İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   2   3   4   5   6   7   8   9   ...   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

8

1.2. İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA ZƏİFLİLİK



1.2.1. Hazırki zəiflilik

Son  iki  onilliklərdə  Azərbaycan  Respublikasının  ərazisində 

güclü  sel  və  daşqınlar  ölkəmizin  tarixində  görünməmiş 

fəsadlar  törətdi,  onlarla  yaşayış  məntəqəsini,  kənd  və 

qəsəbələrini dağıtdı, minlərlə hektar əkin sahəsini məhv etdi.

Fövqəladə  halların  təhlili  göstərir  ki,  böyük  dağıntılar  və 

təlafat əsasən dayanıqlığı zəif olan sahələrdə baş verir.

Fəqət  2010-cu  ilin  may  ayından  başlayan  güclü  sel  və 

daşqınlar  nəticəsində  3500-dən  çox  fərdi  ev  su  altında 

qaldı, çoxlu ictimai bina, yollar, körpülər dağıldı, regionların 

infrastrukturu sıradan çıxdı [16].

Ağdaş  rayonunda  (iyun  1999-cu  il)  və  Bakı  şəhərində 

(noyabr  2000-ci  il)  zəlzələlərinin  nəticələri  buna  əyani 

sübutdur.  Hər  iki  zəlzələ  Rixter  cədvəlilə  7  bal  gücündə 

idi. Ağdaş rayonunda olan zəlzələsi binaların davamsızlığı 

üzündən çox böyük dağıntılar törətdi: 178 fərdi yaşayış evi,

29 ictimai bina, o cümlədən 4 məktəb, bir uşaq bağçası, 3 

xəstəxana yerlə-yeksan oldu, 20 minə yaxın fərdi və yüzlərlə 

ictimai  bina  zədələndi.  Bakıda  isə  heç  bir  dağıntı  olmadı, 

bəzi köhnə zəif binalarda çatlar əmələ gəldi.

2010-cu ilin daşqınlarında dağılan 3500 yaşayış evinin 70% 

çiy kərpiclə tikilmiş binalar idi [16].

Müşahidələr göstərir ki, qeyd edilən ekstrimləri qarşısında 

ən çox zəif olan qruplar sel, daşqın, torpaqların sürüşmələri 

və seysmik zonalarda köhnə evlərdə yaşayan az təminatlı 

əhalidir.

Məsələn,  2010-cu  ildəki  son  dərəcə  güclü-təhlükəli  sel, 

daşqın  və  torpaq  sürüşməsi  nəticəsində  7424  ailə  qəza 

zonalarından vaxtında çıxarıldı.

Ən  ağrılı,  zəif  yerimiz  –  binaların,  xüsusilə  məktəb,  uşaq 

tərbiyə  ocaqları  və  xəstəxanaların  dayanıqsızlığıdır. 

Fəlakət  zamanı  böyük  tələfatlar  da  məhz  köməyə  daha 

çox  ehtiyacı  olan  bu  kontingent  arasında  baş  verir.  Bütün 

dünyanı narahat edən bu məsələ MDB ölkələri, o cümlədən 

Azərbaycan üçün də çox ciddi problemdir. SSRİ dönəmində 

yerli təbii-coğrafi şəraiti nəzərə alınmadan bir tipli layihələr 

əsasında  tikilən  4500-dən  çox  məktəb,  yüzlərlə  uşaq 

bağçası, körpələr evi və xəstəxana binaları fövqəladə hallar 

zamanı ciddi təhlükə mənbəyi kimi həmişə qorxu narahatlıq 

doğurur. Müstəqilliyimizin ilk illərində imkansızlıq üzündən 

bu problemin həlli ilə əsaslı məşğul ola bilmədik.

İqtisadiyyatımız möhkəmləndikcə bu sahəyə vəsait qoyuluşu 

ildən  ilə  artırıldı.  Son  bir  neçə  il  ərzində  dövlət  vəsaiti  və 

Heydər Əliyev fondu hesabına 2 min yeni məktəb və uşaq 

bağçaları,  yüzlərlə  xəstəxana  və  tibb  mərkəzləri  tikilib 

istifadəyə  verilmiş,  köhnə  binaların  böyük  əksəriyyətində 

əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. 

1.2.2. Gələcək zəiflilik

Azərbaycan Respublikasının iqlim dəyişmələri qarşısında bir 

necə zəif olan qruplar vardır:

•  Bir  milliondan  çox  qaçqın  və  məcburi  köçkünlər, 

Dağlıq  Qarabağda  silahlı  toqquşmada  zərərçəkənlər; 

Respublikamızda 

onların 

yaşayış 


vəziyyətinin 

yaxşılaşdırılması  üçün  lazım  olan  tədbirlər  həyata 

keçirilir:  regionlarda  yeni  qəsəbələr  tikilir,  onlarla 

binalar yaşamaq üçün təhvil verilib. Ona baxmayaraq, 

hələ qaçqınların bir çox hissəsi həyata uyğunlaşmamış 

evlərdə yaşayır. Daimi iş yerləri ilə təmin olunmayıb.

•  Əlillər,  o  cümlədən  yuxarıda  göstərilən  silahlı 

toqquşmada olan əlillər;

•  Yoxsul və iş ilə təmin olunmayan insanlar

Azərbaycan  Dövləti  daima  bu  insanların  problemləri  ilə 

məşğul  olur.  Respublikamızda  regionların  sosial-iqtisadi 

inkişafı üzrə bir neçə dövlət proqramları həyata keçirilir.

Hal-hazırda  Azərbaycan  Respublikasının  İqtisadiyyat 

və  Sənaye  Nazirliyinin  məlumatına  görə  son  onillikdə 

respublikamızda  yoxsulluq  49,0  %-dan  9,1  %-ə  qədər 

azalmışdır.

•  Yaşlı nəsil, hansıki iqlim dəyişmələri qarşısında zəifdir;

•  Xroniki müxtəlif xəstəliklər olan xəstələr;

•  Zəif qruplar, hansıki fəlakət zonalara yaxın (su basması, 

sel, zəlzələ və.s), o cümlədən

Xəzər  dənizinin  sahil  boyu  ərazilərində  yaşayan  insanlar: 

Urbanizasiya  prosesləri  ilə  əlaqədar  gənc  nəsil  böyük 

şəhərlərə  köçür  və  kənd  yaşayış  məntəqələrində  əhalinin 

qocalma  prosesi  gedir,  gələcəkdə  onlar  iqlim  dəyişmələri 

qarşısında zəif olacaqlar. Gələcəkdə 2030-cu ilə qədər Xəzər 

dənizinin səviyyəsinin qalxması ilə proqnozlara əsasən sahil 

boyu yaşayan insanlar subasması zonasında ola bilərlər və 

iqlim dəyişmələri qarşısında zəif olacaqlar.




AZƏRBAYCAN

9

2. İQLİM 

DƏYİŞMƏLƏRİNİN 

SEKTORLARINA 

TƏSİRLƏRİ

Layihə  üzrə  yaranan  milli  şəbəkə  üzvləri  tərəfindən 

müzakirələr  aparılmışdır.  Onların  nəticəsində  seçilib  və 

razılaşdırılan  sektorlar:  su  ehtiyatları,  kənd  təsərrüfatı, 

Xəzəryanı ərazilər və insan sağlamlığıdır.

İqlim dəyişmələrinə həssaslığm qiymətləndirilməsi və onlara 

qarşı uyğunlaşma tədbirləri yuxarda qeyd edilən sektorlar 

üzrə  Azərbaycan  Respublikasının  I  və  II  Milli  Məlumatlar 

əsasında hazırlanmışdır [8, 9]. 

2.1. SU EHTİYATLARI



2.1.1. Azərbaycan Respublikanın su 

ehtiyatlarının müasir vəziyyəti

Ölkənin su ehtiyatları ˜ 39 km

3

-dir o cümlədən səth



 

suları 


-29,3 km

3

, yeraltı suları-8,8-9,0 km



3

, buzlaqların

 

suyu -0,06-



0,08 km

3

-dir. Son onilliklərdə səth sularıcürbəcür məqsədlər 



üçün  istifadə  olunur.  Yeraltı  sular

 

isə  hələ  nisbətən  az 



miqdarda istifadə olunur.

 

Bundan  başqa  respublikada  müxtəlif  su  obyektlər  vardır;



 

göllər,  gursululuqlar,  su  anbarları,  buzlaqlar  və.s  Bu  su

 

obyektlərdən, iqlim dəyişmələrin təsiri nəticəsində yaranan



 

su  qıtlığının  aradan  qaldırılmasında  və  uyğunlaşma 

tədbirlərin

 

həyata keçirlməsində, istifadə olar. [4,9]



Səth suları: Ölkənin səth su ehtiyatlarının yalnız 25-30% -i 

respublikanın daxilində formalaşır. Azərbaycan dünyada ən 

az su resurlarına malik olan ölkələrdən biridir. Burada hər 

kvadrat kilometrə 85-100 min m

su

 



ehtiyatı vardır, bu da il 

ərzində adambaşına 1000 m

su təşkil edir.



Su  ehtiyatları  respublikanın  iqtisadiyyatında  əhəmiyyətli 

rol  oynayır.  Məsələn,  yalnız  kənd  təsərrüfatında  suvarma 

üçün  ildə  10-12  km

istifadə  olunur.  Su  ehtiyatların  qıtlığı, 



regionlar

 

və fəsillər üzrə qeyri-bərabər paylanması çox vaxt 



sudan istifadə problemlər meydana çıxır. 

Bitkilərin vegetasiya dövründə su qıtlığı hiss olunur.Bu vaxt

 

çayların  illik  su  axınının  ərazidən  asılı  olaraq  cəmi  5-20% 



-I

 

təşkil  edir.  Azsulu  vaxtlarda  su  qıtlığı  müşahidə  edirsə, 



çoxsulu

 

vaxtlarda daşqın və sellər özünü göstərirlər.



Ölkənin  ərazisi  dünyada  daha  çox  sel  baş  verən 

ərazilərdən biridir. Bu da ölkənin yarısını əhatə edən Böyük 

və Kiçik Qafqaz dağ sistemlərindən sellərin formalaşması 

nəticəsində baş verir. Sellər ən çox Böyük Qafqazın Cənub 

yamacında və Naxçıvan MR-in yüksək dağlıq ərazilərində 

müşahidə olunur.

Sellərin baş verməsi nəticəsində respublikanın iqtisadiyyatına 

ildə 18-25 mln ABŞ dolları həcmində ziyan olur. 

İqlim  dəyişmələri  ilə  əlaqədar  gələcəkdə  daşqın  və  sellər 

ciddi təhlükə yarada bilərlər. 



Buzlaqlar:  Ölkənin  buzlaqları  əsasən  Böyük  Qafqazda 

Qusarçayın hövzəsində yerləşirlər (şəkil 2.1.) 100 ildən artıq 

aparılan  müşahidələrin  nəticəsində  məlum  olmuşdur  ki, 

qeyd  edilən  müddətində  buzlaqların  sahəsi  4,9  km

2

-dan


 

km

2



-a, qədər azalmışdır. Hal-hazırda onların aşağı sərhədi

 

dəniz səviyyəsindən 3500 m hündürlükdən keçir.




Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə