Iqtisadiyyata giriş. Mövzu İqtisadi nəzəriyyə elm kimi



Yüklə 355,55 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix02.01.2022
ölçüsü355,55 Kb.
#82526
1   2   3   4   5   6   7   8   9
Mövzu 1. Iqtisadi nəzəriyyə elm kimi

 

 

İqtisadi nəzəriyyənin məqsəd və vəzifələri. İqtisadi nəzəriyyənin funksiyaları.  

İqtisadi nəzəriyyənin obyekti və predmeti.  

İqtisadi  nəzəriyyə  –  təsərrüfatın  aparılması,  idarə  edilməsi  haqqında    mühüm 

nəzəriyyələri birləşdirən elm sahəsidir.  

İqtisadi nəzəriyyənin özünəməxsus məqsədləri və vəzifələri mövcüddur. 

Bütün  digər  elmlər  kimi  iqtisadi  nəzəriyyə  də  müəyyən  vəzifələr  yerinə  yetirir. 

Bunlardan  ən  mühümlüsü  1)iqtisadi  hadisə  və  prosesləri  tədqiq  etmək  və  onların 

mahiyyətini  izah  etməkdir.  İqtisadi  nəzəriyyə  fundamental,  metodoloji  bir  elm 

sahəsidir.    İqtisadiyyatı  bütövlükdə  tədqiq  etmək  və  nəzəri  təhlilini  vermək  onun 

əsas  funksiyasıdır.  İqtisadi  nəzəriyyə  müxtəlif  iqtisadi  hadisə  və  prosesin  baş 

verməsinin əsas, mühüm səbəbini aşkar edir. Ümumiyətlə elmin vəzifəsi proseslərin 

mahiyyətini aşkar etməkdən ibarətdir.  

2)İqtisadi  nəzəriyyənin  ikinci  vəzifəsi  digər  iqtisadi  elmlər  üçün  metodoloji  əsas 

olmaqdan ibarətdir.  

Belə  ki,  iqtisadi  nəzəriyyə  nəzəri,  metodoloji  elm  olmaqla  iqtisadi  hadisə  və 

prosesləri tədqiq edir, onların mahiyyətini aşkar edir. Digər iqtisadi elmlər isə həmin 

hadisənin  öz  sahələrində  təzahür  xüsusiyyətlərini  araşdırırlar.  Məsələn,  iqtisadi 

nəzəriyyə ümumi iqtisadi qanun olan əmək məhsuldarlığının mahiyyətini, artırılması 

amillərini  nəzəri  cəhətdən  öyrəndiyi  halda  sahə  iqtisadi  elmləri  bu  qanunun  öz 

sahələrində (sənaye, kənd təsərrüfatı, tikinti və s.) təzahürlərini öyrənirlər. Məlum 

məsələdir ki, iqtisadiyyatın müxtəlif sahələrində əmək məhsuldarlığı amilləri xeyli 

müxtəlifdir.  



3)İqtisadi  nəzəriyyənin  mühüm  vəzifələrindən  biri  də  cəmiyyət  üzvlərində,  daha 

doğrusu onu öyrənənlərdə  

iqtisadi təfəkkürü formalaşdırmaqdır. İqtisadi təfəkkür dedikdə cəmiyyət üzvlərində 

iqtisadi  hadisələr  haqqında  müəyyən  təsəvvürlərin  biliklərin  olması  və 

fəaliyyətlərində onlardan istifadə etməsidir. İqtisadi təfəkkür istehsal mədəniyyəti, 

istehlak mədəniyyəti, ekoloji mədəniyyət, vergi mədəniyyətini özündə birləşdirir.  

Məsəl uçün, istehsal mədəniyyətinin yüksəlməsi istehsal amillərdən daha səmərəli 

istifadə etməklə, daha çox, yüksək keyfiyyətli məhsul istehsal edilməsinə səbəb olur. 

Bu  isə  istehsalçının  ,  istərsə  də  cəmiyyət  üzvlərinin  tələbatlarının    daha  dolğun 

ödənilməsi, ölkənin iqtisadi qüdrətinin  möhkəmlənməsi deməkdir. 

   İstehlak  mədəniyyətinin  yüksəlməsi  dedikdə  cəmiyyət  üzvlərinin  istehlakının 

norma  daxilində  olması  nəzərdə  tutulur.  (Hər  bir  cəmiyyət  üzvu  istehlak  etdiyi 

məhsulu  norma  daxilində  istehlak  etsə,  onda  israfçılığın  qarşısı  alınar)  Müasir 

mərhələdə  istehsal  mədəniyyəti  ilə  yanaşı  istehlak  mədəniyyətinin    daha  geniş 

yayılması, mənimsənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ətrafımıza diqqətlə baxsaq 

insanların xeyli hissəsinin istehlak mədəniyyətinin xeyli aşağı olması nəzərə çarpır. 

Bu səbəbdən də başqalarının əməyinin məhsulu  olan çoxlu miqdarda ərzaq və digər 

məxsul tullanır. 

Məsələn  , inkişaf  etmiş  ölkələrin bir  çoxunda hər  il  40-50%  ərzaq  məhsulu  atılır. 

(halbuki dünyada bir milliarda yaxın insan yemək tapmır) 

 Ekoloji  mədəniyyətin  yüksəlməsi  cəmiyyət  üzvlərinin  onları  əhatə  edən  ətraf 

mühütdən daha səmərəli istifadə etməsi və onun qorunması və qayğısına qalmasına 

gətirib çıxarır. 

 


Yüklə 355,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə