İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

50 
 
zaman populyasiyanın miqdarının ən yük-
sək (Max) və ən minimal (Min) həddi 
mövcuddur ki,populyasiya heç vaxt bu 
həddi aşmır.Müəyyən maksimal say 
həddinə çatdıqdan sonra məhdudlaşdırıcı 
“mexanizmlər” işə düşür(məsələn,qida 
çatışmazlığı,parazitlər,epidemiyalar və s.). 
Bu zaman populyasiyanın sonrakı artım         
dinamikasının üç variantı mümkündür. 
Birinci halda, fərdlərin  miqdarı                                              
müəyyən həddə çatdıqdan sonra 
sabitləşir(Şəkil 5.2).                                                          
İkinci  halda populyasiyanınsayı maksimal 
həddə çatdıqdan sonra fərdlərin kütləvi 
məhvi baş verir və populyasiyanın miqdqrı 
minimum  həddə qadər azalır.Daha sonra 
yenidən fərdlərin sayı artmağa başlayır 
(Şəkil5.3).Üçüncü halda isə,populyasi-
yanın fərdlərinin sayı müəyyən səbəblər 
üzündən azalmağa başlayır və minimal 
həddə çatdıqdan sonra da sabitləşə bil-
mir(Şəkil5.4).Bu zaman fərdlərin sayının 
minimal həddən aşağı düşməsi həmin 
populyasiyanınsonu,məhvi deməkdir. 
    Müxtəlif  növlərin populyasiyalarının  
artım  dinamikası  bütövlükdə  onları  əhatə  edən  mühit  şəraitindən,birinci  növbədə 
isə  məskunlaşma  yerinin  məkan-zaman  sturukturundan  və  onlar  üçün  qida  
mənbəyi
 
olan 
digər 
populyasiyaların 
vəziyyətindən 
asılıdır.
                                                                               
                                                     
                
  
                                                                                                               
                                                                  
Populyasiya  dalğası  –  populyasiyanin  fərdlərinin  sayının  dövri  və  ya  dövri 
olmayan  sıçrayışıdır (tərəddüdüdür).  
    “Populyasiya dalğası” anlayışını ilk dəfə elmə rus bioloqu S.S.Çetverikov daxil 
etmiş və 1915-ci ildə onu “həyat dalğası” adlandırmışdır. 
    Populyasiya  dalğasına  bir  qədər  aydınlıq  gətirmək  üçün  bəzi  populyasiyaların 
timsalıda  bu məsələni nəzərdən keçirək.Məsələn, populyasiyada fərdlərin sayının 
maksimum  həddə  çatması  alacadimdik  quşlarda  3il-dən  bir,siçankimilərdə  10ilə 
yaxın,dələlərdə 8...11il, ağ  kəpənəklərdə 10...12il, şimali amerika dovşan-dələlə-
rində 9...10il, çəyirtkələrdə 11ilə yaxındır. 
Max 
Min 
N=f(t) 
ZANAN                              T 


R
D
L
Ə
R
İN
  S
A
Y

Şək5.3).Populyasiyanın artım dinamikası 

Max 
Min 

R
D
L
Ə
R
İN
  
S
A
Y

ZANAN                              T 
N=f(t) 
Şək5.4.Populyasiyanın artım dinamikası 


51 
 
    Müxtəlif növlərdən olan populyasiyalarda fərdlərin sayının tərəddüd hüdudu da 
müxtəlifdir.Məsələn,mayböcəyinin sayı dalğanın zirvəsində (pikində) milyon dəfə, 
Kanada dovşanlarında isə 10 dəfə artır. 
    Fərdlərin  sayının  flyutasiyası  (qərarsızlığı,enib-qalxması),yəni,  həyat  dalğası 
müxtəlif  səbəblərdən  baş  verə  bilər.Məsələn,populysiya  dalğasının  dövriliyinin 
10...11il olması Günəş aktivliyinin dövriliyi ilə izah olunur.Günəşdəki “ləkələrin” 
sayı  11il  dövriliklə  dəyişir.”Günəş  qasırğasının  yerdə  əks-sədası”planetimizdə 
hava şəraitinin dəyişməsinə səbəb olur.Məsələn,şahidlərin dediyinə görə,”1955-ci 
ildə  Qazaxıstanın  xam  torpaqlarında  bütün  yay  ərzində  yerə  bir  damcı  da  yağış 
düşməmişdi.Biz  bilirdik  ki,isti  hava  bu  yerlər  üçün  adi  haldır.Lakin,bilmirdik 
ki,səhra “təqviminin” 10ildən bir xüsusilə kəskin,məhvedici quraqlığı da var.”  
 
 
                                                
Populyasiya anlayışı
 
«Рopulyasiya»  termini  latın  mənşəli  populus  sözündən  olub,xalq  deməkdir.Uzun 
müddət  (XVIII  əsrin  sonlarından  başlayarq)    müəyyən  ərazidə  məskunlaşmış 
istənilən  orqanizm  qruplaşmalarını  populyasiya  adlandırmışlar.1903-cü  ildə 
danimarkalı genetik Vilhelm Lyüdviq İohansen ilk dəfə genetik nöqteyi-nəzərdən 
qeyri-bircins orqanizmlər qrupunu populyasiya adlandırmışdır. 
Populyasiya (lat. populus-xalq)- eyni növə mənsub ,uzun müddət müəyyən ərazini 
tutan və çoxsaylı nəsillər ərzində özünü artırıb-törədən fərdlərin tarixən formalaş-
mış məcmusudur.Bioloji növbu və ya digər formada təcrid olunmuş  çoxlu sayda 
populyasiyadan  ibarət  olur  ki,bu  da  fərdlərin  sərbəst  cütləşməsini  (panmiksita) 
məhdudlaşdırır  və  ya  pozur.Populyasiya  adətən  arealın  təcridedici  maneələr 
olmayan,panmiksiyaya mane olan hissəsini tutur.Nəticədə,hər bir populyasiya ona 
xas  olan  təbii  şəraitlərin  məcmusunun  mövcud  olduğu  mühitə  uyğunlaşır.Bu 
uyğunlaşmanın  səciyyəvi  əlamətləri  nəsillərdən  nəsillərə  ötürülür.  Ətraf  mühitin 
müəyyən ekoloji şəraitinə uyğunlaşmış populyasiya ekotip adlandırılır.
 
    Nisbətən  yekcins  təbii  şəraitlər  kompleksinə  malik  fiziki-coğrafi  ərazidə 
məskunlaşmış  ekotiplər  «coğrafi  irq»  adlandırılır.Bu  cöğrafi  populyasiyaların 
fərdlərinin  həyat  təzahürlərinin  vahid  ritminə  morfoloji,fizioqrafik  və  s. 
uyğunlaşmaları  digər  təbii  şəraitdə  məskunlaşmış  qonşu  populyasiyaların 
fərdlərinin  uyğunlaşmalarından  fərqlənir.Coğrafi  irq  termininin  sinonimi  kimi 
əksər  hallarda  «yarımnöv»  (heyvan  və  bitki  sistematikasında  :bir-birinə 
yaxınlaşdıran  əlamətləri olan eyni növə mənsub fərdlərin məcmusu) anlayışından 
da istifadə olunur.Fəza-məkan daxilində populyasiya heç də həmişə təcrid olunmuş 
halda olmur.Belə ki,yarımnövlərin arealları kəsişə (üst-üstə düşə ) də bilər.Cöğrafi 
ekotiplər  daxilində  klimatipləri  də  ayrıla  bilər.İqlim  növün  irsən  möhkəmlənmiş 
xüsusiyyətləri 
ilə 
fərqlənən 
fərdlərinin 
məcmusunu 
formalaşdırır.İqlim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə