İqtisadi artım və səmərəlilik plan


Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prinsipcə fərq­lənir



Yüklə 84,39 Kb.
səhifə5/17
tarix31.12.2021
ölçüsü84,39 Kb.
#82176
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu İqtisadi artım və səmərəlilik

Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prinsipcə fərq­lənir. Belə ki, intensiv inkişaf yolunda canlı və maddiləşmiş əmək məs­rəf­­lərinə qənaət olunur və o, birinci növbədə əmək məhsuldarlığının yük­­səldilməsi hesabına təmin edilir. Ekstensiv və intensiv iqtisadi amil­lərdən paralel şəkildə istifadə olunsa da, konkret şəraitdən asılı olaraq bunlardan hər hansı birinə üstünlük verilə bilər.

Məlum olduğu kimi, iqtisadi artımın əsas amilləri əmək, tor­paq və kapitaldır. Bunların hər biri də öz növbəsində müxtəlif amillərin toplusundan ibarətdir. Məsələn, ka-pital dedikdə, binalar, tikililər, ma­şınlar, avadanlıqlar, xam-mallar, yanacıq və s. nəzərdə tutulur. Ümum­­milli məhsula və onun quruluşunun dəyişməsinə təsirinin daim artdığı elmi-texniki tərəqqini də kapitala aid etmək olar. Cəmiyyətin ümumi tələbinin artması da iqtisadi amillərə aid edilə bilər. Çünki o, istər kəmiyyət, istərsə də quruluş və keyfiyyət baxımından iqtisadi artı­mın «hərəkətverici qüvvəsi»dir. Ümumi tələb istisna olmaqla bun­ların hamısı təklif amilləridir.

Cəmiyyətin sosial-iqtisadi inkişafından asılı olaraq ehtiyat­lar­dan hər biri dəyişir, onlar iqtisadi artıma təsir gös-tərməkdə müxtəlif və­zi­fələri yerinə yetirir və bu zaman həm natural, həm də dəyər gös­təri­ci­lərindən istifadə edilir.


Yüklə 84,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə