İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

 
46 
gözəl  simanı  belə  bir  çirkinlik  və  ismətsizliyə 
bulaşdırsın”.
58
 
HƏZRƏT RƏSULULLAHIN (S) ĠLK HƏYAT 
YOLDAġI XƏDĠCƏ (Ə) 
Qüreyş tayfasından olan Xuvəylidin qızı Xədicə (ə) 
Məkkənin  tanınmış  və  sərvətli  qadınlarından  idi.  Çox 
iffətli  və  ismətli  olduğu  üçün  cahiliyyət  zamanında  ona 
“Tahirə” (ismətli xanım) deyirdilər. O iki dəfə ailə həyatı 
qurmuş  və  ərlərinin  hər  ikisi  dünyadan  getmişdilər. 
Özünün  və  ərlərindən  ona  çatan  var-dövləti  ilə  ticarətlə 
məşğul olardı. Onun ticarət işində hər qəbilədən bir neçə 
adam xidmət edərdi. O, bu yolla çoxlu sərvət toplamışdı. 
Xədicənin  ticarət  karvanları  həmişə  uzaq  və  yaxın 
şəhərlərə  gedərdi.  Xədicə  (ə)  əvvəllər  xaçpərəst  olduğu 
üçün  məsihilərin  kitablarından  İslam  Peyğəmbərinin  (s) 
əhvalatını  eşitmişdi.  Eyni  zamanda  Məkkədə  həzrət 
Məhəmmədin  (s)  əxlaqını  və  simasını  görmüş,  onunla 
ailə  həyatı  qurmağa  meyilli  idi.  Peyğəmbər  (s)  də 
həmçinin buna razı idi. O əmisi Əbu Talibin vasitəsi ilə 
toya hazırlıq gördü. Xədicə qırx yaşında, o zaman iyirmi 
beş  yaşı  olan  Peyğəmbərlə  (s)  ailə  qurdu.  O, 
Məhəmmədlə  (s)  mehriban  və  fədakarlıqla  yaşadı  və 
be`sətin doqquzuncu, ya onuncu ilində dünyasını dəyişdi. 
Həzrət  Xədicə  (ə)  Peyğəmbərlə  (s)  evlənəndə 
İslamın ilk çağları və düşmənlərin Peyğəmbərə  (s) qarşı 
təhlükə  yaratdığı  dövrlər  idi.  O  İslamı  qəbul  edən  ilk 
qadın  idi  və  bütün  var-dövlətini  Rəsulullahın  (s) 
ixtiyarında  qoydu.  O  Həzrət  (s)  bütün  var-dövlətini 
İslamın  inkişafı  və  yoxsul  camaatın  yolunda  xərclədi. 
Həzrət  Xədicə  (ə)  deyirdi:  “Bizim  var-dövlətimizdən 
təkcə iki dəri qalmışdı. Gündüzlər ona qoyunlar üçün ot 
yığar, gecələr isə yatanda üstümüzə örtərdik”.  
                                            
58
 Azadlıq və qadın hüququ. 


 
47 
Bu,  onun  var-dövləti  ilə  göstərdiyi  fədakarlığı  idi. 
Onun  digər  fədakarlığı  isə  canı  ilə  Peyğəmbəri  (s)  və 
onun  ilahi  məqsədlərini  müdafiə  etməsiydi.  Bunun  da 
Peyğəmbər  (s)  üçün  çox  böyük  əhəmiyyəti  var  idi.  O, 
Peyğəmbərin  (s)  qəmlərinə  şərik,  ona  mehriban  və 
nəvazişli  olmuşdu.  Xədicə  (ə)  behiştin  ən  yaxşı  və 
tarixdəki  dörd  nümunəvi  qadınlardan  biridir.  Xədicə  iki 
aləmin  xanımı  Həzrət  Fatiməni  (ə)  tərbiyə  edib  boya-
başa çatdıran qadındır. Həzrət Əli (ə) “Qasiə” xütbəsində 
onun  fədakarlığını  xatırladaraq  buyurur:  “İslamın 
əvvəlindəki  çətin  anlarda,  İslam  dini  Rəsulullahın  (s), 
Xədicənin  evindən  başqa  heç  bir  evə  daxil  olmamışdı. 
Mən də onların üçüncüsü idim”.
59
 
Bəli, Xədicə canı və malı ilə ən çətin şəraitdə İslama 
xidmət etmək üçün ayağa qalxdı və qəhrəmanlıqla İslamı 
müdafiə  etdi.  O,  bu  yolda  ən  ağır  çətinliklərə  dözdü. 
Bə`zən  çörək,  su  götürüb  İmam  Əli  (ə)  ilə  birlikdə 
Peyğəmbəri (s) tapmaq üçün gedərdilər ki, əgər düşmən 
tərəfindən  tutulub  saxlanılmışdırsa,  ya  gizlədilmişdirsə, 
ona  su  və  çörək  versinlər.  Xədicə  “Şə`bi  Əbi  Talib” 
mühasirəsi zamanı həyatının ən çətin dövrünü yaşadı. Bu 
çətinlik üç il çəkdi. O, dağ kimi dözümlü oldu və sonda 
canını  bu  yolda  fəda  etdi.  Axır  vaxtlarda  az-az  əziyyət 
çəkirdi.  Şə`bin  mühasirəsindən  çıxdıqdan  bir  il  sonra 
(be`sətin  doqquzuncu,  ya  onuncu  ili)  Peyğəmbərin  (s) 
vəfalı  sirdaşı  Əbu  Talibin  vəfatından  bir  neçə  gün 
keçməmişdi ki, dünyasını dəyişdi. Peyğəmbər (s) həmin 
ili “Hüzn və qəm-qüssə” ili adlandırdı. Çünki həmin ildə 
iki fədakar dostunu itirmişdi.
60
 Peyğəmbər (s) Xədicənin 
ona  göstərdiyi  mehribanlıqları  və  fədakarlıqları  heç vaxt 
unutmurdu.  Həmişə  onu  xatırlayar  və  salam  deyərdi. 
Həzrət  (s)  bir  gün  Aişənin  deyinməsinin  müqabilində 
buyurdu: “Hamı məni təkzib edəndə Xədicə məni təsdiq 
                                            
59
 Nəhcül-bəlağə, 192-ci xütbə. 
60
 Əl-məcalisus-sunniyyə, 5-ci cild, səh.6. 


 
48 
edərdi. Hamı məndən uzaqlaşanda, o mənə iman gətirdi. 
Məni  tək-tənha  qoymadı  və  müdafiə  etdi.  Allah  ona 
rəhmət etsin, çox bərəkətli qadın idi. O mənim üçün altı 
övlad dünyaya gətirdi”.
61
 
Bu, iki dünyanın nümunəvi xanımı İslamın hədəf və 
məqsədlərini  irəli  aparmaqda  qadınlara  iffət,  səbir  və 
dözüm,  fədakarlıq,  çalışqanlıq,  acı  hadisələr  qarşısında 
bütün  varlığı  ilə  qəhrəmancasına  müqavimətli  olmaq 
dərsi  verdi.  O  isbat  etdi  ki,  qadın  nəinki  bütün 
çətinliklərə dözə bilər, hətta Allaha görə eşq və səxavətlə 
onları gözəl qarşılaya bilər. 
HƏZRƏT PEYĞƏMBƏRĠN (S) ƏSRĠNĠN 
QƏHRƏMAN QADINLARI 
Həzrət Peyğəmbərin (s) əsrinin digər qadınları da, o 
Həzrətin (s) məktəbində seçilmiş və şücaət göstərmişlər. 
Burada  sizin  nəzərinizi  onlardan  bir  neçə  nümunəyə 
xülasə şəkildə cəlb edirik: 
1-Süməyyə - ilk Ģəhid qadın 
İslamın əvvəlində Əmmarın atası, yə`ni Süməyyənin 
əri Yasərə İslamı qəbul etdiyinə görə, şəhid olana qədər 
şallaq  vurdular.  Sonra  isə  Süməyyənin  ardınca  gəldilər. 
Onu  hədələdilər  ki,  əgər  Peyğəmbəri  (s)  inkar  etməsə, 
onun  ayaqlarının  hər  birini  dəvəyə  bağlayıb  iki  tərəfə 
çəkib 
şaqqalayacaqlar. 
Süməyyə 
onların 
hədə-
qorxusundan qorxmadı. Çünki o çox imanlı idi və ərinin 
yolunu  getmək  istəyirdi.  Peyğəmbərin  (s)  sözləri 
qulağında  sırğa  olmuşdu:  “Yasərin  ailəsi!  Səbir  edin, 
sizin yeriniz behiştdir”.  
Sonra o qadını bu cür ağır və zülmkarcasına işgəncə 
ilə  şəhid  etdilər.  O  və  əri  İslamın  əvvəlindəki  ilk 
                                            
61
  Üsdul-ğabə,  8-ci  cild,  səh.438.  Bu  övladlar  Qasim,  Əbdullah, 
Rüqəyyə,  Ümmü  Gülsüm,  Zeynəb  və  Fatimə  Zəhradan  (s) 
ibarətdirlər. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə