Iqtisadiyyata giriş. Mövzu İqtisadi nəzəriyyə elm kimi


tarixi və məntiqi, induksiya və deduksiya



Yüklə 355,55 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix02.01.2022
ölçüsü355,55 Kb.
#82526
1   2   3   4   5   6   7   8   9
Mövzu 1. Iqtisadi nəzəriyyə elm kimi

tarixi və məntiqi, induksiya və deduksiya. 

IV 

Mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqaiqtisadiyyatın 

fərqli və oxşar cəhətləri, vəzifələri. 

 



Qədim dövrdə iqtisadi fikir və biliklərin meydana çıxması. Qədim Şərqdə əmək 



bölgüsünün və sadə əmtəə mübadiləsinin erkən inkişaf mərhələləri.İqtisadiyyat 

dəqiq  ,  ictimai  və  humanitar  elmlər  sistemində.

 

İqtisadiyyat elm və fəaliyyət 



növü kimi.

 

Qədim dövrdə iqtisadi fikir və biliklərin meydana çıxması. Qədim Şərqdə əmək 



bölgüsünün və sadə əmtəə mübadiləsinin erkən inkişaf mərhələləri. 

 

Əsil iqtisadi fikir və biliklər icma quruluşunun dağıldığı, ictimai əmək bölgüsünün, 

dövlətin  və  siniflərin  yarandığı  dövrdə  meydana  çıxmağa  başlamışdır.    

Ümumiyyətlə, 

elm, 

biliklər 



cəmiyyətin 

daha 


yetkin 

mərhələsində, 

xüsusilə klassik  quldarlıq dövründə yaranmışdır.  İlk iqtisadi fikirlər hələ iqtisadi 

nəzəriyyə  yaranana  qədər,  xeyli  qədimdə  insanların  təsərrüfat  fəaliyyəti  ilə  bağlı 

baxışlarda özünü göstərir. Aydındır ki, o dövrdə sistemləşdirilmiş iqtisadi təlimlər 

mövcud ola bilməzdi. Lakin ayrı-ayrı mütəfəkkirlərin əsərlərinə müəyyən iqtisadi 

anlayışlar, bəsit iqtisadi fikirlərə rast olunur. Bu baxımdan qədim Şərqdə eramızdan 

əvvəl IV-III əsrlərdə Hindistan və Çində müxtəlif ictimai elmlərə aid əsərlərdə bəzi 

iqtisadi  fikirlər  maraq  doğurur.  O  zaman  hökmüdarlara  dövlətin  idarə  edilməsi 

haqqında tövsiyyələr şəklində yazılmış əsərlərdə var-dövlətin toplanması, xəzinə və 

vergi, istehsal və ticarət haqqında baxışlar ilk iqtisadi fikirlərə aid edilə bilər.  



Tarixi 

mənbələr 

göstərir 

ki, 


Qədim 

Şərqdə 


əmək 

bölgüsünün 

və  bunun  əsasında    əmtəə  mübadiləsinin  erkən  inkişafı  pulun  da  bu 

ölkələrdə yaranmasına səbəb  olmuşdur.  

Klassik  quldarlıq  sisteminə    əsaslanan  qədim  yunanlar  təbiəti,  cəmiyyəti 

və    insanı  öyrənən  elmlərin    əsasını  qoymuşlar.  Qədim  yunan  mütəfəkkirləri 

elmin 

 

başqa  sahələrində  olduğu  kimi,  iqtisadiyyatın  öyrənilməsi 



və 

araşdırılması 

sahəsin-  

də  də  yüksək  qabiliyyət  nümayiş  etdirə  bilmişlər.  Ksenofontun  (e.ə.430-355), 

Platonun  (e.ə.427-347),  Aristotelin  (e.ə.  348-322)  əsərlərində  quldarlıq 

quruluşunun  iqtisadi münasibətləri nəzəri baxımdan araşdırılmış və əməli tövsiyələr 

verilmişdir.   


Yüklə 355,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə