İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə4/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   2   3   4   5   6   7   8   9   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

14 



14 

azərbaycançılıqdır. Mən bunu başa düşə bilmirəm... Deyir ki, 

türk  xalqının  adı  qaytarılmalıdır.  Konstitusiyada  dəyişiklik 

edilməlidir. Azərbaycan dili türk dili yazılmalıdır, Azərbaycan 

xalqı türk xalqı  yazılmalıdır. Türkiyə türkləri ilə  Azərbaycan 

türkləri arasında heç bir fərq yoxdur, hətta dillərində də elə bir 

fərq  yoxdur.  Faiq  müəllim  yazılarında  da  türk  sözlərini  çox 

işlədib...  Ulu  öndər  deyəndə  ki,  “mən  fəxr  edirəm  ki,  mən 

azərbaycanlıyam”  nə  isə  bilirdi  deyirdi.  Deyərdi  ki,  mən 

azərbaycanlı  deyiləm,  mən  türkəm...  Türkiyə  ilə  nə  qədər 

yaxın  olsaq  da,  amma  tarix  boyu  nə  qədər  toqquşmalarımız 

olub. Bunların hamısını mən sadalamayım, bunları yəqin Faiq 

müəllim özü də çox yaxşı bilir. Bu mənada, biz qərarda yazdıq 

ki, bəlkə orada düzgün ifadə etməmişik, yəni bu kitab dövlətin 

xətti ilə, dövlətin adı ilə, bizim institutun, şöbənin adı ilə çap 

oluna bilməz. Biri var ki, bu ideyanı institutun adınla, dövlətin 

adı  ilə  verəsən,  onda  qıcıqlanma  daha  çox  ola  bilər.    Biri  də 

var ki, gedib özü müstəqil şəkildə kitabını çap etdirsin. Biz bu 

qədər danışandan sonra, Faiq müəllimi iki iclasda inandırmağa 

çalışdıqdan sonra yenə həmin fikrində qalır. Bu onun hüququ-

dur,  özü  çap  edə  bilər.  Əslində  heç  bir  yenilik  yoxdur,  bu 

ideyaların  hamısı  olub.  Təzə  bir  şey  yoxdur.  Bu  mənada, 

müstəqil özü çap edə bilər”. 

Elmi  Şuranın  üzvü,  kitabın  elmi  redaktoru,  fəlsəfə 

elmləri doktoru, prof. Əli Abasov isə Elmi Şuradakı çıxışında 

bildirmişdir  ki,  müəllif  millətçidir,  sovet  vaxtında  bunu 

güllələmək  lazım  idi.  Amma  bu  gün  millətçi  olmaq  bir 

mövqedir, müəllif də bu mövqedən çıxış edir. Onun fikrincə, 

bir  çoxlarında  bu  cür  konkret  mövqe  yoxdur,  amma 

F.Ələkbərovun bu əsərində mövqe var, elm elə budur və onun 

əsərini mütləq çap etmək lazımdır: “Mən təklif edirəm ki, bu 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

15 


əsəri Elmi Şura qəbul  etsin, Arzu xanımın  sözü ilə bir  yerdə 

çap etsin”.  

İnstitutun  direktoru,  fəlsəfə  elmləri  doktoru,  prof. 

İlham Məmmədzadənin isə kitabla bağlı iradlari təxminən 

aşağıdakılardan ibarət olmuşdur: Milli ideologiya problemi 

milli  ideoloqların  fikirləri  ilə  bağlıdır,  yaxud  da  ideoloji 

proseslərlə  bağlı,  bu  kitabda  aydın  deyildir.  Yəni  kitabda 

ideoloji  proseslər  öz  əksini  tapmamışdır...  İşin  adı  “Milli 

ideologiya  probleminə  tarixi-fəlsəfi  baxış”dır,  ancaq  21-ci 

əsrin  əvvəli  tarixi-fəlsəfi  baxışdır  ya  yox,  işdə  bu  dəqiq 

deyildir... Millət, milliyyət, kütlə, dövlət, xalq və s. anlayışlara 

münasibət  bütövlükdə  işdə  yoxdur...  İşdə  əsas  problem 

müəllif  üçün  nədir:  biz  Azərbaycan  türkləriyik,  ya 

azərbaycanlılarıq. Bu əsas problem deyil. Əsas problem odur 

ki, Azərbaycan dövləti müstəqil, suverendir və biz millət kimi 

bu  dövlətin  millətiyik,  yaxud  yox...  Sovet  dövrü  ilə  bağlı  iki 

baxış  var:  müstəqillik-millilik,  mərkəzçilik-beynəlmiləlçilik. 

Yaxud həmin fəsil özü adlanır: “SSRİ dövründə (1920-1991-

ci illər) Azərbaycan milli ideologiyasının həlli yolları: milli və 

antimilli”. Müəllif 1920-1930-cu ilərdə Sovet Azərbaycanında 

milli  məsələlərə  çox  yer  ayırıb.  Sonra  yazır  ki,  Stalin 

dövründən  başlayaraq  antimilli  olub.  Ancaq  1956-cı  ildə 

Azərbaycan dili dövlət dili kimi qəbul olunub. Bu çox böyük 

proses  idi.    Müəllif  isə  belə  hesab  edir  ki,  belə  şey  olmayıb. 

Deyə  bilərik  ki,  Heydər  Əliyev  o  dövrdə  bugünkü 

Azərbaycanın  bir  çox  milli  işlərinin  əsasını  qoyub.  Bunun 

hamısını  görmək  lazımdır...  Yaxud  20-ci  əsrin  axırında 

Heydər  Əliyev  faktiki  olaraq  müstəqil  Azərbaycan  dövlətini 

və millətini yaradanlardandır. Heç olmasa belə fikir ola bilər... 

Açığı deyim burada Faiq Ələkbərov mütləq cavab verməlidir: 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

16 



16 

müasir Avropada və dünyada faktiki olaraq dövləti olan xalq 

millətdir. Azərbaycan dövləti də Azərbaycan xalqının dövləti-

dir.  Azərbacyan  dili  dövlət  dilidir.  Buna  başqa  cür  yanaşmaq 

dövlətin qurumunda işləyəndə yaxşı çıxmaz….  Axı biz bilirik 

ki,  90-100  ildə  müasirlik  anlayışına  münasibət  dəyişib.    Bu 

gün  müasirlik  deməklə,  20-ci  əsrin  əvvəllərində  müasirlik 

demək  fərqli  şeylərdir.  İndi  müasirlik  nə  deməkdir?  Misal 

üçün İlham Əliyevin modernləşmə siyasəti. Bunu kimsə inkar 

edə  bilər,  amma  reallıqda  o  var…Aydındır  ki,  müasirlik  bu 

gün  bu  proseslərlə  bağlıdır.  Bu  suala  cavab  qətiyyən  işdə 

yoxdur....”.  

Bütün  bunlarla  yanaşı,  İ.Məmmədzadənin  yekun  sözü 

ondan ibarət olmuşdur ki, kitaba münasibətdə müəyyən qədər 

bu günün praqmatizmi də var.  Bu praqmatizmdən çıxış  edən  

institutun  direktoru  İ.Məmmədzadənin  kitabla  bağlı  qərarı 

belə  olmuşdur:  “Etiraz  etmirəm  çıxış  etsin.  Amma  işə  mən 

hesab  edirəm  ki,  institutun  qrifini  vermərik.  Öz  aramızda. 

Etiraz etmirsiniz saxlayaq bu məsələ barədə bir də çıxış etsin, 

bəlkə  də  biz  müəyyən  qədər  nə  isə  görmədik  o, 

əsaslandıracaq”. 

Daha sonra Elmi Şuranın üzvləri qarşısında çıxış edən 



monoqrafiyanın  müəllifi  bildirmişdir  ki,  bu  kitabı  nə  özü 

üçün, nə də institutun Elmi Şurasının qərarı ilə çap olunması 

üçün yazmayıb: “Mən öz mövqeyimi cəmiyyətə təqdim etmək 

üçün  yazıram.  Mən  burada  yazdığım  hər  bir  cümlənin 

məsuliyyətini  daşıyıram”.  Eyni  zamanda,  müəllif  şöbə 

əməkdaşlarının  kitabla  bağlı  yuxarıda  qeyd  etdiyimiz 

münasibətlərini,  protokolla  bu  günə  qədər  tanış  ola 

bilməməsini Elmi Şura üzvlərinin nəzərinə çatdırdıqdan sonra 

monoqrafiyanın  mahiyyəti  ilə  bağlı  demişdir:  “Mən  hesab 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə