“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   12   13   14   15   16   17   18   19   20

38 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

evlərinin yalnız birinci mərtəbəsində yaşayırlar, çünki üst mərtəbənin snayper tərəfindən 

nişana alınması daha asandır. qapanlı kəndində BqXc təşkilatı bir daha təhlükəli yerdə 

yerləşən  evdə  sakinlərə  açıq  pəncərələri  bağlamağa,  qapıların  yerini  dəyişdirməyə  və 

pəncərələri divarın daha təhlükəsiz hissəsində açmağa köməklik etmişdir.     

Bu kəndlərin əhalisi onları atəşdən qoruyan müvafiq mühafizə maneələrinin olmamasından 

şikayət edirdilər. Bir neçə il bundan əvvəl hazırlanmış palçıq sədlər vaxt keçdikcə dağılmış 

və  ya  bəzi  yerlərdə  yox  olmuşdur  ki,  bu  da  insanların  nizamsız  atışmalar  və  snayper 

gülləsinə  tuş  gəlməsi  ehtimalını  daha  da  artırır.  2011-ci  ilin  mart  ayında  orta  qərvənd 

kəndində  erməni  mövqelərindən  800-1000  metr  məsafədə  yerləşən  evdə  doqquz  yaşlı 

azərbaycanlı oğlan uşağının snayper tərəfindən qətlə yetirilməsi cəbhə xəttinə yaxın olan 

bu  kəndlərdəki  insan  həyatının  nə  dərəcədə  kövrək  olduğunu  bir  daha  vurğulayır.  Bu 

insidentdən əvvəl 2011-ci ilin yanvar və fevral aylarında həmin kənddə iki qadın nizamsız 

açılan atəş nəticəsində yaralanmışdır. 

orta qərvənd kəndində ölümlə nəticələnmiş bu insident Azərbaycan cəmiyyətində böyük 

rezonansa səbəb oldu və hökumət bundan sonra ən təhlükəli kəndlərdə müdafiə divarları 

tikdirməyə başladı. hazırda daş kərpicdən tikilən bu müdafiə divarları orta qərvənd və 

çıraqlı kəndlərində tikilir. Bundan əlavə hökumət tərtər və Goranboy rayonlarının cəbhə 

xəttinə  yaxın  olan  kəndlərində  ümumi  uzunluğu  2,700  metr  olan  divarların  inşasını  da 

planlaşdırır.

71

 



cəbhə  xəttinə  yaxın  olduqlarına  və  əkin  və  otlaq  ərazilərinin  böyük  hissəsinin  erməni 

qüvvələrinin nəzarəti altında olduğuna görə bu kəndlərdə torpağın özəlləşdirilməsi həyata 

keçirilməmişdir.  torpaq  müvəqqəti  olaraq  yerli  əhali  və  məcburi  köçkünlər  arasında 

bölüşdürülmüşdür. torpaq sahəsinin çatışmazlığı üzündən cəbhə xəttinə yaxın ərazilərdə 

yaşayan məcburi köçkünlər və yerli əhali öz mal-qarasını yiyəsiz torpaqlarda otarırlar ki, bu 

da onları mina partlaması və düşmən gülləsinə tuş gəlmək təhlükəsi ilə üz-üzə qoyur. dağlıq 

qarabağın şimalında yerləşən Goranboy rayonunda 2011-ci ildə belə bir mina partlaması 

nəticəsində  azərbaycanlı  çoban  həyatını  itirmişdir.  cəbhə  xəttinə  yaxın  yerdə  yerləşən 

otlaq  sahələri  bir  çox  ailələr  üçün  yeganə  gəlir  mənbəyidir  və  onlar  başqa  seçimlərinin 

olmadığını  və  həyatlarını  təhlükəyə  ataraq  dolanışıq  üçün  çalışmaq  məcburiyyətində 

olduqlarını bildirirdilər. əhmədağalı kəndindəki bir nəfər çobanın dediyi kimi: “Mənim iki 

balaca  uşağım  var.  nə  üçün  mən  gedib  özümü  [erməni]  güllə  qabağına  verməliyəm? 

Mənim sadəcə başqa yolum yoxdur.”  

cəbhə xəttində yaşayan bir çox ailələrin dolanışıq üçün otlaq sahələrindən asılı olduğunu 

anlayaraq Azərbaycan  hərbçiləri  müəyyən  qədər  müdaxilə  etməməyə  çalışırlar  və  yerli 

maldarlara  məhdudiyyətsiz  olaraq  müdafiə  xətlərinin  birinci  eşelonunu  keçməyə  icazə 

verirlər. eyni qaydada ermənistan qüvvələri bu çobanları təhlükə kimi qəbul etmirlər və 

adətən  onların  qarşısını  almırlar,  baxmayaraq  ki,  bəzi  yerli  çobanlar  onları  qorxutmaq 

məqsədilə atəşə məruz qaldıqlarını bildirmişlər.                

71

  K. Məmmədova, “Azərbaycan cəbhə xəttində mühafizə divarı tikir”, “Anspress.com”, 11 oktyabr, 2011, (http://



anspress.com/index.php?a=2&lng=az&nid=121041

)



39 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

əkin  torpaqlarının  çox  hissəsi  düzənlik  ərazilərdədir  və  buna  görə  qarşı  tərəfdən  atəşə 

məruz  qalırlar  və  əkin  işlərinin  çoxu  gecə  saatlarında  həyata  keçirilir.  Kəndlilər  qeyd 

edirdilər ki, ermənistan qüvvələri sahədə işləyərkən nadir hallarda onları atəşə tutular, la-

kin buna baxmayaraq müdafiəsiz olduqlarına görə qorxu hissi keçirirlər.     

təhlükə  ilə  üzbəüz  olduğunu  gizlətməyən  qapanlı  kənd  sakini  deyirdi:  “əgər  ermənilər 

istəsə biz bir gün də burada yaşaya bilmərik. onlar küçədə gəzən istənilən uşağı və ya 

yaşlını hədəfə  alıb  öldürə  bilərlər. qarşı tərəfdə  erməni  qəsəbələri  yoxdur, ancaq  bizim 

tərəfdə çoxdur.”

2005-ci ildən bu vaxta qədər hökumət Ağdam rayonunda 19 yeni məcburi köçkün qəsəbələri 

inşa etdirmiş və əsasən mərkəzi aran bölgəsində yaşayan 25,000 insanı bu qəsəbələrə 

köçürmüşdür.

72

  hökumət  Füzuli  rayonunda  əvvəldən  Azərbaycanın  nəzarətində  olan 



ərazidə yerləşən 22 qəsəbədən əlavə 17 yeni məcburi köçkün qəsəbəsi inşa etdirmişdir.

73

 



yerli dövlət rəsmisinin qeyd etdiyi kimi, hazırda Füzuli rayonunun (horadizdəki mərkəzlə 

birlikdə) işğal edilməmiş bölgələrində 65,000 insan yaşayır. Köçkünlükdən əvvəl bu ərazidə 

28,000 insan yaşayırdı. 2013-cü ilə qədər hökumət əlavə beş məcburi köçkün qəsəbəsinin 

inşasını və bu qəsəbələrə 2,000 ailənin köçürülməsini planlaşdırır.

74

 

Ağdam və Füzuli rayonlarındakı yeni qəsəbələrə köçürülmüş məcburi köçkünlərin demək 



olar ki, hamısı bu rayonların işğal edilmiş yerlərindəndir. Bu cür məskunlaşdırma siyasəti 

Azərbaycan hökumətinin məcburi köçkün icmaları daxilindəki birliyi qoruyub saxlamaq və 

onların yerli əhaliyə assimilyasiya olmasının qarşısını almaq arzusundan irəli gəlir, belə 

ki, bu yolla onlar öz doğma yurdlarına daha yaxın yerdə yaşayırlar və yekunda gözlənilən 

qayıdışa hazır olurlar. Bu yanaşma ümumilikdə məcburi köçkünlər və yerli əhali tərəfindən 

də dəstəklənir. yeni qəsəbələrdəki mənzil şəraiti daha yaxşıdır, lakin buna baxmayaraq 

əvvəldə də qeyd edildiyi kimi, onların cəbhə xəttinə yaxın olması potensial risk amili daşıyır.   

Azərbaycan hökuməti bu ərazilərdə yaşayan və ya yerləşdirilən əhalinin təhlükəsizliyinin 

lazımi şəkildə təmin edilməsi üçün kifayət qədər iş görməmişdir. yerli dövlət rəsmisinin qeyd 

etdiyi kimi iri miqyaslı hərbi əməliyyatların başlayacağı halda hökumətin dəqiq müəyyən 

olunmuş  təxliyə  planı  yoxdur  və  yerli  hakimiyyət  orqanına  Müdafiə  nazirliyindən  daxil 

olmuş rəsmi məktubda qeyd edilir ki, nazirlik cəbhə xəttinə yaxın yerlərdə yaşayan mülki 

əhalin təhlükəsizliyinə məsuliyyət daşımır.

75

 hökumət burada yaşayan əhalinin təcili təxliyə 



olunması  üzrə  planın  hazırlanmasını  təmin  etməlidir  və  müvafiq  təhlükəsizlik  zəmanəti 

olmadan  daha  çox  məcburi  köçkünün  cəbhə  xəttinə  yaxın  yerlərə  köçürülməsindən 

çəkinməlidir. 

72

  yerli dövlət rəsmisi ilə müsahibə, Ağdam rayonu, mart 2011.



73

  yerli dövlət rəsmisi ilə müsahibə, Füzuli rayonu, mart 2011.

74

  yerli dövlət rəsmisi ilə müsahibə, Füzuli rayonu, mart 2011.



75

  cəbhə xəttinə yaxın ərazidə yerli dövlət rəsmisi ilə müsahibə, mart 2011.




Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə