14
“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”
yoxdur, və kinayə ilə qeyd edilər ki, “elə bil [tikintini sifariş edənlər düşünürlər ki,] məcburi
köçkünlərin çimməyə ehtiyacları yoxdur.”
23
yeni inşa edilmiş qəsəbələrdəki evlər üzərində məcburi köçkünlərin tam mülkiyyət hüququ
yoxdur. hökumət onları doğma yurdlarına qayıdana qədər “müvəqqəti istifadə” üçün
evlərlə təmin etmişdir ki, bu da bu əmlakın məcburi köçkünlər tərəfindən miras kimi qəbul
edilməsinə və öz mülkiyyətləri kimi satılmasına imkan vermir.
əsasən Bakı şəhərində olmaqla, təxminən 6,000 məcburi köçkün və qaçqın ailəsi
öz yurdlarından didərgin düşdükdən sonra zəbt etdikləri normal ev və mənzil şəraitinə
malikdirlər.
24
Məcburi köçkünlər tərəfindən zəbt edilmiş yaşayış evlərinin bir qismi əvvəllər
münaqişə nəticəsində ölkəni tərk etmiş yerli ermənilərə məxsus olmuşdur, digər bir qismi
isə, hələ sakinlər tərəfindən məskunlaşmamış yeni çoxmənzilli binaların payına düşür.
Bununla belə, bu mənzillərin bəzilərinin yerli sahibləri vardır və bu faktın olması burada
yaşayan məcburi köçkünlərin sahiblik təminatının qanuniləşdirilməsi barədə narahatçılıq
yaradır. ümumilikdə bu cür mənzillərdə yaşayan məcburi köçkünlərin mənzil şəraiti yerli
sakinlərin şəraitindən ciddi dərəcədə fərqlənmir. digər məcburi köçkünlər özlərinə evlər
tikdiriblər, lakin onların çoxu məskunlaşdıqları yerlərdə rəsmi məcburi köçkün statusunu
və bununla əlaqədar olan bütün sosial imtiyazları qoruyub saxlamaq üçün bu evləri
qohumlarının adına sənədləşdirmişlər.
Məcburi köçkünlərin çadır düşərgələrindən köçürülməsini tamamladıqdan sonra, indi
hökumət öz yardımını ölkənin müxtəlif yerlərində ictimai binalarda yaşayan məcburi
köçkünlərə yönəldir. rəsmilər bildirilər ki, köçürülmə barədə qərar qəbul etməzdən
öncə məcburi köçkünlərlə məsləhətləşmələr aparılır. dövlət rəsmisinin qeyd etdiyinə
görə, “məcburi köçkünlərlə ümumi razılaşma [köçürülmə yeri ilə əlaqədar] olmasa onları
köçürmək mümkün deyil.”
25
Müsahibə götürülən dövlət rəsmilərindən biri misallar gətirmişdir
ki, məcburi köçkünlərlə razılıq əldə olunmadığına görə dövlət Komitəsi bir neçə dəfə öz
qərarını dəyişməyə və məcburi köçkünlər üçün daha qənaətbəxş olan köçürülmə variantı
təqdim etməyə məcbur olmuşdur.
26
Məcburi köçkünlər üçün yeni salınmış təzəkənd
qəsəbəsində müsahibə götürülən məcburi köçkünlər qeyd edirlər ki, köçürülmə əraziləri
barədə onlarla məsləhətləşməyiblər, lakin onların yeni evlərindən məmnun olduqları hiss
olunurdu. onların məmnunluğu onunla bağlıdır ki, əvvəllər yaşadıqları məcburi köçkün
23
Bakı şəhərinin yaxınlığında yerləşən pirşağı qəsəbəsində yaşayan məcburi köçkün qadınlarla fokus qrup
sorğusu,
sentyabr, 2011.
24
Azərbaycanda təxminən altı min qaçqın ailəsi boş evlərdə yerləşmişdir, dekabr 23, 2010 (http://news.day.az/
politics/art244927.html)
25
dövlət Komitəsinin rəsmisi ilə müsahibə, Bakı, oktyabr, 2011.
26
dövlət Komitəsinin rəsmisi ilə müsahibə, Bakı, oktyabr, 2011. Ağdam və tərtər rayonlarına səfərlər zamanı
tədqiqatçılar bu fikri sübut edən faktlarla rastlaşmışlar. Məsələn, hal-hazırda Ağdam rayonundakı yeni salınmış
“dördyol-1” qəsəbəsində yaşayan əslən Kəlbəcərdən olan məcburi köçkünlər ilkin mərhələdə onların cəbhə
xəttinə yaxın əraziyə köçürülmə planlarına qarşı etiraz etdilər və dövlət orqanı ilə danışıqlar aparmaq üçün öz
nümayəndələrini göndərdilər. nəticədə onların yeni qəsəbəsi cəbhə xəttindən kifayət qədər uzaqda, nisbətən
daha təhlükəsiz ərazidə salındı.
15
AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin
düşərgələri ilə müqayisədə yeni mənzil şəraitləri daha yaxşıdır. İctimai binalarda yaşayan
əksər məcburi köçkünlər özlərinin aşağı səviyyəli mənzil şəraiti ucbatından hökumətin
onları hər hansı digər bir yerə köçürmək barədə qərarını səbirsizliklə gözləyirlər. Bunun-
la belə, Bakı şəhərində yaşayan məcburi köçkünlər şəhərin daxilində qalmağa üstünlük
verdiklərini deyirlər. “Biz hökumətin köçürdüyü istənilən yerə gedərik. Lakin bizim artıq bu-
rada işimiz, əlaqələrimiz var, ona görə istərdik ki, hökumət burada [şəhərə yaxın] evlər inşa
etsin,” deyə bir məcburi köçkün bildirmişdir. eyni icmadan olan digər bir məcburi köçkün
isə, onların Bakı ətrafı ərazilərdən əyalətlərə köçürülməsini qətiyyətlə rədd etmiş və belə
bir əsas gətirmişdir ki, əgər Bakıdan kənara köçürülərsə orada eyni işi tapa bilməyəcək.
27
yerlərdə aparılmış araşdırma zamanı şəhər və rayonlarda səfər edilmiş məcburi
köçkünlərin məskunlaşdıqları ictimai binaların xüsusiyyətləri oxşardır. əksəriyyəti sovetlər
dövründə tikilmiş bu binaların çoxunda inşa olunduqları vaxtdan bəri demək olar ki, təmir
işləri aparılmamışdır. təbii ki, bu binalarda yaşayan məcburi köçkünlər özlərinin mənzil
şəraitlərindən son dərəcə narazıdırlar. Bakı şəhərindəki yataqxanalardan birində yaşayan
bir nəfər məcburi köçkünün qeyd etdiyi kimi ”Biz burada ailə həbsxanasında yaşayırıq və
gedəcək başqa yerimiz yoxdur.”
28
Məcburi köçkünlər Bakı şəhərində və əyalətlərdə köhnə və darısqal şəraitdə yaşayırlar.
Bununla belə ucqar kənd yerlərindəki ictimai binalarda və kustar qaydada düzəldilmiş
daxmalarda yaşayan məcburi köçkünlərin mənzil şəraitlərinə daha təcili şəkildə diqqət
yönəltmək lazımdır. Bu məcburi köçkünlərin əksəriyyəti təcrid olunmuş kəndlərdə bir neçə
ailədən ibarət kiçik icmalarda yaşayırlar və bu da bir çox problemlərə yol açır. Məcburi
köçkünlərdən ibarət olan bu cür kiçik icmalar çox vaxt həm dövlət qurumları, həm də yardım
təşkilatlarının diqqətindən kənarda qalır. nəticədə onlar təkcə mənzil şəraiti baxımından
deyil, eyni zamanda yaşayış və sosial xidmətlərlə təminat baxımından ən müdafiəsiz qrupa
çevrilirlər. BqXc-nin nümayəndəsinin qeyd etdiyi kimi:
“10-15 ailədən ibarət olan daha kiçik [kənd] icmaları
ən müdafiəsiz və unudulmuş
icmalardır. Bu cür icmaların sayı yüzlərlədir. Hökumət məcburi köçkünlərin yeni
qəsəbələrə köçürülməsini planlaşdırdıqda onlar adətən böyük və orta ölçülü
icmaları bir yerə toplayırlar və daha kiçik icmalar çox vaxt diqqətdən kənarda
qalır.”
29
Bu hesabatın hazırlanması məqsədilə həyata keçirilən sahə araşdırması zamanı kənd
yerlərində mövcud olan bu cür kiçik məcburi köçkün icmalarına səfərlər edilmişdir. Məsələn,
tərtər rayonunun cəbhə xəttinə yaxın hissəsində yerləşən qarağacı kəndində məcburi
köçkünlərdən ibarət olan kiçik bir icma kənddəki yerli icra nümayəndəliyinə məxsus olan
binada və ona bitişik kustar formada hazırlanmış tikililərdə son dərəcə acınacaqlı şəraitdə
27
Bakının yaxınlığında yerləşən pirşağı qəsəbəsində yaşayan məcburi köçkün qadınlarla fokus qrup müsahibə.
28
Bakı şəhərindəki yataqxanada yaşayan məcburi köçkünlərlə müsahibə, oktyabr, 2011.
29
BqcX nümayəndəsi ilə müsahibə, Bərdə, sentyabr, 2011.