İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə6/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   2   3   4   5   6   7   8   9   ...   142

18

                                            

Əsrin şairi IX 

bir neçəsini  İstanbul, bir neçəsini Bakı və Tiflis mətbuatında çap 

etdirmişdir.  Həmin  şeirlərdən  biri  farsca  “Salik”  təxəllüsilə 

yazdığı və “Olubdu qəlbimə hakim mənim məlali-vətən” misrası 

ilə  başlayan  qəzəlidir.  Şair  həmin  qəzəli  Qurbanəli  Şərifzadəyə 

yazdığı  məktublarından  birinə  əlavə  etmişdir.  Əziz  Şərifin 

yazdığına  görə,  atası  həmin  şeiri  məktubdan  qayçı  ilə  kəsib 

saxlamış,  məktubu  isə  məhv  etmişdir.  Səbəbi  məlum  deyildir. 

Görünür,  şairin  özü  məktubu  ondan  məhv  etməsini  xahiş 

etmişdir. Bu mülahizəni irəli sürməyimə əsasım var. Çünki şairin 

sonrakı  məktublarından  birində  belə  bir  qeydi  var:  “Yalnız  özü-

nüz oxuyacaqsınız.” O illərdə böyük mənəvi və maddi sıxıntı və 

çətinliklərlə üzləşən şair, çox ehtimal ki, məktubda yazdıqlarının 

gizli qalmasını istəmişdi.  

Ə.Şərif  fars  dilində  yazılmış  şeirin  tərcüməsini  “Keçmiş 

günlərdən”  kitabında  vermişdir.  Şeiri  Azərbaycan  türkcəsinə 

İ.Cəfərpur  tərcümə  etmişdir.  O  yazmışdır:  “Cavid  Nəsimidən 

tutmuş  Seyid  Əzim  Şirvani  və  Sabirə  qədər,  farsca  şeir 

yazmaqdan  çəkinməmişdir.  Bir  şair  olaraq,  klassik  formada  və 

əruzla  şeirlər  qələmə  almışdır.  İstanbuldan  qayıtdıqdan  sonra  o, 

əruz  vəznində  yazsa  da,  yeni-yeni  formalara  və  mövzulara 

müraciət  etmişdir.  Məsələn,  “Vətən”  şeiri  şair  Hüseyn  Salik  ilə 

şair  Hüseyn  Cavid  arasındakı  fərqi  apaçıq  göstərməklə  bərabər, 

Cavid yaradıcılığında İstanbul təlim və tərbiyəsinin də rol və əhə-

miyyətini aydınlaşdırır.” 

Ə.Şərif  haqlıdır.  Cavid  öz  şeirlərilə  çağdaş  Azərbaycan 

poeziyasına  yeni  dil  və  üslub,  bədii  düşüncə  tərzi  gətirirdi. 

Türkiyə  türkcəsilə  Azərbaycan  türkcəsini  bir-birinə  daha  da 

yaxınlaşdırır, ümumtürk ədəbi dilinin əsasını qoyurdu... 

Onlar  Tiflisdə  yaşarkən  şeir,  sənət  və  ədəbiyyatdan  tez-tez 

söhbətlər  açır,  Azərbaycan,  Türkiyə,  rus  və  Qərbi  Avropa 

sənətkarlarının əsərlərini bir yerdə mütaliə və müzakirə edirdilər.  

Bir  gün  Ə.Şərif  şairin  1913-cü  ildə  Tiflisdə  nəşr  edilmiş 

“Keçmiş  günlər”  şeirlər  kitabından  bir  neçə  şeirini,  o  cümlədən 




         

19

 

İsgəndər Atilla 

“Məsud və Şəfiqə” şeirini Əbdülqafar Səmədovun

*

 yanında oxu-



yur.  Şeirləri  oxuyub  qurtardıqdan  sonra  Ə.Səmədov  deyir:  “Bu 

şeirlərdə bir fikir varsa da, gözəllik yoxdur.” Ə.Şərif etiraz edərək 

bildirir:  “Bu  şeirlərdə  fikir  də  var,  gözəllik  də!”  Onların 

dialoqlarını oxucuların nəzərinə çatdırıram. 



Ə.Səmədov:  -  Şeir  yalnız  xarici  formadır,  söz  gözəlliyidir. 

Buna görə də əyləncə kimi bir şeydir. Heç bir dərin mənanı şeirin 

dar çərçivəsində ifadə etmək olmaz. 

Ə.Şərif: - Şeirdə hər bir dərin, ən dərin və məzmunlu fikri 

ifadə  etmək mümkündür.  Bunun  üçün  yalnız  həqiqi  şair  olmaq 

tələb edilir... 

Cavid  “İştə  bir  divanədən  bir  xatirə”  adlı  məşhur  fəlsəfi 

şeirini 1914-cü ildə Tiflisdə yazmışdır. Şeirin ilk dinləyiciləri şairin 

dostları  Əziz  Şərif  və  Rza  Təhmasib  olmuşlar.  Həmin  ilin  9 

yanvarında  o,  R.Təhmasiblə  şairin  Tiflisin  Şeytanbazar  məhəllə-

sində  kirayə  tutduğu  evə  gəlirlər.  Bu  zaman  şair  həmin  şeiri 

yazırdı.  Ərəb  əlifbası  ilə  dəftərin  eni-uzunu  şeirlə  dolmuşdu. 

Ə.Şərif  xahiş  edir  ki,  şair  üzərində  işlədiyi  şeirdən  bir  parça 

oxusun. Şair böyük həvəs və həyəcanla oxumağa başlayır. O, oxu-

duqca sanki gözlərindən qığılcım yağır, səsi gurlayırdı. Şeir oxu-

nub qurtardıqdan sonra Ə.Şərif fikrini dostları ilə bölüşdürür və 

təəssüratlarını  bu  cür  izah  edir:  “İlahi!  Şeir  nə  qədər  qüdrətli 

olarmış?!.  Hüseyn,  sən  oxuduqca  sanki  daxmanın  divarları  ara-

lanıb bizdən uzaqlaşırdı. Başımızın üstündən asılan səqf harayasa 

qalxıb  yüksəlirdi.  Qaranlıq  və  papiros  tüstüsü  ilə  dolu  daxma 

nurla dolur, qəribə bir aləmə çevrilirdi. Şeir – gözəl, ahəngdar və 

mənalı şeirlər misra-misra axır, qulaqlarımızı oxşayırdı.” 

Şeir  dostları  yamanca  tutmuşdu.  Ə.Şərifin  sözlərilə  desəm, 

                                                 

*

 



Ə.Səmədov  M.Ə.Sabir  və  A.Səhhətin  yaxın  dostu  olmuşdu.  Şamaxılı  tacir 

Əbdülrəhim Səmədovun oğlu idi. O, Kaxetiya dəmir yolu tikintisində öz kapitalı 

il

ə yol çəkdirirdi. Ə.Şərifin atası isə onun vəkili kimi tikintini aparır, işləri idarə 



edirdi. 


20

                                            

Əsrin şairi IX 

onlar  lal  olmuş  kimi  mat  və  məbhut  oturmuşdular.  Dostların 

qəlbində izaha gəlməz hisslər təlatümə gəlmişdi. Hisslər dəniz tək 

qaynayıb  coşurdu.  Danışmağa  söz  tapa  bilmirdilər.  Həmin  gün 

onlar  üçün  şeir  bayramına  çevrilmişdi.  Üç  dost  və  həmyerli  şeir 

bayramını  Əziz  bəyin  bibisi  oğlu  İbrahim  Nəsirbəyovun 

Naxçıvandan göndərdiyi bazar halvası ilə qeyd etdilər. 

Ə.Şərif  şairin  “Rəqs”  şeiri  barəsində  belə  yazır:  «Nahardan 

sonra  [11  mart  1914]  Hüseyn  [Cavid]  gəldi  və  “Rəqs”  adlı  şeiri 

dərc edilmiş qəzet nömrəsini gətirdi.

*

 Şeiri mənə özü oxudu. Yaxşı 



şeirdir. Mən şeiri təriflədim...» 

Qurbanəli  Şərifzadə  Cavid  şeirlərinin  məftunu  idi.  Şairin 

bədii yaradıcılıqda qazandığı hər bir uğura sevinir, onu öz uğuru 

hesab  edirdi.  Bu  səbəbsiz  deyildi.  Əvvəla,  Cavidi  Məşədi  Tağı 

Sidqinin  məktəbində  oxumağa  o,  təşviq  etmişdi.  Təhsilini  İstan-

bulda  davam  etdirməyi  məsləhət  görmüşdü.  Üstəlik  ali  təhsil 

almasına  maddi  yardım  göstərmişdi.  O,  dostunun  yaradıcılığını 

izləyir,  şeirlərini  oxuyub  zövq  alır  və  tez-tez  “Cavid,  doğrudan 

da, Cavid!” deyirdi. 

Günlərin bir günü şairin “Dəniz tamaşası” şeiri onun əlinə 

keçir.  O,  oxuyur  və  böyük  ləzzət  alır.  Oğlu  Əzizə  məktubunda 

bunları  yazır:  “Möhtərəm  bəradərim  Cavid  həzrətlərinin 

məktubunu kəmali-məsərrətlə oxudum. Məndən o həzrətə və şair 

dostlarımıza  salam  olsun.”  “Bahar  şəbnəmləri”ndən  bir  yarpaq 

“Dəniz  tamaşası”nı  “İqbal”dan  kəsib  yanımda  saxlayıram.

**

 



Məcalım  olan  vaxt  mütaliə  edib  həzz  alıram.  Güman  edirəm  ki, 

belə nəzm yazılmayıbdır və yazmayıblar. Mənə çox xoş gəlir.”

1

 

Ə.Şərif  atasının  məktubunu  oxuyub  qurtardıqdan  sonra 



gündəliyində  bu  sözləri  yazır:  «“Dəniz  tamaşası”,  doğrudan  da, 

Cavidin ən gözəl şeirlərindəndir.» 

                                                 

*

 



Şeir “İqbal” qəzetinin 25 mart 1914-cü il tarixli nömrəsində dərc edilmişdir. 

**

 



Şeir “İqbal” qəzetinin 7 oktyabr 1914-cü il tarixli nömrəsində çap edilmişdir. 

1

 



Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977, s. 109.

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə