İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   50   51   52   53   54   55   56   57   58

117 
 
450mlrd.barrel  neft,90mlrd.t.  daş  kömür  və  11trln.m
3
  qaz  yandırılıb.Nəzərə  alaq 
ki,1kq şərti üzvi yanacnğın yanması zamanı 29,3MCoul ayrılır,onda,bu müddətdə 
ətraf  mühitə  ixrac  olunan  əlavə  enerjinin  miqdarını  təsəvvür  etmək  olar.Qeyd 
olunanlardan  isə  belə  qənaətə  gəlmək  olar  ki,bu  gün  kosmik  fəzaya  tələb 
olunandan daha artıq enerji əks olunur.Bu da Yerin istilik balansının pozulmasına 
və biosferin dayanıqlığının pozulmasına səbəb olur. 
     Bu  cür  pozuntulara  biosferin  nə  qədər  davam  gətirəcəyini  söyləmək  olduqca 
çətindir.Odur  ki,bütün  dünya  alim  və  mütəxəssisləri  vəziyyətdən  çıxış  yolu 
axtarırlar  və  müxtəlif  həll  yolları  təklif  edirlər.Məsələn,bir  çox  alimlər  hesab 
edirlər  ki,təbii-təsərrüfat  sistemlərində  biotik  dövranın  qapanmasını  təmin  etmək 
və  antropogen  istehlakı  saxlamaq  üçün  insanlar  10
15
Vt  gücündə  təbii 
ekosistemlərin analoqunu yaratmalıdırlar.Lakin,elmi-texniki tərəqqinin müasir  
səviyyəsi  bunu  tam  həyata  keçirməyə  imkan  vermir.Digər  mülahizələrə  görə,ən 
ağıllı variant”gözləmə” mövqeyi tutmaqdır.Yəni,belə hesab edielər ki,üzvi yanacq 
ehtiyatları  tam  tükəndikdən  sonra  vəziyyət  sabitləşəcəkdir.Ancaq,həmin  vaxta 
qədər biosferin buna tab gətirəcəyini əminliklə söyləmək olmaz. 
    Alimlər arasında belə bir deyim mövcuddur:”Təbiəti yalnız onun öz qanunlarına 
tabe  olmaqla  ram  etmək  olar”.Məhz  bu  mülahizədən  çıxış  edərək  belə  bir  təklif 
irəli  sürmək  olar:  biosferin  dayanıqlığını  və  Yerin  istilik  balansını  qorumaq  üçün 
mümkün  qədər  yerin  təkindən  çıxarılan  üzvi  yanacaqların  istifadəsini  minimuma 
endirmək,Günəşin şüalanma enerjisini birbaşa digər enerji növlərinə trasformasiya 
edən  çevricilərdən  istifadə  etmək  və  yerin  təkindən  çıxarılan  üzvi  yanacaqlara 
ekvivalent  miqdarda  üzvi  qalıqların    çöküntü  süxurlarında  basdırılması 
texnologiyasını  hazırlayaraq  tətbiq  etmək.Nəzərə  almaq  lazımdır  ki,hazırki 
miqyasda  artıq  enerjinin  istifadəsi  qeyri-məhdud  enerji  mənbələri    olsa  belə, 
biosferin daynıqlığını dağıdacaqdır.   
 
            1.4.Qlobal istiləşmə və onun mümükün ssenariləri 
    Yer  səthinin  temperatur rejiminə bir neçə  mənbə təsir göstərir ki,  bunlardan  da 
ən  güclüsü  Günəş  şüalanmasıdır.Günəşdən  Yerə  infraqırmızı  şüalanma  şəklində 
düşən işıq və istilik selinin intensivliyi sabit olmaqla 1,95kal/sm
2
xdəq. təşkil edir. 
İkinci  mənbə  isə,planetin  daxili  istiliyidir  ki,  onun  da  mənşəyi  Günəşdir.Bu 
enerjini  Yer  Günəş  sistemində  yaranarkən  almış  və  planetin  nüvə  hissəsində 
parçalanma reaksiyası nəticəsində yaranmaqdadır. 
    Planetin  bütün  enerji  itkiləri  isə  Dünya  fəzasına  şüalanan    istilikdən 
ibarətdir.Digər  bütün  enerji  növləri  də  -  işıq,ultrabənövşəyi  və  rentgen  şüalanması 
enerjisi,kosmik  hissəciklərin  gətirdiyi  enerji  və  s.  –istilik  formasına  çevrilir  və 
yenidən  infraqırmızı  şüalanma  kimi  əks  olunur.Məhz,bu  nisbətdə  Yerin  qlobal 
temperaturu  nisbi  sabitliyini  saxlayır.Lakin,XX  əsrin  ikinci  yarısından  başlayaraq 


118 
 
energetikanın,sənayenin,nəqliyyatın 
və  s.güclü  inkişafı  və  Dünya 
əhalisinin  sürətli  artımı  nəticəsində 
bu  balansa  antropogen  təsirlər  də 
sürətlə  artmağa  başlamışdir.Bu  isə 
öz  növbəsində  atmosferin  yerüstü 
qatlarında 
temperaturun 
yüksəlməsinə  və  orta  planetar 
temperaturun artmasına,yəni, qlobal 
istiləşməyə rəvac verir. 
    Hələ, 
1962-ci 
ildə 
rus 
klimotoloqu  N.İ.Budıko  belə  bir 
fərziyə  irəli  sürmüşdür  ki,  insanlar 
tərəfindən  müxtəlif  yanacaqların 
külli 
miqdarda 
yandırılması 
nəticəsində 
atmosferdə 
karbon 
qazının 
miqdarının 
artması 
qaçılmazdır.Karbon  qazı  isə  Yer 
səthindən və dərinlik istiliyinin kosmosa  əks olunmasını ləngidir ki,bu da şüşə ilə 
örtülmüş  istixanada  müşahidə  etdiyimiz  effektə  səbəb  olur.Bu  effekt  nəticəsində 
isə atmosferin yerüstü qatının orta temperaturu tədricən yüksəlir. 
    N.İ.Budıkonun nəticələri amerikalı metereoloqları  maraqlandırmış və onlar XX 
əsrin 60-cı illərindən sonunda apardıqları müşahidə,tədqiqat və hesablamalarla Yer 
atmosferində” istixana effekti”-nin mövcudluğunu təsdiqləmişlər.          
    Mütəxəssislərin  rəyinə  görə  XX  əsrin  son  onilliyinin  üç  (1990,1995,  1997-ci 
illər)ili son 600 ildə ən isti illər olmuşdur.Bütövlükdə XXəsr isə son 1200 ildə ən 
isti  əsr  olmuş-dur.Bunun  əsas  səbəbi  isə  məhz,XX  əsrin  sonlarında  atmosferdə 
karbon  qazının  miqdarının  kəskin  (1,12  də-fə)  artmasıdır.Əgər,  bu  tendensiya 
dəyişməzsə,  atmosferdə  karbon  qazının  miqdarı  2020-ci  ilə  ikiqat  arta-caqdır.Bu 
isə üzvi yanacaqların is-tehlakının sürətlə artması ilə bağlıdır. 
    Hesablamalara  görə,sənaye,nəq-liyyat,İES  və  qızdırıcı  sistemlər  tərəfindən  ildə 
7mlrd.  tondan  artıq  karbon  qazı  və  ya  2mlrd.tondan  artıq  karbon  ixrac 
olunur.Statistik  məlumatlara  görə  üçüncü  dünya    ölkələrində  orta  hesabla 
adambaşına  ildə  0,5t,inkişaf  etmiş  ölkələrdə  isə  bundan  10  dəfədən  artıq  karbon 
qazı atmosferə ixrac olunur.ABŞ atmosferə ildə 1mlrd.200mln.t karbon qazı ixrac 
edir  ki,bu  da  Dünya  göstərricisinin  20%-ni  təşkil  edir.Bu  isə  ,  çəki  etibarilə  təbii 
mənbələr  tərəfindən  atmosferə  ixrac  olunan  və  bitkilər  tərəfindən  fotosintez 
prosesində  “bağlanılan”  karbonun    2%-ə  qədərini  təşkil  edir.Lakin,bu  əlavə  2% 
karbon  əhəmiyyətli  dərəcədə  təsir  göstərir  və  planetin  bitkiləri  tərəfindən 
SU SƏTHİNİN QIZMASI                                             YER SƏTHİNİN QIZMASI 
 
 
 
 
 
 
STRATOSFER (40km) 
TROPOSFER (15km) 
“İSTİXANA” EFFEKTİNİN MEXANİZMİ 
YERƏ ŞATAN  ŞÜALANMANIN TƏRKİBİ
: 10% UB, 
45% İQ ,
 45%  GÖRÜNƏN İŞIQ 
CO

CO

CO

CO

CO

CO

CO

CO

Hidrosfer 
Litosfer 
Şək.....İstixana effektinin yaranmasının sxemi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə