34
edəcək. Nə üçün? Çünki müsəlmanlar elmi əllərinə al-
mış, bu tarixdən sonra Ptolemey qədim dövrlərdə qalmış
olan bir insandır.
Qədim misirlilər Aralıq dənizinin genişliyini, yəni
məsələn, Mersindən İskəndəriyyəyə qədər olan məsafə-
ni bugünkü həqiqi məsafənin iyirmidə biri qədər oldu-
ğunu zənn edirdilər, yəni Ankara ilə Konyanın arası 260
km-dir. Onlar Ankara ilə Konyanın arasındakı məsafə-
nin 10 km olduğunu zənn edirdilər. İş İslam alimlərinə
gəlincə Aralıq dənizinin həqiqi genişliyini ilk dəfə İslam
alimləri ölçmüşlər. Necə ölçdülər? Abbasilər dövründə
xəlifə Məmun, “Mən Aralıq dənizi bölgəsindəki müsə-
man torpaqların kodastrını çıxarmaq, hər bir kəsin haq-
qını sübuta yetirmək istəyirəm. Mənə bütün Aralıq də-
nizi boyundakı İslam diyarlarının ölçülərini dəqiq olaraq
çıxarıb gətirin”, – dedi və bu işi alimlərinə vəzifə olaraq
tapşırdı. İslam alimləri o zamankı imkanlara görə Aralıq
dənizinin genişliyini ölçmək üçün belə bir metod tətbiq
etdilər; Aralıq dənizinin kənarında sahildə qurulan bir
şəhərdən ölçməyə başladılar. Yüksək bir təpənin üstünə
çıxıb o təpədən etibarən görünə biləcək qədər irəlidəki
məsafəyə baxırlar. Çıxmış olduğu təpənin dənizdən
yüksəkliyini ölçürlər. Günəş batarkən təpədən o zaman-
kı alətlərlə aradakı bucağı ölçürlər. Daha açıq bir misal
üzərində danışsaq, məsələn, Konyada bir təpənin üzə-
rinə çıxırıq. Baxırıq ki, Kuluda Günəş batır. Günəşin
orada neçə dərəcəlik bir bucaq altında batdığını ölçürük.
Üstündə durduğumuz təpənin hündürlüyünü ölçürük. Bu
hündürlüyü və bu bucağı ölçdükdən sonra aradakı məsa-
fəni hesablayıb tapırıq, yəni Kuludan Konyaya qədər
35
olan məsafəni hesablayırıq. Necə hesablayırıq? Sırf bu-
nu hesablamaq üçün bizim bu gün triqonometriyada
istifadə etdiyimiz sinus, kosinus, tangens, kotangens
məfhumlarını yaradaraq hesablayırıq. Bu məfhum və
anlayışları kəşf edən xəlifə Məmun zamanındakı müsəl-
man alimlərdir. Bunlar bu məsafəni hesablayarkən qar-
şısındakı bucağın sinus və kosinusunu hesablayır və bu
hesablar vasitəsi ilə məsafələri ölçürlər. İndi bu sinus
məsələsinə təkrarən qayıdacağıq. Sadəcə, bütün Aralıq
dənizinin genişliyini necə ölçdüklərini izah edirəm. Bu-
radan gedib Kuludakı təpəyə çıxır, oradan da Ankara
istiqamətinə baxırlar. Aradakı məsafəni ölçür, beləcə tə-
pələrə çıxa-çıxa şəhərlər arasındakı məsafələri ölçə-ölçə
Aralıq dənizinin bütün uzunluğunu hesablayırlar. Bu şə-
kildə tapdıqları uzunluq Aralıq dənizinin bu gün bildi-
yimiz uzunluğudur. Qədim misirlilər Aralıq dənizinin
uzunluğunu bugünkünün iyirmidə biri qədər zənn etmə-
lərinə baxmayaraq, müsəlman alimləri işi ələ alınca
ogünkü imkansızlıqlara baxmayaraq, həqiqi məsafəni
hesablaya bilirdilər. İndi isə bu sinus məsələsinə qayı-
daq. Triqonometriyanı oxuyan nisbətən yaşlı qardaşları-
mız bilirlər ki, qədimdən bəri triqonometriya dərsi oxu-
narkən sinus, kosinus kəlməsi yerinə ceyb, taceyb sözlə-
rindən istifadə edilirdi. Bizim otuz il əvvəl yazılmış
lisey kitablarında bunlara ceyb, taceyb deyilir. Ceyb sö-
zü ərəb sözüdür. İlk dəfə xəlifə Məmun zamanındakı
müsəlman alimləri məsafə ölçərkən bu sözdən istifadə
etmişlər. Bu uzunluğu o dövrdəki insanlar cibə bənzət-
miş və buna bizim turkcəmizdə cib deyilən “ceyb” dem-
işlər. Hesablamalarında, kitablarında “ceyb aşağı, ceyb
36
yuxarı” – deyə bəzi hesablamalar aparmışlar. Bu kitab-
ları xaç yürüşlərindən sonra avropalılar götürmüş və
Aralıq dənizinin genişliyinin fövqəladə doğru bir şəkil-
də ölçüldüyünün şahidi olmuşlar. Bunu necə etdiklərini
və hesablamalarda ceyb kimi istifadə etdikləri təbirləri
başa düşə bilməmişlər. Bu hesablamaları başa düşmə-
dən lüğəti açmış və ərəb dilindəki ceyb sözünün latınca
qarşılığı olan “sinus” kəlməsindən istifadə etmişlər. Av-
ropalılar buna “sinus” dedikləri üçün biz də bir çox mə-
sələləri avropalılardan götürdüyümüzə görə bu gün öz
məktəblərimizdə özümüz kəşf etdiyimiz elmlərin adları-
nı onların başa düşmədən istifadə etdikləri sözlərlə oxu-
yuruq. Ona görə də sinus, kosinus sözlərindən istifadə
edirik. Halbuki bunları kəşf edənlər müsəlmanlardır.
Maln sahibi müsəlmanlardır. Avropalı bunu bizdən başa
düşmədən əxz etmiş, biz də başa düşmədən onlardan
əxz edirik.
Ancaq müsəlmanların araşdırmaları və yenilikləri
yalnız bundan ibarət deyildir. Müsəlmanlar bugünkü
coğrafiyadan bildiyimiz bir dərəcəlik meridian qövsü-
nün uzunluğunu ölçmüşlər. Bu, xəlifə Məmun zamanın-
da Hərran ovasında, bizim Türkiyədə olan bir rayon ilə
İrakda olan digər bir şəhər arasındakı məsafələrin felən
ölçülməsi və məsafələrdə saat qurşaqlarına aid aparılan
hesablamalarla sübut olunmuşdur. Bir dərəcəlik meridi-
an qövsünün uzunluğunu bugünkü məlumatlarımıza
görə 111 000 km-dir. Xəlifə Məmun zamanında da bu-
nun 111 000 km olduğu hesablanaraq ortaya qoyul-
muşdur.
37
Məsələ bundan ibarət deyildir. Müsəlmanlar bu elm-
lər arasında sinus, kosinus və s. kəşf etməkdən əlavə
bunların cədvəllərini də tərtib etmişlər. Bu gün məktəb-
lərdə sinus cədvəlindən istifadə edirik. Hətta bu cədvəl-
lərin çoxu tərcümə edilmişdir. Tərcümə edilən kitablara
baxsaq, İngiltərə, Fransa və Almaniyada nəşr olunmuş
kitablardır. Biz zavallı insanlar bu gün elə zənn edirik
ki, bu kitabların içindəki hesablamaları ilk dəfə avropa-
lılar aparmışlar. Halbuki triqonometriya cədvəllərini ilk
dəfə müsəlmanlar hazırlamışlar. Həm də çox həssaslıq-
la. Bir dərəcənin sinusunu “ər-Risalətul-Muhitiyyə” adlı
kitabında ilk dəfə böyük müsəlman alimlərindən
xorasanlı Qiyasəddin Cəmşid
6
hesablamışdır. İndi isə
gəlin avropalını, xüsusilə, şərqşünas bir alimi təkrarən
qarşımızda oturdurub soruşaq; Siz deyirsinz ki, müsəl-
manlar bu elmləri yunanlardan və misirlilərdən götürüb-
lər. Misirlilərdə sinus anlayşı və triqonometriya hesabla-
maları var idi? Misirlilərdə sinus bir dərəcənin qiyməti
var idimi? Belə bir şey yoxdur, lakin Qiyasəddin Cəm-
şid sinus bir dərəcəni baxın hansı dəqiqliklə hesablamış-
dır. 0,017 452 404 437 238 371. Təqribən vergüldən
sonra 18 rəqəm həssaslıqla sinus bir dərəcəni hesabla-
mışdır. Bu gün bu hesablamanı elektron maşınla apardı-
ğımız zaman bir rəqəmi belə çaşmır. Qiyasəddin Cəm-
şid oturub triqonometriya cədvəlini bax bu cür dəqiqli-
klə tərtib etmişdir. Bunu necə etmişdir? Onların bu işi
necə gördüklərini düşünnəndə adam məəttəl qalır. Bu
metodlar qarşısında heyranlıqdan başqa bir şey hiss
etmək mümkün deyil. Həmçinin bu gün yenə avropalı-
6
“Qeydlər və izahlar” bölməsinə baxın.
Dostları ilə paylaş: |