Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi



Yüklə 276,13 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix28.01.2023
ölçüsü276,13 Kb.
#99645
1   ...   5   6   7   8   9   10   11   12   13
AƏT ƏN YENİ M 13 2022

8
 


M 1
3
Şeirdə naturfəlsəfi məqamlara önəm vermək təşnəsi, təbiət hadisələrinin dünya ilə, 
gərdişlə əlaqəli şəkildə, vəhdətdə mənalanması var. Burada yağan yağışa verilən məna 
çox incə və maraqlıdır, sosial ağrılardan yorulmuş ruhun mənəvi sığınacaq çevrəsini 
simvolizə edir. 
 
4.
 
Musa Yaqubun yaradıcılığı. Musa Yaqub (1937-2021)
İsmayıllı 
rayonunun Buynuz kəndində anadan olmuşdur. Maraqlıdır ki, onun uşaqlıq adı Müsavat 
olub. Sonra məlum səbəblərdən “-vat” silinib, Musa qalıb, İlk şeirlərini 7-ci sinifdə 
oxuyarkən yazıb. Doqquz yaşında atasını itirib. “Atamın xatirəsinə” yazdığı şeirində bu 
ağrı-acılı günləri əks eləyibdir. İlk şeirləri - "Ana və Vətən" və "Sülh işi haqdır" 1957-ci 
ildə Göyçay Pedaqoji Texnikumunda oxuyarkən Göyçayda çıxan "Qalibiyyət bayrağı" 
qəzetində çap olunur. Mərkəzi mətbuatda çıxışı 1959-cu ildə "Azərbaycan gəncləri" 
qəzetində xalq şairi Məmməd Rahimin təqdimatı ilə çap olunan "İki qəlb, iki dünya" 
poeması ilə başlamışdır... 1350 sətirlik poema hissə-hissə qəzetin dörd sayında dərc edilir 
və Yaqubov Musa Səfıməmməd oğlunu 3-4 günün içində məşhurlaşdırır. Poemanın o 
vaxtkı dövr üçün olduqca maraqlı mövzusu və süjeti var idi. 1957-ci ildə Moskvada 
Ümumdünya Gənclər Festivalı keçirilirmiş. Bu faktdan istifadə edən Musa Yaqubov guya 
festivalın iştirakçısı olmuş iki gəncin - bakılı tarzən Azadla, təbrizli müğənni Gülşənin 
sevgisini ritorik üslubda tərənnüm edir. Əslində, iki gəncin məhəbbəti fonunda Təbriz və 
Araz həsrətini, xalqımızın ikiyə bölünməsi faktım qabartmağa çalışır. 
 
Musa Yaqubu ilkin olaraq poeziyaya sıx-sıx bağlayan iki cəhət olubdur - ana 
sevgisi və ana təbiətin möcüzəsi. Onun şeir bulağının ilkin mənbəyi və gur axarı buradan 
güc alıbdır. “Anamın məzarına” şeiri bu məhəbbətə oxunan ağı-laylaydır. Kənd 
məktəblərindəki müəllimlik, zəhmət, insanlarla sıx ünsiyyət də, ona az təcrübə 
qazandırmadı. Göyçay Pedaqoji Texnikumunu bitirdikdən sonra Musa Yaqub Tircan 
kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və 
müdir (1958-1967) işləmişdir. Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) 
filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). İsa İsmayılzadənin, Fikrət 
Qocanın təqdimatı ilə Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Mirzə 
İbrahimov onu işə qəbul edir və Bakıya köçəndən sonra Azər baycan Yazıçılar İttifaqında 
bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya 
şöbəsinin müdiri vəzifəsində çalışır (1974-1978). Bakıya gələndə dodaqları bu şeir 
parçasını pıçıldayır:
Uğurlu günədir niyyətim, yolum,
Gələrəm, gəlmərəm bağışla məni.
Tutdun ətəyimdən böyürtikan kolum,
Yox, dura bilmərəm, bağışla məni...
“Ətəyindən tutub” şəhərə buraxmaq istəməyən həmin böyürtikan kolun məhəbbəti
uğurlu bir təsadüfdən zərurət yaradaraq Musanı yenidən doğma İsmayıllıya qaytarır. 
İsmayıllı rayonuna yenicə birinci katib təyin olunan görkəmli ziyalı Qəşəm Aslanovla 



Yüklə 276,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə