43
İsgəndər Atilla
mahiyyəti bu cür şərh edilir: “...Мах и Авенариус со-
средоточили главное внимание на вопросах теории познания.
Они полагали, что им удалось на основе достижений
естествознания, особенно физики, создать философию
абсолютно новую, проделать ограниченность материализма и
идеализма…”
1
Yəni həmin filosoflar əsas diqqəti idrak
nəzəriyyəsi üzərində cəmləşdirirdilər. Hesab edirdilər ki, fizika və
təbiiyyat elmlərinin əsasında tamamilə yeni, materializm və ide-
alizmdə mövcud olan məhdudiyyətləri aradan qaldırmaq olar.
Max hesab edirdi ki, dünya elementlərdən ibarətdir. “Ele-
mentlər” fiziki, subyekt üçün psixidir. Əşya fikir simvoludur və
kompleks duyğular üçün şərti addır və s. Max və Avenarius bu
cəhətdən özlərini “XX əsrin təbiətşünas filosofları” elan etdilər.
Sonralar neopozitivistlər onların fikirlərinə şərik çıxdılar.
Lenin “Materializm və empriokritisizm” əsərində həmin
filosofların ideyalarının marksizmə zidd olduğunu iddia etdi,
maxizmi “subyektiv ideolizm” adlandırdı. Belə hesab edirdi ki,
bir sıra rus sosial-demokratlarının maxizmə qarşı tutduqları
mövqe rus inqilabi hərəkatına ziddir və bu səbəbdən onları ciddi
tənqid atəşinə tutdu.
Sovet filosofları Maxın və Avenariusun fəlsəfəsini “mürtəce
fəlsəfə” (?!) hesab etmişlər...
17
Modernizm nədir? Fransızca moderne sözündəndir. Ən
müasir, ən yeni mənalarını ifadə edir. İncəsənətdə bir cərəyandır.
İlk öncə Avropa və Amerikanın təsviri incəsənətində, sonralar
bədii ədəbiyyatda öz ifadəsini tapmış və geniş yayılmışdır.
Modernistlər nəzəri ədəbiyyatı “incəsənətdə ən böyük inqilab”
hesab edirdilər. Marksistlər onu “burjua mədəniyyətinin
təzahürü” kimi başa düşürdülər. Sovet incəsənəti və tənqidi ona
1
Краткий словарь по философии. Москва, 1966, с. 338.
44
Əsrin şairi IX
“ideoloji bir hadisə” kimi baxır, “burjua ideologiyasının ədəbiyyat
və incəsənətdə mürtəce, obyektiv aləmin dərkindən qəti imtina
edən, humanizmə zidd bir” fəlsəfi cərəyan hesab edirdi.
Bu cərəyanın istər tərəfdarları, istərsə də əleyhidarları olsun,
ona daha çox ideoloji mövqedən yanaşırdılar. Zaman ötdükcə
modernizmin fəlsəfi mahiyyəti daha dərindən öyrənilir, o
incəsənətin müxtəlif növlərində təzahür edən ədəbi cərəyana
çevrilirdi. Mütəxəssislərin yazdıqlarına görə, həmin ədəbi
cərəyan birinci dünya müharibəsi zamanı meydana gəlmişdir.
Modernizm müxtəlif tarixi mərhələlərdə ekspressionizm,
kubizm, futurizm, abstraksionizm və s. bu kimi “realizmə zidd”
cərəyanlara ayrılmışdı. Sovet nəzəriyyəçilərinə görə, modernizm
kapitalizmdə xırda burjua təbəqəsinin əhval-ruhiyyəsini əks
etdirir; modernizmdə burjua mühitinə, burjua gerçəkliyinə kəskin
mənfi və sinfi münasibət özünü göstərmişdi
1
.
Sovet dönəmində həmin cərəyan V.Mayakovski, V.Brext,
N.Hikmət və b. sənətkarların yaradıcılığına təsir göstərmişdir. Bəs
Azərbaycan yazıçılarına təsiri olmuşdurmu? Mən bu sualın
cavabını açıq saxlayıram və hesab edirəm ki, bu sahədə dərin
araşdırmalara ehtiyac var. Bununla belə, hesab edirəm ki,
modernizm Azərbaycan ədəbiyyatında özünü müstəqil bir ədəbi
cərəyan kimi göstərməsə də, bir çoz yazıçının, o cümlədən
H.Cavidin yaradıcılığında həmin cərəyanın əlamət və xüsusiyyət-
lərinə, modernist sənətkarlara təsadüf etmək olar.
Bizə aydın oldu ki, modernizm, bir ədəbi cərəyan kimi,
birinci dünya müharibəsi zamanı meydana gəlmişdir. O zamana
qədər Cavid “Keçmiş günlər” və “Bahar şəbnəmləri” kitablarına
daxil etdiyi şeirlərin, demək olar ki, hamısını yazmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti və sovet dönəmində isə o, demək
olar ki, şeir yazmamışdı. Belə olan surətdə Cavid şeirlərini
modernizmi ədəbi cərəyanına aid etmək olarmı? Axı,
1
Ətraflı bax: Azərbaycan sovet ensiklopediyası, VII cild, Bakı, 1983, s. 19.
45
İsgəndər Atilla
modernizmin öz nəzəriyyəsi, fəlsəfəsi və estetikası var. O, bu
haqda bilgiyə malik idimi?.. Mən Cavidi böyük modernist bir
sənətkar kimi qəbul edirəm, M.Cəfərin mülahizələrini mübahisəli
hesab edirəm.
Fikrimi yekunlaşdıraraq demək istəyirəm ki, modernizmdə
əskiliklə təzəlik, köhnəliklə yenilik (novatorluq) üzvi vəhdətdədir;
yeniliyin köhnəlik üzərində qələbəsi, təntənəsidir... Məsələyə bu
prizmadan yanaşdıqda çağdaş ədəbiyyatımızda bir çox modernist
sənətkarlara təsadüf etmək olar. Modernizmin Azərbaycan
ədəbiyyatında, bir ədəbi cərəyan kimi, mövcud olub-olmamasını
müəyyənləşdirmək müasir ədəbiyyatşünaslığımızın aktual prob-
lemlərindən biri olaraq qalır. Onun mövcud olmasını inadla iddia
edənlərə məsləhətim budur ki, həmin ədəbi cərəyanın mahiy-
yətini, nəzəriyyəsini, fəlsəfəsini və estetikasını dərindən araşdır-
sınlar. Yoxsa el ifadəsincə desəm, bəziləri bilmir ki, aş harada
bişib, deyir bir çömçə də mənə qoy. Sual edirəm: O “izm”ləri
bizim özümüz nə üçün yaratmırıq və yaratmayaq?..
18
Bir-iki söz dekadentizm haqqında. Dekadent – fransızca
tənəzzül, düşkünlük deməkdir. XIX əsrin sonu XX əsrin əvvəllə-
rində Avropada meydana gəlmişdir. Sovet ədəbiyyatşünasları
onu “incəsənətdə antirealist burjua cərəyanı” hesab etmişlər
(Həmin cərəyanda simvolizm, kubizm, sürrealizm və abstrak-
sionizmə məxsus cəhətlər mövcuddur). Onların fikrincə, deka-
dentçilər ədəbiyyat və incəsənəti gerçəklikdən təcrid edir, ifrat
fərdiyyətçilik və pessimizmə uyur, ictimai həyata etinasız yanaşır,
antihumanist və antidemokratik meyllərə meyl edirdilər və s.
Oxucu dostum, əgər M.Cəfərin bu barədə mülahizələri
yadındadırsa, onun haradan qıdalandığını yəqin ki, hiss etdin.
Cavidi “burjua şairi” adlandıran tədqiqatçı, onu, əsasən, bu
mövqedən tənqid edir. Sovet dövründə bizim vətənpərvər,
qeyrətli, milli ruhlu sənətkarları oxucuların gözündən salmaq
Dostları ilə paylaş: |