Islam Həmrəyliyi Oyunlarının keçirilməsinə aid mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix08.07.2018
ölçüsü0,79 Mb.
#53848
1   2   3   4   5   6   7

 

üzv  olmaqla  ölkəmizi  orada  təmsil  edir.    Bu  hadisə  beynəlxalq 



aləmdə  respublikamızın  inkişafı  üçün  yeni  üfüqlər  açaraq, 

Azərbaycana  və ona üzv olan ölkələrin dəstəyini qazandırır.  

2017-ci il yanvar sərəncamı ilə İlham Əliyev bu ili “İslam 

Həmrəyliyi ili”  elan edilməsi haqqında sərəncam imzalamışdır. Bu 

sərəncamda  qeyd  edildiyi  kimi,  Azərbaycan  uzun  əsrlərdən  bəri 

İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğundan, İslam 

Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və 

çoxidmanlı tədbir

 

İslam Həmrəyliyi Oyunları ölkəmizdə keçirilir. 



İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirildi. Sayca 

İkinci  İslam  Həmrəyliyi  Oyunlarının  ilkin  olaraq  2009-cu  ilin 

oktyabrında  İranda  keçirilməsi  nəzərdə  tutulsa  da,  daha  sonra 

tədbir  2010-cu  ilin  aprel  ayına  təxirə  salınır  və  sonradan  ləğv 

olunur. Növbəti Oyunlar isə 2013-cü ildə İndoneziyada baş tutur. 

İslam Həmrəyliyi  İdman Federasiyasının səkkizinci  seçilmiş Baş 

Assambleyası  Səudiyyə  Ərəbistanının  Ciddə  şəhərində  dördüncü 

İslam  Həmrəyliyi  Oyunlarının  2017-ci  ildə  Azərbaycanda 

keçirilməsinə  qərar  vermişdir.  İslam  Oyunlarının  rəmzi  olaraq, 

Azərbaycanın  Qarabağ  atlarını  təcəssüm  etdirən,  İncə  və  Cəsur 

maskotları  seçilmişdir.  Burada,  İncə  özündə  məlahət  və  incəlik 

kimi keyfiyyətləri adət-ənənələri və milli dəyərləri təmsil edir. İncə 

və  Cəsur  Azərbaycanın  milli  sərvəti  olan  Qarabağ  atlarıdır.  İncə 

zəriflik  və  gözəlliyi,  Cəsur  isə  məharət  və  mərdliyi  təcəssüm 

etdirirlər.  Bu  atlar,  mükəmməlliyin  timsalıdır.  Çünki  qarşısına 

qoyduğu  məqsədlərə  nail  olmaq  üçün  əlindən  gələni  edir. 

Mehribanlığı  ilə tanınan Cəsur hamıya qarşı dostyana münasibət 

bəsləyir.  Bundan  əvvəlki  Bakı-2015  Birinci  Avropa  Oyunları 

başlamazdan  əvvəl  məşəl  müqəddəs  atəşlə  alovlandırılmış  və 

ölkənin hər bir guşəsinə oyunların ruhunu və həyəcanını gətirmək 

üçün  bütün  ölkə  ərazisində  daşınmışdır.  Bakı  2017  İslam 

Həmrəyliyi Oyunlarının təşkilində də məqsəd dəyişməzdir. Lakin 

bu dəfə Səyahət od deyil, İslam dinində su ünsürünə böyük önəm 



 

verildiyindən bu ünsür ilə səyahətə başlamışdır. Su saflıq, təmizlik 



və şəfa rəmzidir. Möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı 

şəhəri  Xəzər  dənizinin  sahilində  yerləşir.  Novruz  bayramından 

öncə  qeyd  etdiyimiz  çərşənbələri  simvolizə  edən  dörd  ənənəvi 

ünsürdən (su, torpaq, hava və od) biri də məhz sudur. Vurğulanan 

bütün  məqamlar  son  dərəcə  mühüm  əhəmiyyət  kəsb  etdiyindən, 

oyunlar ərəfəsində Su ünsürü əsas seçilmişdir.  Başlanğıc 5 aprel 

Bakı  şəhəri  Xəzər  dənizindən  olmaqla  mərasim  aşağıdakı 

tarixlərdə bu sırada davam edəcəkdir.  

7 aprel-Naxçıvan,  

9 aprel-Astara,  

11 aprel-Şirvan,  

13-aprel Sabirabad ,  

15 aprel-Ağcabədi,  

17 aprel-Horadiz şəhəri, Füzuli,  

19 aprel-Gəncə  

21 aprel-Şəmkir  

23 aprel-Mingəçevir,  

25 aprel-Qax,  

27 aprel-Qəbələ ,  

29 aprel- Qusar, 1mayıllı, Quba, 

3 may -    Qaradağ, 

5 may -    Sumqayıt,  

12 may Bakı - Açılış mərasimi. 

                 

          

 

 



 

 

           



 


 

   II  İslam Həmrəyliyinin kitabxanada təbliği ilə bağlı 



keçirilə biləcək tədbirlər 

 

Ta  qədimdən  nənə  və  babalarımız  öz  arzularını, 



xəyallarını nağıllara hopdurub bu gunkü nəslə ötürüblər. Biz də 

uşaqlıqdan bu nağıllardan tərbiyə götürmüşük, əxlaq öyrənmişik, 

mərdlik,  igidlik,  qoçaqlıq  kimi  keyfiyyətləri  mənimsəmişik. 

2017-ci  ilin  Həmrəylik  ili  elan  edilməsi  ilə  bağlı  ölkəmizdə 

müxtəlif  tədbirlər  həyata  keçirilir.  Kitabxanamız  da  oyunların 

keçirilməsində islam ölkələrinin həmrəyliyini, birliyini göstərən 

müxtəlif tədbirlər keçirir. Milli nağıllarımızı sevdirməklə bərabər 

müxtəlif  islam  ölkələri  xalqlarının  nağılları  kitabxanada  təbliğ 

edilir.   Bunun üçün nağıl otağında hər bazar günü xidmət şöbəsi 

tərəfindən nağıl saatı keçirilir. Nağıl saatında müxtəlif xalqların 

nağılları  uşaqlara  ucadan  oxunur.  Həmçinin  bu  xalqların 

nağıllarına  çəkilmiş  cizgi  filmləri  nümayiş  etdirilir  və  sonra 

kitabxanaçi cizgi filminin məzmunu ilə bağlı onlara suallar verir.  

Bu  nağıllardan  Əfqan  xalq  nağılı  olan  “Ədalətli  bölgü”,  

“Axmağın  dostluğu  ilə  düşmənin  dostluğu  eynidir”,  “Ədalətli 

hakim”, Pakistan xalq nağılı “Xeyirli sövdələşmə”, Hersoqavina 

nağılı  “Ölüm hökmü”, Fars nağılı “Tülkü və Xoruz”, İndoneziya 

nağılı “Pişik və Meymun balaları”, İndoneziya nağılı “Nə üçün 

ayının  quyruğu  gödəkdir”,  Makedoniya  nağılı  “Çar  və  dünya 

gözəli” və b. adlarını çəkə bilərik. 

Bundan  əlavə  “Milli-mənəvi  dəyərlərin  əbədiyaşar  daşıyıcısı” 

adlı  nağıl  müsabiqəsi  keçirə  bilərik.  Nağıl  müsabiqəsində 

məktəblərə

 

islam  ölkələrindən  müxtəlif  xalqların  nağıllarını 



təqdim  edirik.  Seçdiyi  ölkənin  nağılını  daha  maraqlı  şəkildə 

təqdim edən məktəb sonda kitabxanada təşkil olunmuş tədbirdə 

münsiflər heyəti tərəfindən mükafatladırılır.  

Gəlin Türkmən nağılı “Saxsı küp” nağılını səhnələşdirək. 

 

 



                                  


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə