www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
44
44
bir çox səbəblərə görə “İslam birliyi” ideyasını dövlətin rəsmi
ideyası kimi qəbul etsələr də, faktiki olaraq millilikdən –
panərəbizmdən, panfarsizmdən çıxış edirlər. Ona görə də bu
ölkələrdə isə din ideyasının millilikdən üstünlüyü nisbi
xarakter daşıyır.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda
milli ideya kimi dinə münasibətdə hər iki hal özünü büruzə
vermişdir. Əgər nəzərə alsaq ki, islamçılıq bir ideoloji təlim
kimi XIX əsrin sonlarında bütün İslam-Türk dünyasında geniş
yayılmışdı, artıq bütün əksər türklər kimi VII-VIII əsrlərdən
etibarən İslam dininə tapınan Azərbaycan türklərinin də
həyatında onun əhəmiyyəti başa düşüləndir. Başqa sözlə,
islamçılıq həm Azərbaycan xalqının VII əsrdən bəri tapındığı
bir dinin əxlaqi-mənəvi təzahürü kimi, həm də yeni dövrlə
çulğalaşmaq istəyən bir fikir cərəyanı olaraq Azərbaycan türk
mütəfəkkirləri üçün doğma olmuşdur. Xüsusilə, İslam dininə
tapınan bütün türklər kimi Azərbaycan türklərinin zaman-
zaman milli kimliklərini «müsəlman» olaraq görmələri, milli
və dini keyfiyyətlərini son dərəcədə bir-biri ilə
çulğalaşdırmaları islamçılığın Azərbaycanda yer tapmasında
mühüm rol oynamışdır. Bu baxımdan Milli Azadlıq
Hərəkatının inkişafında yeni bir dönəmə daxil olan
Azərbaycan türklərinin, onların aydınlarının əksəriyyətinin də,
ilk olaraq “İslam birliyi” ideyasına müraciət etmələri təbii idi.
Bu mənada M.Ə.Rəsulzadə doğru yazırdı ki, Azərbaycan
türkləri arasında başlanğıcda milli oyanış dini çərçivədə
olmuş, dinin elmə zidd olmaması kimi mülahizələr irəli
sürülmüş, bu mənada, XIX əsrdə Qafqaz türkləri milli varlıq
kimi özünü hələ göstərə bilməmiş, daha çox ümmətçilik
mənasında din və məzhəbçiliyə meyil etmişdir [189, 42].
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
45
XX əsrin əvvəllərində islamçılığı («İttihadi-islam»ı)
təbliğ edən bütün qüvvələrin hamısı Qərb və Sovet ədəbiy-
yatında «panislamistlər» adlandırılmış və bu dini-siyasi təlim
«panislamizm» kimi qələmə verilmişdir. Xüsusilə, Sovet
ədəbiyyatında
Azərbaycan
milli
burjuaziyasının
ideologiyasına
mürtəce
dini-siyasi
təlim
olan
«panislamizm»in
təsirindən
bəhs
olunmuşdu.
Sovet
müəllifləri iddia edirdilər ki, panislamistlər «İttihadi-islam»
proqramını həyata keçirmək üçün feodal keçmişi, köhnəliyi
və patriarxal həyat tərzini ideallaşdırmış, müsəlmanları
keçmiş birliyə qayıtmağa çağırmış, bu yolda İslamı müsəlman
xalqının dirçəlməsi və yeniləşməsi üçün yeganə vasitə hesab
etmişlər. Guya, sultan Türkiyəsində yaranmış «panislamizm»
İslam dininə itaət edən bütün xalqları vahid müsəlman dövləti
halında birləşdirməyi təbliğ etmişdir [27, 40; 157, 112; 125,
61].
Fikrimizcə, SSRİ ədəbiyyatında «İttihadi-İslam» və
«panislamizm» anlayışlarına yalnız mürtəce məna verilərək,
onun mütərəqqi mahiyyətinin gizlədilməsi Qədim Mustafa-
yevin «XX əsrin əvvəllərində Azərbaycanda islam
ideologiyası və onun tənqidi» əsərində qismən etiraf
edilmişdi. O qeyd edirdi ki, «İttihadi-İslam» ideyasının yalnız
«panislamizm» adı altında qələmə verilərək, burada əsas
məqsədin «ümumdünya müsəlman siyasi birliyi»nin,
«xilafət»in yaradılmasının olması ilə bağlı müddəalar heç də
həqiqətə uyğun deyil: «Cəmaləddin Əfqaninin «İttihadi-
İslam»ı daha geniş mənaya malik olub, dini-əxlaqi və ictimai-
siyasi məzmun kəsb edən bir təlim olmuşdur. Buna görə də
panislamizmi iki mənada sözün geniş mənasında – əfqanilərin
irəli sürdükləri dini-əxlaqi, ictimai-siyasi təlim və hərəkat
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
46
46
mənasında və dar mənada – yalnız siyasi məqsədlər güdmək,
«xristian dünyasına qarşı qüdrətli vahid «ümumdünya
müsəlman dövləti» yaratmaq, ümumdünya müsəlmanlarını
vahid siyasi mərkəzdə (xilafətdə) birləşdirmək mənasında,
yəni dini-siyasi ideologiya və hərəkat mənasında anlamaq
olar» [159, 143]. Doğrudan da, islamçılığın dini-əxlaqi təlim
kimi konsepsiyasını yaradan C.Əfqani öz xələflərinə demişdir
ki, nəhəng bir vücud olan İslam dini ağır «xəstə»dir [30, 332],
belə bir vəziyyətdə olan müsəlman dünyasının xilası ilkin
İslamı mənimsəmək və əməl etməklə yanaşı, milli mədəniy-
yətlərinə sahib çıxmaları, həmçinin milli varlıqlarını qoruyub
saxlamalarıdır. Çünki milliyyət din üzərində deyil, dil və
mədəniyyət birliyi üzərində qurulur. Bu mənada, milli
diriliyin təməlini milli mədəniyyətin ünsürləri təşkil edir [154,
51-52].
Əfqani və onun ardıcıllarının – müsəlman burjua
ziyalılarının, İslamın müasirləşdirilməsi tərəfdarlarının
«İttihadi-İslam»ı daha çox antiimperialist, ümumdemokratik
məzmun ifadə etmişdir deyən Q.Mustafayev bununla yanaşı
yazırdı ki, sovet müəlliflərinin əsərlərində «İttihadi-İslam» və
«panislamizm» anlayışları ikinci – dini-siyasi ideologiya
mənasında işlənmişdir və işlənməkdədir. Buna əsas səbəb də
«İttihadi-İslam»ın milli-dini birlik mahiyyətinin sosial-de-
mokrat, sosializm əqidəsi ilə ziddiyyət təşkil etməsi olub [159,
144]. Deməli, SSRİ dövrünün müəllifləri «İttihadi-İslam»
məsələsində mütərəqqi ruhlu islamçılarla mühafizəkarları
qəsdən bir-birindən ayırmamış və bununla da, bütövlükdə
islamçılığı mürtəce bir dini-siyasi ideologiya kimi qələmə
vermişlər.
Dostları ilə paylaş: |