47
çox kiçikdir. Nə üçün? Ona görə ki, orada ev hamamı-
nın tarixi yoxdur, çünki onlar əvvəllər yuyunmurdular.
Nə üçün yuyunmurdular? Muzeyin hamamlar hissəsinin
divarına üzərinə bu sözlər yazılmış lövhə asılmışdır:
“Almanların məşhur filosofu Göte bir gün çimərkən
gözü təqvimə ilişdi və baxdı ki, daha əvvəlki son çim-
məsi düz bir il əvvəl imiş”. Çox üzr istəyirəm, bu gün
bizdə yüksək təbəqəyə mənsub olanlar (sosyetə) yatağın
yanına qoyulan şkafa komod deyirlər. Bu komod şkafı
nədir? Biz bunu avropalılardan götürmüşük. Komodun
lüğəvi mənası, çox üzr istəyirəm, içinə oturaq
11
qoyulan
şkaf deməkdir. Nə üçün belədir? Çünki avropalı çim-
mək nə olduğunu bilmir, ayaqyolunun da nə olduğunu
bilmir. Necə ki Fransadakı Versay sarayında tualet yox
idi. Bir əsr əvvələ qədər bu saraya xarici elçilər günorta-
dan sonra qəbul edilərdilər. Nə üçün? Çünki səhər vaxtı
tualet olmadığına görə, yaranan pis qoxular elçilərin
gəlməsinə mane olurdu. Müsəlmanlar bütün insanlığa
yalnız bu dəqiq elmləri verməklə qalmamış, insanlıq da
vermişlər. Bu gün Avropada gördüyümüz təmizlik mü-
səlmanlardan götürülmüşdür. Ona görə də bu gün hər
bir avropalının müsəlmanların qarşısına çıxıb lovğalan-
mağa heç bir haqqı yoxdur. Müsəlmanlar onun üstündə-
ki haqqını istəyərlərsə, lümlüt bir zavallı olaraq ortada
qalar, çünki başındakı elmi, belindəki paltarı, hər cür
ictimai həyatın əsaslarını müsəlmanlardan almışlar. Mü-
səlmançılıq insanlığa həm maddi, həm də mənəvi elmlər
gətirmişdir.
11
İçinə pəşov edilən və nəcasət ifraz edilən qab, rusca qorşok
48
Avropalılar bu elmləri bizdən mahiyyətini başa düş-
mədən götürdülər, lakin uzun əsrlər boyunca bunları
yavaş-yavaş başa düşməyə başladılar. Özlərindən işlər
görmək istədilər. Bugünkü çıxılmaz bir vəziyyətə gəlib
çatdılar. Bu nöqtədən irəli getməyə isə gücləri çatmaz.
Nə üçün gücləri çatmaz? Çünki yuxarıda müəyyənləşdi-
rilən məfhumların yerinə yeni məfhumlar gətirə bilmək
üçün onların kifayət qədər gücləri yoxdur. Bəs, nə ola-
caq? Nə olacağı məsələsini belə başa salmağa çalışaq.
Belə bir söz vardır: “İnsanlara təməl bilgilər peyğəm-
bərlər tərəfindən gətirilmişdir”. Sadəcə mənəvi bilgi-
lər deyil, dinin, imanın, ibadətlərin yerinə yetirilmə qay-
dalarının peyğəmbərlər vasitəsi ilə gəldiyini bilirik, la-
kin maddi və müsbət elmlərin də peyğəmbərlər vasitəsi
ilə gəldiyini hamımız bilməyə bilərik.
Məsələn, gəmiçilik sənayesinə aid ilk fikirləri Nuh
əleyhissəlam gətirmişdir. Dərziliyi İdris (ə), tibbi İsa (ə),
sehrə aid elmləri isə Musa (ə) gətirmişdir. Peyğəmbərlə-
rin bunlara bənzər təməl fikirləri gətirməsi ilə bu elmi
inkişaflar başlamışdır. İçində yaşadığımız axırzamana
aid bütün elmlərin hamısının bünövrəsini də insanlara
Quran-kərim gətirmişdir. Ona görə də yaşadığımız dövr,
mütləq Quran-kərimin göstərdiyi yollar içərisində qal-
mağa məhkum olunan bir dövrdür.
Bu gün kosmos əsrində yaşadığımızı söyləyirik. Hal-
buki Quran-kərimdə kosmosa aid nə qədər ayələr vardır.
Bizə önümüzdəki dövrün fəza və kosmos dövrü olaca-
ğını söyləməkdədir, lakin biz bunun fərqinə varmırıq.
Bütün bu elmlərin təməlləri və əsasları Quran-kərimdə
vardır. Kosmosa getməklə Quran-kərim arasında nə əla-
49
qə vardır? – deyirik. Daha əvvəl ifadə edildiyi kimi,
müxtəlif düsturların sahibi müsəlmanlardır. Bu düsturla-
rı sıxdığımız zaman yerə düşən gözəl qoxu, üç damcı-
dan ibarətdir. Bu gözəl qoxunun nə olduğunu da onlar
bilməzlər. Yeni məfhumlar və anlayışlar tapmaq lazım-
dır. Bu yeni məfhumların tapılması üçün insanların
Quran-kərimdən işıq almağa ehtiyacları vardır. Əfən-
dim, necə olacaq? Baxın, dostlarımdan birinin bu barədə
bir məqaləsi də var. Özü on il Amerikada professorluq
etmişdir. Keçən gün mühüm bir məsələyə toxunmuşdur.
Qədim əsərlərdən biri əlinə keçmişdir. Bu kitab məşhur
Yusif Xas Hacibin “Kutadqu Bilik” (“Xoşbəxtlik verən
elm”, ya “Uğurlu məlumatlar kitabı”) adlı şeir kitabıdır.
Yusif Xas Hacib əslində böyük bir alimdir. Biz bu in-
sana yalnız bəzi mənəvi şeirlər yazmış bir insan gözü ilə
baxsaq, çox səhv etmiş olarıq. “Kutadqu Bilik”dəki bir
şeirdə baxın nə yazır: Riyaziyyat elmi sahəsində profes-
sor olan dostumuz diqqəti belə bir şeirə doğru yönəldir:
“Ey bir olan Tanrı, bir başqası sənə şərik qoşula
bilməz; başda hər şeydən əvvəl və sonra, hər şeydən
sonra Sənsən. Yaradıcı varlığına yaradılmış olanlar
şahiddir. Yaradılan iki, Birin hazır şahididir”. İndi
biz bunu oxuduğumuz zaman deyirik ki, Cənabı-Haqq
və Onun sifətlərinə aid yazılmış mənəvi bir şeirdir. On il
riyaziyyat sahəsində çalışan dostumuz bunu oxuduğu
zaman sanki beyni donub qalır. Nə üçün? Əlbəttə ki, biz
fərqinə varmırıq. Bu dostumuz natural ədədlər, 1, 2, 3,
… dediyimiz ədədlərə aid kitab yazmışdır. Bu ədədlər
elə ədədlərdir ki, əvvəl bir vahidin varlığı qəbul edilir,
digərlərinin hamısı onun təkrarı ilə meydana gəlir. Bun-
Dostları ilə paylaş: |