İnsanınyaşlılıq həyatı məhz bu dövrdənbaşlanır



Yüklə 19,55 Kb.
səhifə5/6
tarix28.12.2022
ölçüsü19,55 Kb.
#98004
1   2   3   4   5   6
genclık yas dovru

VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak

proseslərinin inkişafı


İlk gənclik dövründə təlim fəaliyyətinin ümumi xarakteristikası. İlk gənclik dövründə təlim fəaliyyəti bir sıra xüsusiyyətlərinə görə məktəb yaşının əvvəlki dövrlərindən fərqlənir. Bu dövrdə təlim fəaliyyəti həm məzmun, həm də formaca yeni xüsusiyyətlər kəsb edir. Təlim fəaliyyətinin məzmununa yeni anlayışlar sistemi daxil olur. Onlar özlərinin əhatəliyinə görəəvvəlkilərdən fərqlənir. Mücərrədanlayışların miqdarıartır. Yeni fənlərin və bilik sahələrinin öyrənilməsi tələb olunur. Təliminformasında da dəyişiklikbaş verir. Tədris prosesində müasir texniki vasitələrdən istifadəyəgeniş yer verilir. Bütün bunları mənimsəmək böyük məktəblilərdən yüksək hazırlıq, nəzəri təfəkkürün inkişafını, yaradıcılıq qabiliyyətlərinin təşəkkülünü tələb edir.
Böyük məktəblilər təlimin nə kimi həyatiəhəmiyyət daşıdığını dərk edirlər. Ona görə də məktəblilərdə təlimə münasibətəsaslışəkildə dəyişilir. Bu dövrdə məktəblilərdə müxtəlif bilik sahələrinə seçici münasibət təzahür etməyə başlayır. Böyük məktəblilərin təlim fəaliyyəti onların əqli inkişafınaəsaslı təsir göstərir.
Böyük məktəblilər təlim fəaliyyətinin subyekti kimi daxil olduqları spesifik sosial inkişafşəraitinin təsirialtınadüşürlər. Bu dövrdə təlim fəaliyyəti özünün keyfiyyəti, yeni məzmunu ilə fərqlənir. Tədris fənnlərində nəzərdətutulmuş biliklərə yiyələnməzamanışəxsi mənaəhəmiyyətidaşıyan daxili idrak motivləri iləyanaşıgeniş sosial və dar şəxsi xarici motivlər də özünü göstərir. Bunların içərisində nailiyyət, müvəffəqiyyət motivləri xüsusi yer tutur. Təlim fəaliyyətinin özü böyük məktəblilərin gələcək həyatplanlarını həyata keçirmək vasitəsi olduğu üçün, təlim motivləri də öz quruluşuna görə keyfiyyətcə dəyişir. Təlimi biliklərə yiyələnməyə yönəlmiş fəaliyyət kimi bir sıra motivlərlə səciyyələndirmək olar, şagirdlərin əksəriyyəti üçün əsas daxili motiv kimi nəticəyə nail olmağa yönəlişlik təşkil edir.
Böyük məktəblilərin təlim fəaliyyətinin predmetini, başqa sözlə, onun nəyə yönəlməsini, onun struktur təşkili, fərdi təcrübənin stimullaşdırılması, bunun hesabına yeni məlumatlarıngenişləndirilməsi, əlavəolunması, daxil edilməsi təşkil edir. Məsələlərin həllinə müstəqil, yaradıcı şəkildə yanaşma, qərar qəbul etmək, mövcud variantları təhlil etmək və onları tənqidi konstruktiv şəkildə anlamaq bacarığı da böyük məktəblilərin təlim fəaliyətinin məzmununu təşkil edir. Bu yaş dövründə mühüm psixoloji yenitörəmə olan şagirdin həyati planları tərtib etmək, onları həyata keçirmək vasitələrini axtarmaq bacarığı böyük məktəblilərin təlim fəaliyyətinin məzmununun spesifikasını müəyyən edir. Bu özü həmin planların həyata keçirilməsi vasitəsinə çevrilir.
Əgər yeniyetməlik dövründəşagirdlər üçün müəllim və valideynlərin nüfuzu öz həmyaşıdlarının nüfuzu ilə bir növ tənzim olunursa, böyük məktəbli üçün ayrı-ayrı fənn müəllimlərinin nüfuzu məktəbin nüfuzundan fərqləndirilir. Böyük məktəblinin şəxsi özünütəyinində iştirak edən valideynlərinin nüfuzu artır.
Böyük məktəblilərin peşə və şəxsi özünütəyinlərinə hazırlığı özünün sərvət meylləri sistemlərinəaydınşəkildə ifadə olunan peşə istiqamətini vəpeşəmaraqlarını, nəzəri təfəkkür formalarının inkişafını, elmi idrak metodlarına yiyələnməyi, özünütərbiyəbacarığını daxil edir. Şəxsiyyətin yetişməsi vəformalaşmasının bu yekun mərhələsi məktəblinin qiymət və bələdləşmə fəaliyyətinin daha tam təzahür etdiyi vaxtda başaçatır. Bu yaş dövründə məktəblinin müstəqilliyə cəhd göstərməsiəsasında onda mənlikşüurunun tam strukturu formalaşır, şəxsi refleksiya inkişaf edir, həyati planlar və pespektivlər dərk olunur.

Yüklə 19,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə