İnsanınyaşlılıq həyatı məhz bu dövrdənbaşlanır



Yüklə 19,55 Kb.
səhifə3/6
tarix28.12.2022
ölçüsü19,55 Kb.
#98004
1   2   3   4   5   6
genclık yas dovru

Mənlik şüurunun inkişafı. İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Məktəblilər özlərinin artan imkanlarını dərk etməyəbaşlayırlar. Bütün bunlar həmin dövrdə özünüdərketmə meylinin daha sürətləinkişaf etdiyini göstərir. Bu dövrdə gənclər özlərini, öz şəxsiyyətlərini yaxşı anlamağabaşlayır, mənlikşüurları, özlərihaqqında təsəvvürləri dəyişir. Onlar bir növ öz mənlərini dərk edirlər. bu dövrdə məktəblilərdə özünüdərketmənin inkişafı ilə yanaşı mənlik şüurunun məzmunu da dəyişir, özlərihaqqında təsəvvürləri artır. Oğlan vəqızlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar. Zahiri görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə narahat edir. İlk gənclik dövründə gənclər özlərini qiymətləndirərkən ayrı-ayrı hərəkətlərini təhlil edir, özləri haqqında müəyyən mühakimələr yürüdürlər. Yeniyetmələrdən fərqli olaraq böyük məktəblilərdə özünüqiymətləndirmə onların öz davranış və fəaliyyətlərini müstəqil olaraq təhlil etməkəsasında cərəyan edir. Ona görə də ilk gənclik dövründə özünüqiymətləndirmədə bir sırauyğunsuzluqlar özünü göstərə bilir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ilk gənclik dövründəən mühüm psixoloji hadisə özünüdərketmənin və öz «mən»inin, öz şəxsiyyətinindavamlı obrazınınyaranmasıdır. Bu dövrdə özünüdərketmənin, mənlikşüurununinkişafı bir neçə istiqamətdəbaş verir.
Birinci növbədə gənclərin öz daxili aləmləriaçılır. Gənc oğlan vəqızlar öz emosiyalarınıətrafdabaş verən hadisələrin doğurduğu hal kimi deyil, öz «mən»inin vəziyyəti kimi qavramağa başlayırlar. Öz xüsusiyyətlərini, başqalarına oxşamamalarını hiss etməkbaş verir, eyni zamanda təklik hissi özünü göstərir.
Tədricən, həyata keçirilə bilən bütün arzuları və çox vaxt həyata keçirilə bilməyənideallarıəsasında bir neçə az və ya çox real fəaliyyətplanlarınıhazırlamağabaşlayır və bunlardan birini seçməli olurlar. Gənclərin həmin həyatiplanlarıonların bütün özünütəyin sahələrini: mənəvi simalarını, həyat tərzlərini, iddia səviyyələrini, peşə və həyatda öz yerlərini seçmələriniəhatə edir. Öz məqsədlərini, həyati niyyətlərini, həyati planlar qurmalarını dərk etmələrionların özlərini dərk etmələrinin, mənlikşüurlarının mühüm elementini təşkil edir.
Bunlarla yanaşı olaraq bu dövrdə gənclərdə özləri haqqında tam təsəvvürformalaşır. İnsanın özünə münasibəti, birinci növbədə onun öz bədəninin xüsusiyyətlərini, xarici görkəmini, cəlbediciliyini dərk etməsi, sonra isə özünün əxlaqipsixoloji, əqli, iradi keyfiyyətlərini dərk etməsi əsasında yaranır. Gənclərin özünüqiymətləndirməsi çox vaxt ziddiyyətli olur.
Müxtəlif fəaliyyət növlərindəəldəedilmiş nəticələrin təhlili, onun haqqında başqa adamların fikirləri və özünümüşahidə, özünün keyfiyyət və qabiliyyətlərini təhlil etmək sayəsində gənclərdə özünəhörmət kimi ümumiləşmiş münasibətyaranır.
İlk gənclik dövründə iddia səviyyəsinin yüksəlməsi özünü qeyri-real yüksək qiymətləndirməyə gətiribçıxara bilir.

Yüklə 19,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə