İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   ...   6   7   8   9   10   11   12   13   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

16

3. İQLİM 

DƏYİŞKƏNLİYİNƏ 

BAXILMASI

3.1. İQLIM DƏYIŞKƏNLIYI BARƏDƏ ÖLKƏDƏ MƏLUMATLILIQ

Ətraf  mühitin  qorunması,  iqlim  dəyişmələrinə  təsirin 

yumşaldılması sahəsində həyata keçirilən əsas fəaliyyətlərdən 

biri  və  bəlkə  dəən  vacibi  əhalinin  məlumatlandırılması  və 

maarifləndirilməsidir.  Azərbaycanda  bu  sahədə  müəyyən 

işlər görülmüş və görülməkdədir [8, 9].

I  Milli  Məlumatların  hazırlanmasından  bu  vaxta  qədər 

bir  sıra  beynəlxalq  təşkilatlar  müxtəlif  proqramlar  vasitəsi 

ilə  Azərbaycanın  ekoloji  problemləri,  o  cümlədən  iqlim 

dəyişmələri  sahəsində  çalışan  adamların  məlumatlandirılması 

və  maarifləndirilməsində  yaxından  iştirak  etmişlər.  Bunlardan 

Kanadanın  Beynəlxalq  Inkişaf  Agentliyinin  Xəzəryanı  ölkələr 

üçün keçirdiyi proqramı, TACIS-in Qafqaz ölkələri və Moldovaya 

Kioto Protokolunun öhdəliklərindən irəli gələn vəzifələrin yerinə 

yetirilməsində texniki dəstək layihələrini misal göstərmək olar. 

Həmin layihələrin nəticələri ETSN-in vebsaytında yerləşdirilmişdir.

Olkədə məktəbəqədər, orta, orta ixtisas və ali təhsil sistemləri 

mövcuddur  ki,  bunlardan  da  orta  və  ali  məktəblərdə 

ekologiya  fənləri  keçilir.  Bakı  Dövlət  Universitetinin 

coğrafiya fakültəsində iqlimşünaslıq və iqlim dəyişmələrinin 

elmi  əsasları  üzrə  kadrlar  yetişdirilir.  Digər  universitet  və 

institutlarda,  xüsusən  də  texniki  universitet  və  institutlarda 

isəətraf mühitin qorunması üzrə fənlər keçilir.

Son  zamanlar  iqlim  dəyişmələri  problemlərinin  yüksək 

beynəlxalq  səviyyələrdə  müzakirə  edilməsi  Azərbaycanda 

da  bu  sahəyə  marağı  artırmışdır.  Demək  olar  ki,  ölkənin 

bütün  kütləvi  informasiya  vasitələrinin  proqramlarında 

iqlim  dəyişmələri  problemi  hər  dəfə  işıqlandırılır.  ETSN-

nin bu sahədə çalışan mütəxəssisləri, QHT nümayəndələri 

problemin  həlli  ilə  bağlı  və  maraqlı  təkliflərlə  içtimaiyyət 

qarşısında çıxışlar edirlər.

Son  zamanlar  iqlim  dəyişmələri  haqqında  əhalinin  öz 

aralarında apardıqları söhbətlərdə bu sahəyə maraqlarının 

artması ictimaiyyətin və KİV-in əhalinin məlumatlandırılması 

və maarifləndirilməsində rolunun artdığını göstərir [10].

3.2. İQLIM DƏYIŞIKLIYI VƏ FƏLAKƏT RISKININ AZALMASI ÜZRƏ MILLI SIYASƏT 

ÇƏRÇIVƏLƏRI

3.2.1. İqlim dəyişikliyi

Azərbaycan  Respublikası  1995-ci  ildə  İqlim  Dəyişmələri 

üzrə  Çərçivə  Konvensiyasını  ratifikasiya  etdikdən 

sonra  qlobal  iqlim  dəyişmələrinin  gözlənilən  təsirinin 

yumşaldılmasına  yönəlmiş  milli  və  regional  proqramlarm 

hazırlanması,  həyata  keçirilməsi  və  nəşr  edilərək 

ictimaiyyətə  çatdırılması  kimi  öhdəliklər  götürmüşdür. 

1997-ci  ildə  Azərbaycan  Respublikası  Prezidentinin 

sərəncamı ilə Konvensiyadan irəli gələn öhdəliklərin yerinə 

yetirilməsi üçün İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası 

yaradılmışdır.  Komissiyanın  tərkibinə  bütün  əlaqədar 

təşkilatlar və nazirliklər daxil edilmişdir. 2000-ci ildə Kioto 

Protokolu  ratifikasiya  edilmişdir.  Konvensiya  sahəsində 

fəaliyyətlərin  koordinasiya  edilməsi  məqsədilə  Ekologiya 

və Təbii Sərvətlər Nazirliyinin tərkibində İqlim Dəyişmələri 

və Ozon Mərkəzi yaradılmışdır.




AZƏRBAYCAN

17

Azərbaycanın  bu  sahədə  birinci  addımı  BMT-nin  İnkişaf 

Proqramın  və  Qlobal  Ekologiya  Fondunun  maliyyə  və 

texniki yardımı ilə hazırlanmış “Azərbaycan Respublikasının 

Birinci Milli Məlumatları” layihəsi olmuşdur.

Layihənin  ikinci  fazası  olan  «İqtisadiyyatın  prioritet 

sahələrində  iqlim  dəyişmələri  üzrə  potensialın  artırılmsı» 

layihəsində  İEYQ-nin  azaldılmasına  gətirə  bilən  tədbirlər 

qiymətləndirilmişdir.

Azərbaycan  Respublikasında  Çərçivə  Konvensiyaya  və 

bununla əlaqədar digər beynəlxalq sənədlərə aid olan bir 

sıra, Dövlət proqramları və normativ aktlar qəbul edilmişdir 

ki, onların da bir çoxu iqlim dəyişmələrinin yumşaldılmasına 

yardımçı sənədlərdir (Cədvəl 4.1)



Respublikada qəbul edilmiş normativ sənədlər [9]

Cədvəl 4.1.

S/S Sənədlərin adı

Q ə b u l 

edildiyi tarix

1. Azərbaycan Respublikası tərəfindən 

1995-ci il yanvarın 10-da təsdiq 

edilmiş BMT-nin İDÇK-na uyğun 

Azərbaycan Respublikasının 

qəbul etdiyi öhdəliklərin yerinə 

yetirilməsinin təmin edilməsinə dair 

tədbirlər haqqında

30.04.1997

2. Azərbaycan Respublikasının ekoloji 

cəhətdən dayanıqlı sosial-iqtisadi 

inkişafa dair Milli Proqramı

18.02.2003

3. Azərbaycanda meşələrin bərpası və 

meşəsalma üzrə Milli Proqram

2003


4. «Azərbaycan Respublikasında 

alternativ və bərpa olunan enerji 

mənbələrindən istifadə olunması 

üzrə» Dövlət Proqramı

Noyabr, 2004

5. 2005-2015-ci illər ərzində 

Azərbaycan Respublikasının yanacaq 

və enerji kompleksinin inkişafı üzrə 

dövlət proqramı

14.02.2005

6. «Azərbaycan Respublikasında ekoloji 

vəziyyətin yaxşılaşdırılmasına dair 

2006-2010-cu illər üçün Kompleks 

Tədbirlər Planı»nın təsdiq edilməsi 

haqqında Prezident Sərəncamı

21.09.2005

7. «Ətraf mühitin mühafizəsi ilə 

bağlı Azərbaycan Respublikasının 

qoşulduğu beynəlxalq konvensiya 

və sazişlərdən irəli gələn məsələlər 

sahəsindəəlavə tədbirlər haqqında» 

Prezident Sərəncamı

30.03.2006

Bundan  əlavə,  iqlim  dəyişmələri  sahəsində  biliklərin 

artırılması,  İEYQ-nin  azaldılmasına  gətirən  layihələrin 

hazırlanması və həyata keçirilməsi istiqamətində potensialın 

gücləndirilməsi  məqsədi  ilə  Azərbaycan  Hökuməti  ilə 

Danimarka və Almaniya hökumətləri arasında Əməkdaşlıq 

Memorandumları  imzalanmış,  Beynəlxalq  və  regional 

proqramlarda iştirak edilmişdir (Cədvəl 4.2).



Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq proqramlar [9]

Cədvəl 4.2.

Təşkilatlar

Proqramlar

CIDA (Kanada)

Xəzəryanı ölkələrdə İEYQ tullantılarının 

azalmaları üzr

ə tə

lim


proqramları (2004-2005)

EU TACIS


Qafqaz Respublikaları v

ə 

Moldovaya 



qlobal iqlim d

ə

yi



ş

m

ə



l

ə

ri üzr



ə 

öhd


ə

likl


ə

rin yerin

ə 

yetirilm


ə

sind


ə 

texniki yardım (2004-2006)

UNDP

İEYQ-ların invertarla



ş

masının 


yax

ş

ıla



ş

dırılması üzr

ə 

imkanların



artırılması (2003-2005)

UNDP


I və II Milli Məlumatlar hesabatının 

hazırlanması

ECON, NORSK 

Energy (Norveç)

S

ə

naye inki



ş

afı v


ə 

yoxsullu


ğ

un 


azaldılması sah

ə

sind



ə 

T

İ



M imkanları

(2006-2007)

UNDP

Az

ə



rbaycanda T

İ

M potensialının 



gücl

ə

ndirilm



ə

si (2006-2008)

Kioto  Protokolunun  Təmiz  İnkişaf  Mexanizmində 

Azərbaycanın  iştirakının  güclən-dirilməsi  üçün  Respublika 

Prezidentinin  01  aprel  2005-ci  il  tarixli  Sərəncamı  ilə 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Səlahiyyətli Orqan 

(MSO) təyin edilmişdir.

3.2.2. Fəlakət risklərin azaldılması

Fəlakət  risklərin  azaldılması    üçün  milli  və  yerli  səviyyədə 

insanların həyatının və yaşayış vasitələrinin təbii fəlakətlərin 

təsirindən  qorumaq  üçün  öhdəliklər  qəbul  edilməli  və 

yerinə  yetirilməlidir.Bu  problemi  üzrə  qərarın  qəbul 

edilməsi  prosesində  cəmiyyətə  və  ətraf  mühitə  təsirinin 

qiymətləndirilməsi  nəzərə  alınmalıdır.Təbii  risklərin 

azaldılması məqsədilə siyasət, qanunlar, planlar, proqramlar, 

layihələr hazırlanmalıdır və onların həyata keçirilməsi üçün 

resusrlar  ayrılmalıdır.

Azərbaycan  Dövlətinin  əhaliyə  qayğısının  adamların 

fövqəladə  hallardan  mühafizəsinin  və  əminamanlığının 

təşkil edilməsidir.



Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə