklə 

onların  təhlükəsizliyi  və  həyat  şəraitinin  yaxşılaşdırılması  məqsədilə  müəyyən  tədbirlər 

həyata keçirmişdir. Bununla belə, hökumətin bu siyasətində davamlılıq yoxdur, belə ki, bu 

icmalardan bəziləri, o cümlədən qeyri-məcburi köçkünlər eyni şəraitdə yaşayan digər ic-

malarla müqayisədə daha çox imtiyazlar və üstünlüklərlə təmin olunmuşlar. Bu səbəbdən, 

Azərbaycanda cəbhə xəttində yaşayan icmalardakı vəziyyəti ətraflı öyrənmək və onların 

xüsusi ehtiyaclarına cavab verən strategiyaların işlənib hazırlanmasına ehtiyac vardır.          



47 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

İstinAd ediLMiŞ MənBəLər

“Amnesty international” təşkilatı, Azərbaycan: Qovulmuş və sonradan Diskriminasiya 



Olunmuşlar – məcburi köçkün əhalinin vəziyyəti, 28 iyun 2007.

Azərbaycan  respublikası  dövlət  neft  Fondu,  “qaçqın  və  məcburi  köçkünlərin 

problemlərinin həlli” 20 oktyabr, 2011 tarixdə əldə edilmişdir, mənbə: http://www.oilfund.az/

en_us/layiheler/mecburi-koeckuenlerin-meskunlasdirilmasi.asp



“В Азербайджане около шести тысяч семей беженцев поселились в пустовавших 

домах”, [Azərbaycanda təxminən 6,000 məcburi köçkün ailəsi boş evlərdə məskunlaşıb], 

23  dekabr,  2010.  20  oktyabr,  2011  tarixdə  aşağıdakı  mənbədən  əldə  edilmişdir:  http://

news.day.az/politics/art244927.html  

Bələdiyyələrin formalaşdırılmasında məcburi köçkünlərin iştirakı problemi” mövzusun-

da dəyirmi masa keçirilib, ApA İnformasiya Agentliyi, 12 noyabr, 2011. 20 noyabr, 2011 

tarixdə əldə edilmişdir, mənbə: http://www.apa.az/az/news.php?id=240892  

Brukinqs İnstitutu – Bern universiteti, Məcburi Köçkünlük üzrə Layihə, IASC Məcburi 

Köçkünlər üçün Davamlı çözüm Yolları üzrə Çərçivə sənədiaprel 2010. 

de  vaal,  tomas,  hüseynov,  təbib  və  Karaşvili  culia,  “Ermənistan,  Azərbaycan  və 



Gürcüstandakı  qaçqın  və  məcburi  köçkünlərin  vəziyyəti”,  Avropa  parlamentinin  Xarici 

Məsələlər üzrə Komitəsinin xahiş ilə arayış sənədi, noyabr, 2007-ci il. 

dünya Bankı, Azərbaycan: Mülkiyyətin Qurulması və İqtisadi Müstəqilliyin Dəstəklənməsi: 

Məcburi Köçkünlərin Həyat Şəraiti, № AAA64-Az saylı hesabat, oktyabr, 2011. 

dünya  Bankı,  Azərbaycanda  Həyat  Şəraitinin  Qiymətləndirilməsi  üzrə  Hesabat

№52801-Az  saylı  hesabat,  mart,  2010,  mənbə:  http://www-wds.worldbank.org/external/

default/Wdscontentserver/Wdsp/iB/2011/02/04/000003596_20110207151220/ren-

dered/pdF/project0inform1nt1revised0after0pcn.pdf

dünya Bankı, Azərbaycanda səhiyyə sektoruna Baxış qeydi, 2005. 15 oktyabr, 2011 

tarixdə aşağıdakı mənbədən əldə edilmişdir: http://siteresources.worldbank.org/intAzer-

BAiJAn/resources/healthsectornote_vol.1.pdf 

“qaçqınların  və  Məcburi  Köçkünlərin  yaşayış  Şəraitinin  yaxşılaşdırılması  və 

Məşğulluğunun  Artırılması  üzrə  dövlət  proqramı”nın  təsdiq  olunması  üzrə  Azərbaycan 

respublikası prezidentinin Fərmanı, Bakı şəhəri, 1 iyul, 2004. 

quliyeva, Günel, yazdani, Jdan, Azərbaycanda məcburi köçkünlər, 17 dekabr, 2009. 

20 oktyabr, 2011 tarixdə aşağıdakı mənbədən əldə edilmişdir: http://www.balcanicaucaso.

org/eng/regions-and-countries/Azerbaijan/idps-in-Azerbaijan

həsənov,  əli,  Baş  nazirin  müavini  və  qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri 

üzrə dövlət Komitəsinin sədri, məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur




48 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”



Azərbaycan qəzeti, 22 may 2011.

hüseynov, təbib, Qayıdış və onun alternativləri: Ermənistan-Azərbaycan münaqişəsi 



üzrə  araşdırma,  “Dağlıq  Qarabağ  Münaqişəsində  Məcburi  köçkünlük:  Qayıdış  və  onun 

Alternativləri”, London, avqust, 2011. 

“Məcburi Köçkünlərin və onlara Bərabər tutulan Şəxslərin sosial Müdafiəsi haqqında” 

Azərbaycan respublikasının qanunu, 21 may, 1999. 

Məleykə Abbaszadə: Məcburi Köçkün Məzunların Qəbul İmtahanlarındakı Nəticələri 



İldən-ilə Yüksəlir”, 525-ci qəzet, 22 dekabr, 2010.

Məmmədova, Kəmalə, Azərbaycan cəbhə xəttində mühafizə divarı tikir, “Anspress.

com”,  11  oktyabr,  2011.  20  oktyabr,  2011  tarixdə  aşağıdakı  mənbədən  əldə  edilmişdir: 

http://anspress.com/index.php?a=2&lng=az&nid=121041 

süleymanov,  rəşad,  komitə  sədri: Azərbaycanda  400,000  məcburi  köçkün  hələ  də 

ağır şəraitdə yaşayır,

 25 noyabr, 2010. 20 noyabr, 2011 tarixdə aşağıdakı mənbədən əldə 

edilmişdir: http://en.apa.az/news.php?id=135109

süleymanov, rəşad, Azərbaycan  “Böyük  Qayıdışa” hazırdır,

 28 iyul, 2009. 20 noy-

abr,  2011  tarixdə  aşağıdakı  mənbədən  əldə  edilmişdir:  http://www.apa.az/en/news.

php?id=105516

taqverker,  natali,  “Azərbaycan  sonuncu  qaçqın  düşərgələrini  bağlayır”  7  fevral, 



2008.  10  oktyabr,  2011  tarixdə  aşağıdakı  mənbədən  əldə  edilmişdir:  http://www.unhcr.

org/47aaf6734.html

yunusov, Arif,  və  Baqdasaryan,  Laura,  “Azərbaycan  və  Ermənistan  cəmiyyətlərində 

müharibə, sosial dəyişiklik və ‘nə müharibə, nə sülh’ sindromları”. “Liderlik Hədləri: Dağlıq 

Qarabağ Sülh Prosesində Elita və Cəmiyyətlər”  red. Laurence Broers, London: concilia-

tion resources, 2006




49 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

MetodoLoGiyA 

Bu hesabat Azərbaycanın şəhər və kəndlərində 2011-ci ilin sentyabr və oktyabr aylarında 

əsasən fərdi və qrup şəklində həyata keçirilmiş müsahibələr, eləcə də sahə müşahidələri 

əsasında əldə edilmiş empirik məlumatlara əsaslanır. Müsahibələrdə, məcburi köçkünlər 

və  qeyri-məcburi  köçkün  sakinlər,  dövlət  rəsmiləri  və  beynəlxalq  qeyri-hökumət  yardım 

təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Müsahibələr aşağıdakı suallara yaxından cavab tapmaq məqsədilə aparılmışdır:



məcburi köçkünlərin əsas hüquq müdafiə ehtiyacları və zəiflikləri hansılardır və bu 

ehtiyaclar yerli icmalarda olanlardan nə ilə fərqlənir?



hüquq  müdafiə  ehtiyacları  şəhər  və  kənd  kontekstində,  o  cümlədən  cəbhə  xəttinə 



yaxın ərazilərdə bir-birindən nə ilə fərqlənir? 



məcburi  köçkünlər  və  onların  məskunlaşdıqları  yerli  icmalar  arasındakı  əlaqənin 

xüsusiyyəti nədir?



məcburi köçkünlərin problemlərinin davamlı həll yolları ilə əlaqədar məcburi köçkünlər 



və onların yaşadıqları yerli icmalardakı fikirlər nədən ibarətdir?  

Müsahibələr  yarım-strukturlaşdırılmış  formada  həyata  keçirilmişdir  ki,  bu  da  müsahibə 

verənlərin onları narahat edən məsələlər barəsində daha ətraflı söhbət etmələrinə imkan 

vermişdir. sahə araşdırmasını dəstəkləmək məqsədilə müəlliflər Azərbaycanda məcburi 

köçkünlərlə əlaqədar qəbul olunmuş qanunvericiliyi və digər sənədləri, o cümlədən rəsmi 

statistik məlumatları və bundan əvvəl aparılmış qiymətləndirmələri nəzərdən keçirmişlər.  

sahə  araşdırması  əsasən  iki  şəhər  və  iki  kənd  ərazisində  həyata  keçirilmişdir.  Bunlara 

daxildir: 



Bakı, paytaxt şəhəri və məcburi köçkünlərin ən çox məskunlaşdıqları yer (33 faiz): 



Azərbaycan pedaqoji universitetinin yataqxanasında yaşayan məcburi köçkünlərlə 

fərdi və qrup şəklində aparılmış müsahibələr. Bu müsahibələr qonşuluqda yaşayan 

yerli  sakinlərlə  aparılmış  fərdi  müsahibələrlə  tamamlanmışdır.  eyni  zamanda  Bakı 

şəhərinin  kənarındakı  pirşağı  qəsəbəsində  əvvəllər  yataqxana/sanatoriya  kimi 

istifadə edilmiş binada məskunlaşmış məcburi köçkünlərlə ayrıca qrup müsahibəsi 

aparılmışdır;  



Gəncə, ölkənin ikinci böyük şəhəri: pedaqoji universitetin yataqxanasında, inzibati 



binada yaşayan məcburi köçkünlərlə və yerli sakinlərdən ibarət iki qrupla fokus qrup 

müsahibələri keçirilmişdir;   



Ağdam rayonu (Azərbaycanın nəzarətində olan ərazi): cəbhə xəttinə yaxın ərazidə 



yerləşən əhmədağalı və təzəkənd kəndlərində yaşayan məcburi köçkünlər və yerli 

icmalarla ayrıca olaraq fərdi və qrup şəklində müsahibələri keçirilmişdir. əlavə olaraq 

yerli icra hakimiyyəti orqanlarının rəsmiləri ilə müsahibələr də keçirilmişdir;  



50 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”



tərtər rayonu: cəbhə xəttinə yaxın ərazilərdə yerləşən qapanlı, qarağacı



əskipara, 

İsmayılbəyli, səhlabad və hüseynli kəndlərində yaşayan məcburi köçkünlər və yerli 

sakinlərlə fərdi və qrup şəklində müsahibələr keçirilmişdir.  

Ağdam  və  tərtər  rayonlarına  edilmiş  sahə  səfərlərinin  həyata  keçməsində  Beynəlxalq 

qırmızı  Xaç  cəmiyyəti  (BqXc)  yardım  etmişdir.  eyni  zamanda,  BqXc  Bərdə  rayonun-

da fəaliyyət göstərən yerli əməkdaşlarından, “oxfam” təşkilatının Bakı şəhərində çalışan 

əməkdaşlarından və ermənistanın işğalı altında olan qubadlı rayonunun hazırda Bakının 

yaxınlığında, paytaxtdan sonra ikinci ən böyük məcburi köçkün icmasının məskunlaşdığı 

sumqayıt  şəhərində  yerləşən  yerli  icra  hakimiyyətinin  məcburi  köçkün  rəsmisindən 

müsahibələr götürülmüşdür. 

Məcburi köçkün icmaları və yerli sakinlərin iştirakı ilə həyata keçirilmiş fərdi və fokus qrup 

müsahibələri zamanı ailələr təsadüfi seçim yolu seçilmişdirlər və 5-10 nəfərin iştirakı ilə kiçik 

qruplar şəklində keçirilən müsahibələr əvvəlcədən planlaşdırılmamış formada aparılmışdır. 

yerli dövlət orqanlarının birbaşa müdaxiləsi olmadan və əvvəlcədən seçimlər aparılmadan 

həyata keçirilmiş bu cür spontan respondent seçimi fərdi qaydada və qrup şəklində aparılan 

müzakirələrdə adi insanların yerli problemlər barəsində daha səmimi söhbət etmələrinə 

imkan  vermişdir.  Müsahibə  götürdüyümüz  insanlara  əvvəlcədən  məlumat  verilmişdir  ki, 

anonimliyi  qorumaq  məqsədilə  onların  adları  qeyd  olunmayacaqdır.  Buna  baxmayaraq, 

ümidsiz halda olan bəzi məcburi köçkünlər onların fərdi problemlərinin həll olunacağına 

ümid edərək xüsusi olaraq onların adlarının qeyd olunmasını xahiş etmişlər. əksər məcburi 

köçkünlər öz problemləri barəsində açıq söhbət etsələr də, bəziləri şübhə ilə yanaşırdılar, 

çünki iyirmi il ərzində çətin şəraitdə yaşadıqları müddətdə onlar bir çoxları ilə bu barədə 

söhbətlər  etmişlər  və  bu  danışıqların  nəticəsində  onlar  öz  problemlərinin  əməli  həll 

olunması ilə az rastlaşmışlar.        

vaxt məhdudiyyəti və qısamüddətli empirik xarakterli araşdırmanın xüsusiyyətini nəzərə 

alaraq, araşdırma yalnız seçilmiş kənd və şəhərlərdə məhdud ərazilərdə həyata keçirilmişdir. 

Bu araşdırmada şəhər və kənd yerlərindəki məcburi köçkünlər və onların məskunlaşdıqları 

icmaların  müxtəlif  hüquq  müdafiə  ehtiyaclarının  miqyasını  təsdiqləmək  üçün  statistik 

dəlillər  təqdim  olunmamışdır.  Buna  baxmayaraq,  ölkənin  müxtəlif  yerlərindəki  məcburi 

köçkün və yeli icmalarda yaşayan insanların verdikləri cavablar bəzi ümumi problemlər və 

hüquq müdafiə ehtiyaclarını aşkar edir. Bu onu göstərir ki, müəyyən problemlər bütövlükdə 

ölkə  ərazisində  eynidir  və  bu  baxımdan  məcburi  köçkünlər  və  onların  məskunlaşdıqları 

yerli icmalarda əlavə araşdırmalar aparılmalıdır.    



Brukinqs İnstitutu və London 

İqtisadiyyat İnstitutunun

Məcburi Köçkünlük üzrə birgə 

Layihəsi


1775 Massaçusets prospekti, Şq

vaşinqton, dc 20036

ABŞ

tel: +1 (202) 797-2477



Faks: +1 (202) 797-2970

e-poçt: idp@brookings.edu



İnternet səhifəsi: www.brookings.edu/idp

Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə