İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə3/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   2   3   4   5   6   7   8   9   ...   142

         

9

 

İsgəndər Atilla 

molla olsa da, atası kimi, daha çox şeirə, musiqiyə və muğamata 

həvəs  göstərirdi.  Məlahətli  səsi  və  qəzəli  yaxşı  bilməsi  onu 

Naxçıvanda, Cənubi Azərbaycanda, İranda və Şirvanda adlı-sanlı 

bir  xanəndə  kimi  tanınmasına  səbəb  olmuş,  tez-tez  məclislərə 

dəvət edilmişdi. Cavid yeri düşəndə deyərdi: 

-  Atamın  məlahətli  səsi  vardı.  Çox  sevərdim  ki,  o,  oxusun, 

mən qulaq asım. Həmişə də təəssüflə deyərdim ki, ata, nə olardı o 

səsindən bir balaca da mənə verəydin. O, gülümsəyərək deyərdi: 

“Ay  bala,  səsimi  böyük  qardaşın  Əhmədə  vermişəm.  Sənə 

deyəsən məndən heç nə düşmədi.” 

Dünyagörmüş  qoca  yanılırdı.  Babasından  və  atasından 

Cavidə çox şey düşmüşdü, şairlik ona irsən keçmişdi... 

Cavid  mollaxana  təhsilindən  sonra  Məhəmməd  Tağı 

Sidqinin Naxçıvan şəhərində açdığı Məktəbi-tərbiyəyə ayaq basdı. 

O,  bu  məktəbdə  anadan  sanki  yenidən  doğuldu.  Gözləri 

qarşısında  dünyaya  yeni  pəncərə  açıldı.  Hüseynin  ilk  müəllimi 

atası  idisə,  ikinci  bəlkə  də  birinci  ən  böyük  müəllimi  görkəmli 

pedaqoq  və  şair  Sidqi  oldu.  Sidqinin  köməyi  və  təhrikilə  onun 

təhsilə,  biliyə,  şeirə  və  sənətə  marağı  daha  da  artdı.  Hüseyn 

fədakar  müəllim  olan  və  şairlik  sənətini  ürəkdən  sevən  Sidqinin 

çalışqan  şagirdlərindən  biri  oldu.  Biliklərə  yiyələndikcə  dünya 

onun gözlərində daha da böyüdü, daha da genişləndi. 

Haşiyə.  Cavid  mollaxanada  oxuyarkən  zəngin  bir  ailədən 

çıxmış  sırtıq  bir  uşaqla  onunku  düz  gətirmirdi.  O,  hərdən 

Hüseyni  sancır,  ona  sataşırdı.  İnadkar  Hüseyn  ondan  “qisas” 

almaq  üçün  fürsət  gözləyirdi.  Nəhayət,  bir  gün  əlinə  belə  bir 

fürsət  düşür.  O,  xoşu  gəlməyən  uşağı  məsciddə  babasının 

yanında görür və bədahətən bu misraları söyləyir: 

 

 

- Getdim, gördüm məsciddə bir kişi



Kürkü yırtılıb xarabdır işi. 

Saqqalı ağarıb yovşana bənzər, 

Sırtıq nəvəsi dovşana bənzər. 



10

                                            

Əsrin şairi IX 

Cavid  Sidqinin  məktəbində  oxumasaydı,  kim  bilir  onun 

həyatı  və  taleyi  necə  olacaqdı?  13-14  yaşlarında  Sidqinin 

məktəbində  oxumağa  başlayan  uşaq  burada  başqa  cür  tərbiyə 

aldı. Bir şəxsiyyət və şair kimi formalaşmağa başladı. İlk şeirlərini 

“Gülçin”  təxəllüsü ilə  dini  mövzularda  və  Racinin  təsiri  altında 

yazdı. Lakin sonralar Sidqinin təsiri və tərbiyəsi altında dəyişdi, 

inkişaf  etdi.  Sidqi  şagirdində  şairlik  istedadını  görüb  onunla 

ayrıca məşğul oldu. Onu sənətdə və bədii yaradıcılıqda yeni yol 

tutmağa  həvəsləndirdi.  Gülçin  müəlliminin  təsirilə  dini 

mövzularda deyil, farsca və türkcə klassik şeir üslubunda şeirlər 

yazmağa  başladı.  Sonra  şeirlərini  müəlliminə  verdi.  Sidqi  gənc 

şairin  şeirlərini  diqqətlə  oxudu,  səhvlərini  düzəltdi,  ona 

məsləhətlər  verdi.  Azərbaycan  və  Şərq  klassiklərinin  əsərlərini 

oxumağı tövsiyə etdi. Ona şeir yazmaqda, şeirin texnologiyasına 

yiyələnməkdə  müəllimlik  etdi.  Bunlar  öz  gözəl  bəhrəsini  verdi. 

“Gülçin” təxəllüsü “Salik” təxəllüsü ilə əvəz edildi.

*

 



Nə  üçün  “Gülçin”  və  nə  üçün  “Salik”?  (Sonralar  “Arif”

*

 



təxəllüsilə  də  şeirlər  yazacaq.)  Şair  uşaqlıqdan  gülləri,  xüsusilə 

qızılgülü  çox  sevirdi.  “Qızılgül  güllərin  şahıdır”  deyirdi.  Yaşa 

dolduqca  qızılgülə  qarşı  sevgi  və  məhəbbəti  artır,  hətta  ona 

pərəstiş  edirdi.  Bir  gün  belə  bir  əhvalat  baş  verir.  Molla 

Abdullanın  (O  zamanlar  Ordubadda  və  Naxçıvanda  həyətlərdə 

qızılgül  əkmək  geniş  yayılmışdı.)  həyətini  qızılgül  ətri 

bürümüşdü.  Hamı  evdə  oturmuşdu,  şirin  söhbət  edirdi.  Bu 

zaman Hüseyn qucağı qırmızı güllərlə dolu otağa girdi və böyük 

bacısı  Fatiməyə  dedi:  “Bacı,  bunlardan  mənə  mürəbbə  bişir.” 

Hamı  onun  sözünə  güldü.  Fatimə  dedi:  “Qardaş,  bu  güllərdən  

mürəbbə bişirməzlər.” 

Şair  qızılgülü  və  ətirşahı  çox  sevirdi.  Onların  xoş  iyindən 

                                                 

*

 Gülçin – gül d



əstəsi bağlayan. Salik – bir yol ilə gedən, bir yolu təqib edən, bir 

yol izl


əyən. 

*

 Arif – bil



ən, bilik sahibi...

 



         

11

 

İsgəndər Atilla 

zövq alırdı. Qızılgül mürəbbəsilə çay içməyi xoşlayırdı. Qonaqlığa 

gedərkən  qızılgül  ətrilə  ətirlənirdi.  Hədiyyənin  üzərinə  qızılgül 

ətri qoyardı. 

Salik – düz və bir yol ilə gedən, bir yol izləyən, Arif – bilən, 

çox  bilən  adam,  bilik  sahibi  və  s. mənalarını  bildirir.  Həmin 

təxəllüslərin  hər  biri  ayrılıqda  Cavidə  yaraşır,  onun  bədii 

yaradıcılıqda  izlədiyi  yola,  tutduğu  mövqeyə  uyğun  idi.  O, 

Urmiyadan  Sidqiyə  göndərdiyi  bir  məktubda  “Düzgün  yolu 

izləyənlərə, Sizə və Sizinlə olanlara salam göndərirəm.” sözlərini 

təsadüfən yazmamışdı. 

Bir gün Hüseyn “Verdim o gün ki, zülfi-pərişanə gönlümü, 

// Saldı nigar o zülfdə zindanə gönlümü” beytilə başlayan qəzəlini 

yoldaşlarının  yanında  Sidqiyə  oxuyur.  Sidqi  gənc  şairi  diqqətlə 

dinlədikdən sonra deyir: 

-  Mən  atan  Molla  Abdullanın  yerinə  olsaydım  və  Gülçin 

kimi  bir  şair  oğlum  olsaydı,  rövzəxanlığı  buraxıb,  xanəndəlik 

edərdim. Racini yox, öz oğlumun şeirlərini oxuyardım.  

Bu  zaman  şagirdlərdən  biri  deyir:  “Müəllim,  bu  günlərdə 

Hüseynin atasının səsi batmışdı. Mərsiyə oxuya bilmirdi.” 

Sidqi onun replikasına yarıciddi-yarızarafat cavab verir: 

- Bəlkə elə oğlunun səsi atasının səsini batırıb. 

Hüseyn  utana-utana,  –  mənim  heç  yaxşı  səsim  yoxdur,  – 

deyir. 


Sidqi, – var, sənin çox yaxşı səsin var! Amma öz aramızdı, 

rövzəxanların  səsini  batıran  səsə  oxşayır,  –  deyə  qəti  şəkildə 

bildirir  və  əlavə  edir:  “Özünü  gözlə,  bu  iki  səs  bir-birini  batıran 

səslərdir!..” 

Bu, gerçəkdən belə idi və gələcəkdə də belə olacaq. Cavid öz 

şeirləri  və  sənəti  ilə  aləmə  səs  salacaq.  Onu  molla  olmağa  sövq 

edən  atasının  deyil,  Sidqinin  proqramı  ilə  oxuyacaq.  Çağdaş 

Azərbaycan poeziyasına orijinal və heç bir sənətkara bənzəməyən 

dil  və  üslub  gətirəcək.  Ulu  tanrının  ona  bəxş  etdiyi  fitri  istedad, 

ilham  və  əməyinin  sayəsində  XX  əsr  Azərbaycan  ədəbiyyatının 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə