Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi



Yüklə 276,13 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix28.01.2023
ölçüsü276,13 Kb.
#99645
1   2   3   4   5   6   7   8   9   10   ...   13
AƏT ƏN YENİ M 13 2022

7
 


M 1
3
Göy gövsü-qüzeh.
Altdan keçəsən.
Ot üstündən şeh.
Alıb içəsən.
Arzuya çatar,
Eşitmədin sən?
Göy qurşağının
Altından keçən...
Məmməd İsmayılın şeirlərindəki bədbinlik, şəxsi kədər və ağrı notlarından, dar 
düşüncədən uzaqdır. Bu poeziyada ölüm, yoxluq həyatın sonu, sonluğudur, yaşanılan 
ömrün halallıq səviyyəsidir, insan nə edirsə etsin, necə yaşayırsa yaşasın, sonu yoxluğa 
müncərdir. Odur ki, bu şeirlərdəki həyata və ölümə ayıq-sayıq yanaşma, bədii-fəlsəfi 
mühakimələr onları bədii ümumiləşdirmə səviyyəsinə qaldırır.
Gənc şair Qismətin əksər şeirləri Bakıdan, burada müşahidə etdiyi hadisələrdən, 
yaxud içərisində yaşatdığı duyğularından, həyat, ölüm və dünya ilə bağlı düşüncələrindən 
yaranan şeirlərdir. Qismət bu şeirlərdə, hətta ictimai məzmunla dolu şeirlərində belə heç 
bir hay-küy salmadan sadəcə müşahidəçi mövqeyi tutur, naturallığın duyumunu verməyə 
çalışır, hadisələri, gerçəkləri, yaşadıqlarını şeiri ölçüsündə, məna dərinliyində ifadə 
eləməyə nail olur. Onun təbiətin ən gözəl hadisələrindən olan yağış məfhumuna yüklədiyi 
bəşəri çözüm də maraqlı və məzmunludur:
Yağış səhərəcən yağsın şəhərə,
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın...
Yağış səhərəcən yağsın şəhərə,
Titrəsin evlərin navalçaları...
Yağmur mələkləri enmişkən yerə,
Verək aparsınlar tapançaları...
Elşad Ərşadoğlunun şeirlərində sözlərin məna çalarlarının bir müstəviyə gətirilməsi və 
təzadlı, ziddiyyətli hisslərin ifadəsinə meyil var. “Çox şey göyərdəcək bu yağan yağış” 
şeiri bizi uğurlu şair imzası ilə üz-üzə qoyur:
Dünyamıza yağış yağır.
Həzin-həzin, ağır-ağır...
İslanır dünyamızın olan-olmazı,
nəyi varsa islanır.
Dünyamızın üstünə kim tutubdu görəsən,
nəhəng mavi çətiri?
Bəs niyə buluddan yuxarıda tutub?



Yüklə 276,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə