Iqtisad
elminin
təkamülü
(evolyusiya).
“Ekonomiya”,
“Ekonomika”(İqtisadiyyat),
“İqtisadi
nəzəriyyə”,
“Siyasi
iqtisad”,
“Ekonomiks” anlayışlarının nisbəti.
İlk öncə iqtisad elminin təkamülünü qisa şərh edək. Bu anlayışlar insanların
təsərrüfat fəaliyyəti haqqında tədqiqat aparan alim və elmi məktəblərin müxtəlif
dövrlərdə istifadə etdikləri terminlərdir.
Ekonomiya – yunan sözləri oykos – ev , təsərrüfat və nomos – məharət, qanun
sözlərindən yaranmışdır. Təsərrüfatın məharətli idərə edilməsi, aparılması mənasını
verir.
Ekonomika (iqtisadiyyat) – iqtisadiyyatın bir sistem halında, onun,
elementlərinin əlaqəli şəkildə öyrənilməsi haqqında elmdir.
Siyasi iqtisad – yunan sözləri politeyya – dövlət quruluşu, oykos və nomos
sözlərindən əmələ gəlib, dövlət təsərrüfatının bacarıqla, məharətli idarə edilməsi
mənasını verir.
Ekonomiks – XIX əsrin sonunda məhdud iqtisadi resurslardan istifadə haqqında
iqtisad
elminin adı kimi istifadə edilmişdir.
İqtisadi nəzəriyyə – təsərrüfatın aparılması, idarə edilməsi haqqında mühüm
nəzəriyyələri birləşdirən elm kimi müasir dövrdə iqtisad elminin adıdır.
Dostları ilə paylaş: |