İnsanınyaşlılıq həyatı məhz bu dövrdənbaşlanır



Yüklə 19,55 Kb.
səhifə4/6
tarix28.12.2022
ölçüsü19,55 Kb.
#98004
1   2   3   4   5   6
genclık yas dovru

Əxlaqi şüurun inkişafı. İlk gənclik dövründə mənlik şüuru iləyanaşıəxlaqişüuruninkişafında da əsaslı dəyişiklik baş verir. Bu dövr yeni əxlaq səviyyəsinə - konvensional əxlaqa keçidlə xarakterizə olunur (L.Kolberq). Psixoloqlar bu cəhəti onunla izah edirlər ki, uşaq öz inkişafı prosesində əvvəlcəəxlaqidavranışın “xarici” normalarına istinad edir. Böyüklərin onu cəzalandırmasından yaxa qurtarmaq, onlar tərəfindən rəğbətləndirilmək üçün özünü yaxşı aparır, hərəkətlərinin böyüklər tərəfindən necəqarşılanacağınıəsas götürürlər. Lakin inkişafınsonrakı mərhələsindəşagirdlərdə əxlaqidavranışın “xarici” norma vəqaydaları daxili - əqli plana keçir. Ona görə də bu dövrdə böyük məktəblilər onlar üçün əhəmiyyətli olan adamlar tərəfindən bəyənilmək və müəyyən qaydanı gözləmək tələbatının təsiri altında özlərini yaxşı aparmağaçalışırlar. Buradan isəaydın olur ki, bu dövrdə məktəblilər hələ də xarici, formal əlamətləriəxlaqi tələblərin mənbəi kimi qavrayırlar. Tədricən psixi inkişafın yüksəlməsi ilə bağlı olaraq böyük məktəblilərdə dərkolunmuş əxlaqi prinsiplər təşəkkültapmağabaşlayır. Əxlaqidavaranış konkret şəraitin vəayrı-ayrışəxslərin təsirindən azad olur. Oğlan və qızlar avtanom əxlaqa malik olur.
Müasir gəncoğlan vəqızlarda həyatın özü əvvəlki on illiklərindən fərqli psixologiyanın formalaşmasına səbəb olmuşdur. Bununla, əlaqədar olaraq gənclərin əxlaqi-etik problemlərə münasibəti də dəyişmişdir. Bu sahədə gənclərin daha cəsarətlibaxışları özünü göstərir.
Müasir gəncoğlan vəqızların bir sıraəxlaqianlayışlara münasibəti dəyişmişdir. Məsələn, «ədalətlilik» anlayışıartıq gənclər tərəfindənəvvəllərbaşadüşülən stereotip şəklində – «ədalətlilik odur ki, heç kimin arasında fərqqoyulmasın» şəklindəqavranılmır. Müasir böyük məktəblilərədalətliliyi «hər kəsdənimkanlarına görə və hər kəsə gördüyü işə və ya insanların ümumi rifahı üçün verdikləri real töhvəyə görə» yanaşmaqda görürlər.
Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi anlayışlara münasibətləri də dəyişmişdir. Bu anlayışlar, bir tərəfdənyaşartdıqca böyük məktəblilər üçün öz əbədi romantikliyini itirir, digər tərəfdən, gənclər tamamilə real mövqeyə əsaslanır vəadamların: valideynlərin, müəllimlərin, yoldaşların və dostların həqiqi hərəkətləri bundan asılı olaraq qiymətləndirilir. Bu prinsip daha aydın şəkildə böyük məktəblilərin öz müəllim və valideynlərinə münasibətlərində təzahür edir. Gəncoğlanlar vəqızlaronları həmin cəhətə görə daha çox qiymətləndirir və qəlbən sevirlər. Bu hal kiçik məktəb yaşı və yeniyetməlik dövründə özünü göstərmir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, gənclik dövründə məktəblilər borc, şərəf, şəxsi qürur hissi, vicdan, təvazökarlıq kimi mürəkkəbəxlaqikateqoriyaların mahiyyətini dərk edirlər. Bununla belə onlar həminanlayışlarınşərhizamanı, eləcə də əxlaqidavranışı həyata keçirərkən bəzi qüsurlara yol verirlər.
Ümumiyyətlə götürdükdə, orta məktəbi qurtaran oğlan və qızlarınəksəriyyəti özlərini praktik olaraq əxlaqi cəhətdən formalaşmış, yetgin və kifayət qədər davamlı əxlaqa yiyələnmiş adam kimi göstərirlər. Bu isə qabiliyyətlər, motivlər və xarakter əlamətləri iləyanaşışəxsiyyətin dördüncü mühüm yenitörəməsi kimi özünü göstərir.

Yüklə 19,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə