İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

 

26 


eləyəcək. Şir bir sürü gürzəni də öyrədib. Gürzələr bir gün qabaq gəlib 

sizi çalacaq, daha sizdə o hey qalmayacaq ki, durub qanıb-qandırmaz 

ayılarla kəllə-kəlləyə gələsiniz. Nə qədər gec deyil, tələsin. Tələsin ki, 

qılçıqlı quyudan, quyruqlu tövlədən çıxmasın… Tülkü qara qarğalara bir 

də gözağartması verdi ki, dillərinə qıfıl vursunlar, dimdiklərindən bu 

barədə bircə qarıltı da qaçırmasınlar. Qoy fillər gəlsinlər, qalaya çatar-

çatmaz yanmağa, kömürə, külə dönməyə başlasınlar. Onların bağırtısı 

dünyanı lərzəyə salanda, qala divarlarını uçurdanda, qalanın başı 

üzərində ildırım kimi şaqqıldayanda, yerin altından dünyanı dağıdan bir 

axır məhşər səsi-sədası kimi gələndə şir oyanıb mat qalsın. Şir ağzını 

əppəklə yelləyib baxıb görəcək ki, burada bir sirr var, agah olmaq 

istəyəcək, onda mən işarə verəcəyəm, həmin dəqiqə başlarsınız 

danışmağa, nə danışmağa!.. Deyərsiniz ki, ey qibleyi aləm, Tülkü ağanın 

təzə gəlini var. O gəlinin ayağının sayəsinə görədir. O gəlin olan 

məmləkət yerin də, göyün də hər cür bəlasından azaddır. O gəlinin 

nəfəsi gələn məmləkətə ruzi göylərdən yağacaq, həmişə bolluq olacaq, 

heç bir düşmən bu qalaya yaxın gələ bilməyəcək, gəlsə bax beləcə 

kömürə, külə dönəcək. Şir sizə ənam verəcək, hərənizə bir kənd 

bağışlayacaq, hərənizin bir kəndi olacaq, gedin keyfiniz istəyən kimi 

dolanın orda. Gününüzü görün, dövranınızı sürün orda… Ala qarğalar, 

sağsağanlara dönən qara qarğaların qırıltısından sonra fillər diyarına 

çaxnaşma düşdü. Fillər dərələrdən yel kimi, təpələrdən sel kimi keçib 

şirin qalasına yaxınlaşdı. Saray əhlinin hamısı şirin yuxuda idi, bircə 

tülkü yatmamışdı. Fillərin gəldiyini qabaqca o bildi. Gördü ki, nə 

yerldən od-alov aüskürür, nə də fillər yanır. Onlar qara yelə dönüblər, 

meşələri yıxa-yıxa gəlirlər, bir azdan qalaya yetişəcək, onun daşını daş 

üstündə qoymayacaqlar. Qara qarğalara əmr etdi ki, ayıları oyatsınlar. 

Ayılar fillərin qabağında dayana bilərdilərmi?! Hər fil bir ayını 

xortumuna alıb, göyə atdı, qaldırıb yerə çırpdı, bəzisini elə tolazladılar 

ki, qalanın göyə dirək olan hasarının üstündən aşıb o yana düşdü, ağzını 

bircə dəfə açıb yumdu, bircə dəfə inildədi. Tülkü başa düşdü ki, qara 

qarğalar bir səsə, bir sədaya aldanıblar, o da qara qarğaların dediklərinə 

inanıb, eşitdikləri yalan söhbətdir, fillər bu saat qalanı dağıdacaqlar, 

alacaqlar, onun da əhli – əyalı ayaqlar altında qalacaq, bir tülkü nəsli 

kəsiləcək, bir tülkü kökü yer üzündən silinəcəkdir, tez onların qabağına 

çıxdı, əllərini sinəsinə, dizlərini də yerə qoydu, başını köksünə endirdi, 

fillərin ən qeyzlisinə, ən insafsızına, ən kəmfürsətinə, qoşunu öz 

arxasınca gətirən ən hökmlüsünə üz tutdu:  




 

27 


– Biz sizə neynəmişik ki? Fillərin üstünə elə bil su ələndi, hamısı 

dayandı. Tülkünün dili bir az da uzandı. Axı zarafat deyildi, sanki bir 

dağ selinin qabağına bir balaca daş atmışdı, o boyda seli bir xırdaca 

daşla saxlamışdı.  

– Deyəsən, düşməninizi tanımamısınız. Sizin kimi düşməni olan 

padşahın qoşunu heç yatarmı?! Görmədinizmi bizim ayıların hamısı 

yuxudadır? Fillər bir-birinin üzünə baxdılar. Doğrudan da fillər diyarına 

yürüş etmək istəyən ölkənin qoşunu da belə, qış yuxusuna gedərdimi? 

Yəqin, ala qarğaların, sağsağanların şir padşahlığını görən gözü yox 

imiş, bunları qəsdən qırdırmaq istəyirmişlər. Xəcalət çəkən fillərin 

xortumlarının bir az da uzandığını, onların öz başlarını qaldıra 

bilmədiklərini görən Tülkü:  

– Heyf, çəkdiyiniz əziyyətdən, – dedi, təəfsüləndi:  

– Heyf!… Nə qədər yol gəlmisiniz, yəqin ki, acmısınız, gedək 

allahverəndən yeyin, için, sonra gedin. Tülkünün bu səxavəti də filləri 

bir yandan utandırdı. Fikirləşdilər ki, biz bunları nahaqca yerə daşla 

əzmək istədik, onlar isə bizi aşla öldürmək istəyirlər. Bu, ağır ölümdür, 

belə ölümün acısı canlının canından heç getmir. Geri döndülər. Tülkü 

qalaya girdi. Fillərin öz xortumlarına alıb atdıqları ayılar daş kimi düşüb 

yerdə qalmışdı, tərpənə bilmirdilər. Canavar uçunurdu, qalada titrəyə-

titrəyə gəzirdi. Şir öz əslini-nəslini yeraltı yolun ağzına gətirtmişdi, 

gözləri qala divarlarında, qala qapılarında qalmışdı. Fillər içəri doluşan 

kimi onlar bu yolla qaçacaq, aradan çıxacaqdılar. Tülkü şirin qarşısına 

yeridi, əllərini sinəsinə, dizlərini də yerə qoydu:  

– Ey qibleyi – aləm, xəta sovuşdu. Şir davanın səngidiyini 

duymuşdu, ama fillərin onlardan belə tez, belə asanca əl çəkdiyinə 

inanmamışdı. Fikirləşmişdi ki, bəlkə qalaya heyfləri gəlir, elçi 

göndərəcəklər: "təslim olun, təslim olmasanız, özünüzü də, qalanızı da 

yerlə-yeksan edəcəyik!" – deyəcəklər, bu sakitlik də onun sakitliyidir. 

Şir inamsızlıqla soruşdu:  

– Yəni bizim yerə belə bəla gələr, özü də bizə dəyməyib gedər?!. 

Tülkü qısıla-qısıla güldü:  

– Ey qibleyi-aləm, ağıl hər şeydən güclü deyilmi?! Şiri heyrət 

bürüdü:  

– Axı sən onlara nə dedin ki? Tülkü tülkülənə-tülkülənə ərz elədi:  

– Dedim ki, sizin düşməniniz pələnglər padşahlığıdır. Onlar neçə 

dəfə bizim ölkədən yol istəyiblər. İstəyiblər ki, sizin üstünüzə gürzə 

qoşunu çəksinlər. Gürzələr həm sizin diyara zəhər səpəcəkdi, həm də 




 

28 


özünüzü çalacaqdı. Hamınız gücdən düşəcəkdiniz, "allahdan buyruq, 

ağzıma quyruq" – deyəcəkdiniz. Beləcə ölüvaylaşanda pələng 

padşahının pələngləri üstünüzü alacaqdı, qalan nəfəsinizi də, onlar 

kəsəcəkdi. Amma biz onlara torpağımızdan yol vermədik. Dedik ki, fil 

padşahlığı kimi halal qonşuya xəyanət eləyə bilmərik, həm də o bizim 

dostumuzdur, arxamız, köməyimizdir, elə bir köməyin, dostun, arxanın 

itməyi, itirilməyi bizim yoxluğumuz deməkdir. Tülkünün söhbəti 

ağzından üzülər-üzülməz pələnglər padşahlığı tərəfdən ağlaşma, şivən, 

fəryad, ah-nalə qopdu. Uçan, dağılan qala divarlarının gurultusu 

qulaqları batırdı. Şir şirin-şirin güldü:  

– Əhsən, tülkü, əhsən!.. Qalanı çöldən qoruyarlar, özü də sənin 

kimi ağıllı vəzir qoruyar!.. Bu qala sənindir, necə istəyirsən yaşa, kef 

çək! Şir nə biləydi ki, bu bəlanı qala üzərinə gətirən də, qaladan 

uzaqlaşdıran da öz vəziri tülküdür? Şir nə biləydi ki, tülkü başqa fikrə 

düşüb? Şir nə biləydi ki, tülkü daha ona vəzirlik eləmək istəmir, onun 

qabağında yeddi yerindən sınmaq, yalandan irişib – qırışıb istəmir, 

ürəyində daha: "Bir padşahı, bir qalanı, bir məmləkəti, bir rəiyyəti ki 

mən qoruyacam, mən saxlayacam, a fərsiz şir, a mənim qazancımın 

yağlı yerindən yeyib yağlanan, mənim söhrətimlə taxta çıxıb nər-nər 

nərildəyən şir, sən nəyə lazımsan?" – deyir. Qalada tülkünün hörməti 

artdıqca artdı, ona burdan dur, orda otur deyən olmadı. Qalaya hər gün 

bir sürü çaqqal gəldi. Tülkünün çaqqal qohumları ehtiramla qarşılandı, 

hörmət-izzətlə yola salındı. Canavarın subay oğlu da tülkünün çaqqal 

qohumlarından birinin qızına bənd oldu, evləndi. Sürü-sürü gələn 

çaqqallardan həmişə biri üzülüb qalada qaldı, ona iş verdilər. Qalada işə 

düzələn çaqqalların sayı artdı. Qalanın hər yerindən çaqqal səsi, çaqqal 

gülüşü gəldi. Bu qala toylarının oyunu da, mahnıları da dəyişdi. Bir gün 

tülkü bir qara qarğanı fillər diyarına göndərdi. Onun qulağına xeyli söz 

pıçıldayıb göndərdi. Axşamdan öz keçmiş ayı qoşununun başçısına 

tapşırdı ki, qoşunu mağaralara çəksin, çöldə-bayırda bircə ayı da 

qalmasın, çünki fil padşahının qoşunu kərgədan diyarına keçəcək, bircə 

ayı görsələr, elə biləcəklər onlara yol vermirik, dönüb bizi əzəcəklər, 

xıncım-xıncım eləyəcəklər, sağ tikəmiz də tapılmayacaq. Həmin günün 

gecəsi fillər qalanı dövrəyə aldılar. Bar-bar bağırdılar: – Şir bayıra 

çıxsın. Şir titrədi:  

– Vəzir, bu nə işdir? Tülkü ona ürək-dirək verdi:  




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə