İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə3/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   2   3   4   5   6   7   8   9   ...   23

 

uzaqlaşdı, güllə dəyən ölü başçılarını diri kimi, sağ kimi başda aparıb 



qaqqıldaşdılar, qaqqıldaşa-qaqqıldaşa getdilər.  

 

 



QATIRIN NALLANMASI  

 

 Xansuvar kişi dağda göz açmış, dağda böyümüşdü. Atasından ona 



bir uzunqulaq, iki inək, beş – qoyun, bir də çoxlu arı qalmışdı. İnəkləri 

süd sağınına, qoyunları ətinə, yununa görə saxlayırdı. Qış buralara tez 

gəlirdi, yolları qar-tar bağlayırdı, aran kəndlərinə enmək, qayıtmaq 

çətinləşirdi. O, qutulardan süzüb küpələrə doldurduğu balı aşağılara 

dəyər-dəyməzə dəyişmək üçün günlərlə yol gedir, yol gəlirdi. 

Uzunqulaq çox yerdə qara batır, qamaşır, bir qoduq yükünü də 

götürmürdü. Bəzən elə olurdu ki, uzunqulağın ayağının bircəciyi 

boşnağa batan kimi geri sıçrayır, başını kəssən də yarımca addım irəli 

atmırdı, döydükcə dalı-dalı gedir, uçunma tutur, lap yıxılırdı da.. Belə 

hallarda Xansuvar kişi uzunqulağın yükünü hər gözündə bir yekə küpə 

olan tel xurcunu yerə düşürür, onu quyruqlayıb zorla qaldırır, xurcunu 

çiyninə alıb özü qabağa düşür, uzunqulağı da çatılayıb dalınca dartırdı. 

Belə qış zülmünə, qış zillətinə görə o kəndin adamları arana 

köçmüşdülər, orada təkcə Xansuvar kişi, onun evi, bir də bu "var-

dövlət"i qalmışdı. Xansuvar kişi əzabını yüngülləşdirmək üçün bir bala 

qatır aldı. Bilirdi ki, qatır nə qədər yük vursan götürəndir, palçığa, qara-

tara batıb qalan deyil, özü də az yeyimcildir, allahından dönüb iki gün 

yem verməsən, quyruğundan tutmuş qulaqlarının dibinəcən də yükləsən, 

uzunqulağın yüz üzü qaralığının birini də sahibinin başına gətirməz. 

Sahibini heç vaxt yarı yolda qoymaz, sahibinə heç vədə "neyniyim, necə 

eləyim?" dedirtməz.  

Xansuvar kişi bala qatırı yazda, yayda ən yaxşı otluğa, payızda ən 

yaxşı alısınlığa hörüklədi, qışda inəklərin, qoyunlarına da yemindən 

kəsib ona verdi. Gündə qaşovladı. Ona ən duru bulaqların suyunu içirtdi. 

Aran kəndlərindən evə gec dönəndə də arvad-uşaqlarından qabaqca bala 

qatırın halını xəbər aldı. Xoş səda eşitsə də, ürəyi dözmədi, tövləyə 

girdi, çırağın işığını bala qatırın dörd dövrəsində gəzdirə-gəzdirə baxdı, 

əlini yalına, belinə, sağrısına çəkdi, sığalladı, hətta dişlərini bərk-bərk 

qıcasa da, yavaşca onun burnunu, qulağının birini ehmalca dartdı da. 

"Daha sənlə mənim aramda bir şey qalmayıb, ay nənəm qurban!" – 

deyib barmağını bala qatırın qoltuğunun altında oynadıb onu qıdıqladı 



 

da… Nəhayət, bala qatır böyüdü, yüklənəsi vaxtı gəlib çatdı. Xansuvar 



kişi onu yedəkləyib qonşu kəndə nallatmağa apardı. Lakin kef-damaqla, 

qatırla yol yoldaşı kimi danışa-danışa, gülə-gülə gedən kişi əzizi ölmüş 

adamlar təki matəm içində qayıtdı. Axı qatır nalbənd heç ona 

yaxınlaşmamış şıllağa qalxmışdı, çatını qırıb qaçmışdı.  

Xansuvar kişi onu bir də tutub gətirmişdi, qatırın ayağını özü 

qaldırmaq, özü qatlamaq, dizinin üstünə özü yatırtmaq istəmişdi. Elə 

bilmişdi, mal yiyəsinə xor baxmaz, sarsaq-lamaz, təslimcə durar, 

nalbənd də öz işini tez görüb qurtarar. Xansuvar kişi qatırı kəndbəkənd 

gəzdirdi, heç bir nalbənd ona yaxın düşə bilmədi. Axırıncı nalbənd dedi 

ki, gəl qılçasını sarıyıb yıxaq, yıxılı nallayaq. Nalbənd dad-həzər elədi: 

"Nə danışırsan, – dedi, sənin bu ərköyünün o qədər hikkəlidir ki, yıxsaq, 

hirsindən partlayar". Xansuvar kişi qatırı satmağa da qıymadı. Axı ona 

çox zəhmət çəkmişdi, bütün mal-mülkü bir yana olmuşdu, təkcə bala 

qatır bir yana. Həm də fikirləşirdi ki, kimə satsa, onu da məğmun 

eləyəcək, özü isə söyüş-qarğış yiyəsi olacaq. Bir istədi qatırı çox vaxt 

mıxabağlı saxlasın, yemini azaltsın, arıqladıb havasını alsın, əlindən var, 

ürəyindən kar gəlmədi. Xansuvar kişi qatır onun başına nə gətirmişdisə, 

evdə açıb-ağartmamışdı, utanmışdı. Qorxmuşdu arvad-uşağın dili 

uzansın. Desinlər ki, allahın qatırını inək-danadan, bu qədər qoyun-

quzudan üstün tutdun, hətta bizdən də çox onu əzizlədin, onun fikrini 

çəkdin, onun nazıyla oynadın, indi hünərin var döz. Hələ bu harasıdır, 

yeddi paranın yeri bundan sonra daha çox göynəyəcək… Xansuvar kişi 

bir gün eşitdi ki, uzaq aran kəndində bir nalbənd var, nalbəndlərin 

leylacıdır, kişinin nəfəsində, səsində, baxışında necə bir sehr varsa, 

ipatdırmaz buğalar onun qapısında quzuya dönür, heç bircə tükünü də 

bircə qulacını da tərpətmir. Xansuvar kişi qatırı yedəkləyib ora yollandı, 

neçə gündən sonra gəlib çatdı. Nalbənd vəl əlli, kərən biləkli, buynuz 

bığlı bir kişi idi. Hər qaşı bir quzğun qanadına, burnu quzğun dimdiyinə 

oxşayırdı. Ağ alası çox-çox, mor qara giləsi yekə gözlərinin baxışı elə 

bil, daşdan keçirdi, əridirdi.  

O, qatıra, bir də Xansuvar kişiyə baxdı. Soruşdu:  

– Kişi, nallatmağa?  

– Qardaş, daha bura nədən ötrü gəlirəm ki!..  

– Dəlidir hə ? Xansuvar kişi yanıxa-yanıxa yırğalandı:  

– Daha demə, demə… Özü də necəsindən!..  

Nalbənd güldü:  

– Gəl otur. Sonra şagirdini çağırdı:  



 

10 


– Ə, a bala, bu qatırın çatısını kişinin əlindən al, o biri ocağa bağla. 

Nalbənd Xansuvar kişinin yanında yolu qatıra sarı əyləşdi. Evdən üç çay 

kasası gətirtdi. Bir qəhvədan kəklikotu çayı gətirtdi, kasaların üçünə də 

çay süzdü. Şagirdini çağırdı: – Gəl sən də çay iç. Şagird çayını içib 

qurtaran kimi ona tapşırdı:  

– Dur bərdəki ağaca bağladığın çal eşşəyin nal-mıxını sök. Şagird 

çal uzunqulağın bir ayağının nal-mıxını sökəndə uzunqulaq bir balaca 

tərpəndi, qulağının birini çırpdı. Qatır o saat şıllağa qalxdı, var gücü ilə 

dartındı, nə çatını qıra bildi, nə də ağacı qopardı. Şagird çal uzunqulağın 

qırpılan qulağını lavaşaya saldı, burduqca burdu. Lavaşanı o qədər eşdi 

ki, o uzunnuxda uzunqulaq büzüşüb qoduq boyda oldu. Şagird gəlib bir 

kasada çay içdi. Sonra gedib çal uzunqulağın nal-mıxını bir də sökməyə 

başladı. Kəlbətin uzunqulağın axırıncı nalındakı mıxı dartanda 

uzunqulaq yenə tərpəndi, indi də o biri qulağını qırpdı. Şagird onun o 

biri qulağını da lavaşaya saldı. Bir qulağının ağrısından balacalaşıb 

qoduq boyda olan çal uzunqulaq bu dəfə lap sulu siçana döndü. Şagird 

gəlib bir kasa da çay içdi, özü də arxayın-arxayın, tələsmədən, elə bil 

heç dəyirmandan darısı da axmırdı. Sonra gedib çal uzunqulağı 

nallamağa başladı. Şagirdin çəkici mıxın papağını yaxşı tutmadı. Şagird 

bu dəfə də uzunqulağın dodağını lavaşaya saldı, o ki var eşdi. Gəlib yenə 

bir kasa çayı başına çəkdi. Qatır çal uzunqulağın o biri qulağı lavaşada 

ip kimi bükdəriləndə də hoppanıb düşdü, amma əvvəlki təki 

soncuxlamadı, dodağı boğulandan, dişləri ağara qalandan sonra isə 

qulaqlarını salladı, quyruğunu qılçalarının arasına qısdı, belini 

donqarlatdı. Şagird onu da nallladı. Qatırdan çıxmaz iş, heç tükünü də 

tərpətmədi. Xansuvar kişi mat qaldı. Bu usta ilə şagird qatıra neynədilər 

ki, əvvəlki xoy-xasiyyətini yerə qoydu, dəlilik eləmədi? Usta ki, öz kef-

damağından qalmamışdı, əlini ağdan-qaraya vurmamışdı? Şagird ki, 

lavaşa əzabı verməmişdi? Bəs bu necə möcüzə idi ki, Xansuvar kişi baş 

aça bilmirdi? Qonağın bu dolaşıqlıq içində çaşıb qaldığını görən usta 

şirin-şirin güldü:  

– Bilmədin?  

Xansuvar kişi əllərini ovuşdurdu, çiyinlərini yığdı, mızıldandı: – 

Vallah…Axı…siz qatıra neynədiniz ki, o, belə dinc durdu? Mən belə şey 

görməmişəm. Usta xəbər aldı: – Eşşək kimdir? Xansuvar kişi bir az da 

karıxdı: Bu necə sorğu idi? Heç hənanın yeri idimi? Uzunqulaqlıq burda 

nə vardı ki?… Usta qonağının cavab verə bilməyəcəyini duyub dilləndi: 

– Eşşək – qatırın atasıdır. Övlad atasının başına nə oyun açdığımızı 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə