İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə3/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   2   3   4   5   6   7   8   9   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

11 


Kitabın ikinci müzakirəsində (23 sentyabr 2013-cü il 

tarixli 7 saylı protokol) də başda şöbə müdiri Arzu Hacıyeva 

olmaqla  bəzi  əməkdaşların  əsas  tənqid  hədəfi  yenə  də 

müəllifin  türkçülük  ideyası  ilə  bağlı  olmuşdur.  Bu  mənada, 

monoqrafiyanın ikincı müzakirəsində müəllifin bir sıra iradları 

aradan  qaldırmasına,  eyni  zamanda,  razılaşmadığı  iradları 

tutarlı  arqumentlərlə  əsaslandırmasına  baxmayaraq,  «Fəlsəfə 

və ictimai fikir tarix» şöbəsinin adından aşağıdakı qərar qəbul 

edilmişdir: «Şöbə əməkdaşlarının müxtəlif səciyyəli tənqidi 



qeydləri  nəzərə  alınaraq  F.Ələkbərovun  «Milli  ideologiya 

probleminə  tarixi-fəlsəfi  baxış»  (II  hissə)  adlı  mono-

qrafiyasının  dövlət  vəsaiti  hesabına  çapı  məsləhət 

görülmür»

Birincisi, kitabın 23 sentyabr 2013-cü il tarixli müza-

kirəsində  20  nəfər  şöbə  əməkdaşlarından  12-si  iştirak  etmiş 

(müəllif də daxil olmaqla), onlardan yalnız səkkizi monoqrafi-

yaya münasibətini bildirmişdir. Həmin 8 nəfərdən 2-si mono-

qrafiyanın institut xətti ilə çapının əleyhinə, beşi  müəyyən və 

ya əsaslı düzəlişlərdən sonra institutun xətti ilə çapının lehinə 

olmuş, bir nəfər isə bitərəf qalmışdır (bunu sübut edən dəlillər 

var).  İkincisi,  qərarda  ümumi  şəkildə  qeyd  edilən  «müxtəlif 

səciyyəli  ciddi  tənqidi  qeydlər»  açıq  şəkildə  öz  əksini 

tapmamışdır. Yəni bu qərardan bəlli olmamışdır ki, «müxtəlif 

səciyyəli  ciddi  tənqidi  qeydlər»  deyildikə  konkret  nələr 

nəzərdə  tutulur?  Halbuki  qərar  verilən  zaman  bütün  bunlar 

hökmən nəzərə alınmalı və orada öz əksini tapmalı idi. Əgər 

söhbət yuxarıdakı razılaşmadığımız iradlardan gedirsə, həmin 

iclasda  bütün  bunlara  aydınlıq  gətirilmişdir.  Üçüncüsü, 

müəllifin  dəfələrlə  şöbə  müdirinə  müraciətinə  baxmayaraq, 

kitab  çapa  gedən  vaxta  qədər  protokolun  məzmunu  ilə  tanış 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

12 



12 

ola bilməmişdir. Hər dəfə müəllifə bildirilmişdir ki,  protokol 

hələ  hazır  deyildir.  Dördüncüsü,  şöbənin  adından  verilən 

qərarın özü mahiyyət etibarilə hüquqi cəhətdən doğru deyildir. 

Belə  ki,  şöbə  monoqrafiyanın  ya  çapına  tövsiyə  edə,  ya  da 

tövsiyə  etməyə  bilərdi.  Çünki  kitabın  dövlət  vəsaiti  hesabına 

çap edilib-edilməməsi şöbənin səlahiyyətinə aid deyildir. Belə 

bir qərarı institutun Elmi Şurası verə bilərdi. Bu cür qərar isə 

o zaman verilir ki, institut kitabın Elmi Şuranın qərarı ilə çap 

olunmasına  etiraz  etmir,  ancaq  müəllifə  dövlət  vəsaiti  ilə 

deyil,  öz  vəsaiti  hesabına  çapını  məsləhət  görür.  Yəni,  bu, 

ikinci  dərəcəli  məsələdir.  Bu  mənada,  şöbənin  qərarı  hüquqi 

cəhətdən də yanlış olmuşdur.   

Bütün  bunlara  baxmayaraq,  «Milli  ideologiya  proble-

minə tarixi-fəlsəfi baxış» (II hissə) adlı monoqrafiya müzakirə 

olunmaq  üçün  AMEA  Fəlsəfə,  Sosiologiya  və  Hüquq 

İnstitutunun  Elmi  Şurasına  təqdim  olunmuşdur.  İnstitutun 

Elmi  Şurasının  3  fevral  2014-cü  tarixli  iclasında  müəllifin 

həmin  monoqrafiyasının  müzakirəsi  zamanı  bildirilmişdir  ki, 

«Fəlsəfə  və  ictimai  fikir  tarix»  şöbəsində  kitabla  bağlı 

müzakirəyə münasibət birmənalı olmayıb. Məlum qərar Elmi 

Şura  üzvlərinin  nəzərinə  çatdırıldıqdan  sonra  həmin  şöbənin 

müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyevaya bu məsələyə 

aydınlıq gətirməsi üçün söz verilmişdir. A.Hacıyeva şöbənin 



məlum 

qərarı 

verməsinə 

səbəb 

kimi 

təxminən 

aşağıdakıları demişdir: “Yenilik yoxdur. Eklektikdir. Metod 

yoxdur.  Ədəbiyyat  siyahısı  düzgün  tərtib  edilməyib.  Xarici 

ədəbiyyatın kitabın içində heç bir əksi yoxdur. Kitabın adında 

deyilmişdir  dəyişikilik  edilsin,  çünki  adı  çox  gurultuludur, 

böyük problem kimi qoyulub milli ideologiya məsələsi, amma 

içəridə  yalnız  və  yalnız  Azərbaycandan,  Azərbaycan  milli 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

13 


ideologiyasından  söhbət  gedir…  Adı  dəyişdirilməyib,  elə 

əvvəlki  kimi  qalıb.  ...Əsərin  müəyyən  yerlərində  lazım 

olmadan tarixilik çox olsa da, müəyyən yerində isə metodoloji 

baxımdan tarixilik yoxdur. Faiq müəllim sovet ideologiyasını 

pisləyir,  amma  özü  o  standartlarla,  ehkamlarla  çıxış  edir. 

Məsələn,  mütəfəkkirlərimizi  sosial-demokrat,  islamçılıq, 

mədəni  islamçılıq,  mühafizəkar  islamçılıq,  mütərəqqi 

islamçılıq  şəklində  qruplaşdırır.  Əvvəlla  hər  bir  mütəfəkkirin 

ideyaları çox dəyişilir. Əvvəl bir ideyada idi, sonra tamamilə 

başqa  ideyanı  seçir.  Onları  hansısa  yalnız  bir  cərəyana  aid 

etmək, bu formada vermək olmaz.... ...Hüseyn Cavidə, Əli bəy 

Hüseynzadəyə,  N.Nərimanova  birtərəfli  yanaşmalar  var. 

Burada  bütün  tədqiqatçıların  hamısı  tənqid  olunur.  Çox  az 

adamı  çıxmaq  şərti  ilə  burada  tənqid  olunmayan  adam 

qalmayıb.  Məsələn,  bir  məsələyə  diqqətinizi  cəlb  etmək 

istəyirəm.  Deyir,  iki  yanaşma  var:  1-ci  azərbaycançılıqdan 

çıxış  edənlərin  tərəfdarlarını  göstərir  –  Ə.Daşdəmirov, 

S.Xəlilov,  R.Mehdiyev  və  b.  2-ci  azərbaycançılıqla 

türkçülüyün  sinergizmindən  çıxış  edənlər  –Ə.Tağıyev, 

Y.Türkel və b. Sonra nəticə çıxarır ki, bizdə belə bir fikirlərin 

olmasının  səbəbi  ondandır  ki,  biz  sovet  ideologiyasının 

təsirindən  kənara  çıxa  bilməmişik.  20  ildir  bizdə  azad  fikir, 

müstəqil  fikir  qabiliyyətimiz  yoxdur.  Axı  burda  insanlar 

çalışıblar, tədqiqat aparıblar... Bu cür demək olmaz ki, heç kəs 

azad  fikirləşə  bilməyib,  Faiq  müəllimdən  başqa.    Sonra 

müəllif  Zümrüd  xanımı  tənqid  edir,  türkçülüklə  əlaqədar.... 

Faiq  müəllim  deyir  ki,  Azərbaycan  xalqının  yaranmasında 

talışlar, qafqazdillilər və türklər bir yerdə iştirak etməyiblər.... 

Buradan yalnız türk oğlu türk çıxıb... İndi baxırıq ki, nə qədər 

qarışıqlar 

var... 

Deyir 


ki, 

Azərbaycan 

türkçülüyü 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə