Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi



Yüklə 276,13 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix28.01.2023
ölçüsü276,13 Kb.
#99645
1   ...   5   6   7   8   9   10   11   12   13
AƏT ƏN YENİ M 13 2022

9
 


M 1
3
Şuşada təsadüfi bir görüş onu İsmayıllıya qəzet redaktoru kimi qaytarır. Musa Yaqub 
yerli "Zəhmətkeş" qəzetinin redaktoru olur (1978). İsmayıllı rayon Xalq Deputatları 
Sovetinin deputatı seçilir. 1995-2000-ci illərdə isə Milli Məclisin deputatı olmuşdur. 
Musa Yaqub zəngin, orjınal, böyük yaradıcılıq yoluna bir əlçim boyda, şagird 
dəftəri nazikliyində (cəmi 30 səhifə), o vaxtlar “Gənc şairin ilk kitabı” seriyasından 
buraxılan “Yarpaqlar oxuyur” (1966) kitabı ilə çıxıb və üslubunu cilalaya-cilalaya
mövzularını şaxələndirə-şaxələndirə şairlik mənəviyyatına, ədəbi-estetik qayəsinə heç 
vədə xilaf çıxmadan poeziya mahnısını həmişə “Bir sim üstə” (1983) - Vətənə, millətə, 
torpağa, müstəqilliyə, dövlətçilliyə məhəbbətlə, sevgi ilə köklənmiş poeziyanın sarı simi 
üstə ötməyə başlayıbdır. Elə bunun nəticəsidir ki, “Bu məhəbbət yaşadır məni” (1966), 
“Mənim kainatım” (1973), “Üzü bəri baxan dağlar” (1977), “Yaxşı ki, sən varsan (1979), 
“İki qəlbin işığı” (1985), “Mənim sevgi taleyim” (1988), “Ürəyimdə yerin qaldı” (1992), 
“Nanə yarpağı (1996), “Payızdan yaza yol varmı” (1999),“Ruhumla söhbət” (2000), “Bu 
dünyanın qara daşı göyərməz”(2007), “Dövrün dəyirmanı” (2012) və s. şeirlərdən və 
poemalardan ibarət kitabları oxucuları üçün stolüstü ərmağana, qəlblərinin işığına, sevgi 
talelərinə, ruh söhbətinə, ictimai məzmun siqlətilə dərdlərini üyüdən dövrün dəyirmanına 
çevrilibdir.
Bu dünyada sevinc də var, dərd də var,
Hərəsi bir yana çəkər Könlümü 
Yaxşı ki namərd yanında mərd də var,
Biri söksə biri tikər könlümü.
Musa Yaqub lirikası milli poetik düşüncə çevrəsini xeyli genişləndirmiş, şeir 
dilimizi zənginləşdirmiş, bədii axtarış imkanlarının tükənməzliyini isbat etmişdir. 
Assosiasiya və yorum imkanının genişliyinə hesablanan lirikası ilə şairimiz böyük 
millətsevər və etiqadlı Azərbaycançı olaraq müstəqillik illərində daha sürətlə 
formalaşmaqda olan milli-ideoloji konsepsiyamıza öz töhfəsini vermiş və verməkdədir. 
Müasir cəmiyyət həyatı, milli-mənəvi əxlaqi dəyərlər, mühitin sosial dilemmaları, insanın 
ruhi-psixoloji yaşantıları, təbiətlə insan mənəviyyatının harmoniyası, məhəbbətin 
həmişəcavan və həmişəyaşar yaşantıları onun poeziyasının özünəməxsus üslubunun 
ifadəsində daha inandırıcı və cazibədar görsənir. "Bu dünyanın qara daşı göyərməz", 
"Əhəng daşı", "Bir günah sənin, bir günah mənim", "Dağlar çox qəribə olur gecələr", 
"Anamın məzarına lay-lay", "Atamın xatirəsinə", “O ümidlərə ki, mən inanırdım...”, 
“Güllə gəzdirən maral”, “Öyrətmə özünə...” qəbildən onlarla şeirləri yazılma tarixindən 
asılı olmayaraq müasir dövrün hərəkət anənginin içindədir. 
 
Musa Yaqubun poeziyasında həmişə dirilik, doğmalıq, təbiilik var. Onun bütün 
ömür yolu sözün içindən keçib. Musa Yaqub başdan-ayağa, təpədən-dırnağa lirik şairdir, 
lakin onun lirikası meditativ lirikadır, fikirlə, həyatın fəlsəfəsi ilə yoğrulmuş lirikadır. 
Onun lirikasında - “Burax məni, çıxım gedim azadlığa”, “A vicdan əzabım, üsyan 
əzabım”, “Şuşa, Xarı bülbül”, “Qarabağın nəyi bizimdir”, “Öz üstümdə ağlamağa 



Yüklə 276,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə