İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   16   17   18   19   20   21   22   23   ...   84

58 
 
     İ l h a m   Ə l i y e v: Əziz dostlar!  
İlk növbədə, belə yüksək qiymətə görə – fəxri professor adına layiq görüldüyümə görə Avrasiya 
Universitetinin rəhbərliyinə təşəkkür etmək istərdim. Qeyd edildiyi kimi, tərcümeyi-halımda ali məktəbdə dərs 
dediyim dövr olmuşdur və təbii ki, bu dövr mənə əzizdir. Çünki gənc nəsillə ünsiyyət, öz bilik və təcrübəni ona 
öyrətmək xeyirxah, eyni zamanda, çox xoş işdir. Ona görə də bu gün belə yüksək şərəfə layiq görülməyim mənə 
ikiqat xoşdur. Sizi əmin edə bilərəm ki, bu fəxri adı doğruldacağam, artıq indən belə bütün işlərimdə Avrasiya 
Universitetini də layiqincə təmsil edəcəyəm. 
Bu gün mənim qardaş Qazaxıstana səfərim başlanmışdır. Mən buna çox böyük əhəmiyyət verirəm. 
Ölkələrimiz arasında münasibətlər  ən yüksək səviyyəyə çatmışdır. Yüksək səviyyədə siyasi məsləhətləşmələr 
aparılır, ikitərəfli məsələlər, regional siyasət problemləri barəsində qarşılıqlı anlaşma var. Bir çox beynəlxalq 
məsələlərin həllinə yanaşmalarımız eynidir. Qazaxıstanla Azərbaycan dost, qardaş, tərəfdaşdırlar. Bunun 
nəticəsi olaraq ölkələrimizin yaxınlığı, regionda səylərimizin  əlaqələndirilməsi sabitlik, sülh və xalqlarımızın 
tərəqqisi üçün möhkəm təminatdır.  
Başlıca vəzifə bundan ibarətdir. Biz vətəndaşlarımızın daha yaxşı yaşamasını təmin etməli, müstəqilliyimizi 
daha da möhkəmlətməli, onu dönməz etməliyik.  
Qarşılıqlı iqtisadi fəaliyyət çərçivəsində ölkələrimizi həyata keçirilən və keçiriləcək böyük layihələr bir-
birinə bağlayır. Mən məmnunam ki, bu gün hörmətli Qazaxıstan prezidenti Nursultan Abişoviç Nazarbayevlə 
keçirdiyimiz görüşlər və danışıqlar çərçivəsində enerji dəhlizi problemləri, neft və qaz layihələri, nəqliyyat və 
kommunikasiya proqramları sahəsində əməkdaşlıq barədə baxışlarımızda tam uyğunluq əldə edildi. Qazaxıstana 
dost və qardaş ölkə olan Azərbaycan Qazaxıstanın karbohidrogen ehtiyatlarının nəql ediləcəyi etibarlı  və 
təminatlı məkana çevriləcəkdir. Bu layihələr həm ölkələrimiz üçün, həm də bütövlükdə, region üçün, bəlkə də 
bütün dünya üçün əhəmiyyətlidir. Çünki Qazaxıstanda və Azərbaycanda həyata keçirilən layihələr dünyada çox 
iri energetika layihələridir. 
Ölkələrimizi birləşdirən bir də budur ki, iqtisadi islahatların səmərəliliyinin sürəti baxımından – bugünkü 
görüşlərimizdə bu da qeyd edildi – Qazaxıstan və Azərbaycan bütün MDB məkanında yəqin ki, liderlərdir. 
İqtisadiyyatda, sosial sahədə, iqtisadi münasibətlərin sərbəstləşdirilməsi çərçivəsində bütün islahatlar artıq çox 
ciddi nəticələrə gətirib çıxarmışdır. Ölkələrimiz öz iqtisadi potensialını, demək olar, eyni sürətlə artırırlar. Əgər 
iqtisadiyyatın və ümumi daxili məhsulun artım dinamikası  və statistikasını izləsək, görərik ki, Qazaxıstan və 
Azərbaycan hamıdan öndə, sanki çiyin-çiyinə irəliləyir.  
Bu, xarici sərmayəçilərin ölkələrimizə yönəltdikləri birbaşa sərmayələrin adambaşına düşən həcminə  də 
aiddir. Qazaxıstan və Azərbaycan burada da təkcə MDB çərçivəsində deyil, hətta  Şərqi Avropanın bir çox 
ölkələri arasında iki öncül yeri tuturlar. Bu, ilk növbədə, onu göstərir ki, ölkələrimizin rəhbərliyinin iqtisadiyyatı 
sərbəstləşdirmək xətti artıq öz bəhrələrini vermişdir. Ən başlıcası budur ki, ölkələrimizdə iqtisadi uğurun əsas 
amillərindən biri, yəni ictimai-siyasi sabitlik mövcuddur. Sözsüz ki, bu sabitlik olmasaydı, sərmayəçilərdən heç 
biri öz kapitalı ilə risk etməzdi və ölkələrimizin iqtisadiyyatına milyardlarla dollar qoymazdı. Bunda Qazaxıstan 
prezidenti Nursultan Abişoviç Nazarbayevin və Azərbaycan dövlətinin inkişafının  ən mürəkkəb dövründə 
ölkəmizə 10 il başçılıq etmiş prezident Heydər Əlirza oğlu Əliyevin böyük xidməti var. Ölkələrimiz bu uğurlara 
məhz iki liderin səyləri ilə nail olmuşlar.  Əlbəttə ki, yeni seçilmiş prezident kimi, mənim vəzifəm bu xətti 
davam etdirməkdir. Çünki bu, real və yeganə düzgün siyasətdir, öz düzgünlüyünü sözdə deyil, işdə sübut 
etmişdir. 
Ölkələrimiz arasında humanitar sahədə çox sıx qarşılıqlı əlaqələr mövcuddur. Bizi ümumi tarix, mədəniyyət, 
mənşə, dəyərlər birləşdirir. Əlbəttə ki, bütün bu amillər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və 
möhkəmləndirilməsi üçün çox ciddi və möhkəm təməldir. Artıq bu gün mədəniyyət, elm xadimlərinin, digər 
ziyalıların bir-birinin işlərində daha fəal iştirak etmələri haqqında razılaşmalar  əldə olunmuşdur. Qarşılıqlı 
səfərlər, mədəniyyət günləri nəzərdə tutulur. Düşünürəm ki, onlar xalqlarımızı daha da yaxınlaşdıracaqdır. 
Təbii ki, çətinliklər də, həllini gözləyən çoxsaylı məsələlər də var. Azərbaycana gəldikdə, bizim üçün əsas 
çətinlik Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır. Ermənistanın 
Azərbaycana qarşı  təcavüzü nəticəsində ölkəmizin  ərazi bütövlüyü pozulmuşdur. Azərbaycan  ərazilərinin 20 
faizi indiyədək Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu təcavüz nəticəsində bir milyon azərbaycanlı 
qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.  
Təbii ki, bu münaqişənin nizama salınması prosesinin uzanması bizi çox narahat edir. Təəssüflər olsun
vasitəçilik fəaliyyəti göstərmək mandatı olan ölkələrin səyləri real nəticələrə gətirib çıxarmamışdır. Ümidvarıq 
ki, bu münaqişə həll ediləcəkdir, lakin onun həlli ancaq hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normaları 
gözlənilməklə, yəni Azərbaycanın  ərazi bütövlüyünün tamamilə  bərpa edilməsi, bütün işğalçı qüvvələrin 
ərazilərimizdən çıxarılması və qaçqın-köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtması təqdirində mümkündür. 
Fürsətdən istifadə edərək, bu məsələdə prinsipial mövqe tutduğuna görə, Qazaxıstan rəhbərliyinə bir daha 
təşəkkür və minnətdarlığımızı bildirmək istəyirəm. Təcavüzkar separatizm siyasəti pislənilir və prezident 


59 
 
Nursultan Abişoviç Nazarbayevin bugünkü bəyanatı bir daha göstərir ki, Azərbaycanın  ərazi bütövlüyünün 
bərpası məsələsində Qazaxıstanın prinsipial mövqeyi dəyişməz qalır. Biz buna görə çox minnətdarıq. 
Ölkələrimiz arasında qarşılıqlı münasibətlərin bir cəhəti də vardır və  zənnimcə, biz burada, heç də sadə 
olmayan məsələləri necə  həll etməyin mümkünlüyü barədə başqalarına nümunə göstəririk. Qazaxıstanla 
Azərbaycan arasında Xəzər dənizinin sektorlara bölünməsinə dair saziş  əldə olunması iki ölkənin belə 
məsələləri həll edə bilməsinə sübutdur. Təəssüf ki, Xəzər dənizinin bölünməsi məsələsinin tammiqyaslı  həlli 
hələlik tapılmamışdır. Lakin əgər Qazaxıstanla Azərbaycan, Qazaxıstanla Rusiya, Rusiya ilə Azərbaycan 
arasında artıq mövcud olan sazişlər  əsas kimi götürülsə, zənnimcə, biz Xəzər dənizinin milli sektorlara 
bölünməsində tezliklə ümumi razılığa gələ bilərik. Biz bunu istəyirik və düşünürəm ki, Xəzər hövzəsinin bütün 
qalan ölkələri də istəyir. Bununla belə, əminliklə deyə bilərəm ki, hətta Xəzərin statusunun qlobal planda həll 
edilməməsi də xarici sərmayəçilərin dənizin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə 
milyardlarla dollar vəsait qoymasına mane olmamışdır. Lakin, əlbəttə, regionda təhlükəsizliyi 
möhkəmləndirmək üçün Xəzərin statusunun bütün sahilyanı dövlətlər tərəfindən həlli çox müsbət amil ola 
bilərdi. 
Bu gün iqtisadi əməkdaşlığın sürətləndirilməsi məsələləri də müzakirə olundu və bu da, öz növbəsində, 
ölkələrimiz arasında münasibətlərin daha sıx olmasına gətirib çıxaracaqdır. Artıq konkret təkliflər və layihələr 
vardır və onlar yaxın vaxtlarda ölkələrimiz arasında  əmtəə dövriyyəsini xeyli artırmağa imkan yaradacaqdır. 
Müvafiq qurumlar bu istiqamətdə  fəal işləyirlər və  əminəm ki, yaxın vaxtlarda iqtisadi sahədə daha böyük 
fəallıq baş verəcəkdir. Bir-birimizə  təklif etməli çox şey, məsələn, hər iki ölkənin ehtiyac duyduğu mallar 
vardır.  Əminəm ki, lazımi infrastruktur yaradılarsa və müəyyən tədbirlər görülərsə, yaxın vaxtlarda biz bu 
sahədə də böyük tərəqqinin şahidi olacağıq.  
Sizin vaxtınızdan sui-istifadə etmək istəməzdim. Qarşılıqlı münasibətlərimizin hər sahəsində hadisələrin 
yalnız müsbət inkişafını görürük. Bu gün elə bir məsələ yoxdur ki, ölkələrimizin münasibətləri bir-birindən 
fərqlənsin, elə bir problem yoxdur ki, bizi onun həlli üzərində  fəal surətdə  işləməyə vadar etsin. Yalnız bir 
problem vardır – necə edək ki, bu münasibətlər dolğunlaşsın, möhkəmlənsin və qarşılıqlı surətdə faydalı 
istiqamətə yönəlmiş yeni qərarların qəbul edilməsinə  gətirib çıxarsın.  Əminəm ki, bütün ölkələr arasında 
münasibətlər Qazaxıstan ilə Azərbaycan arasındakı kimi səmimi dostluq, qardaşlıq münasibətləri olsaydı, dün-
yada  əmin-amanlıq, təhlükəsizlik, firavanlıq hökm sürərdi. Biz istəyirik ki, regionumuz qəti surətdə sülh və 
təhlükəsizlik zonasına çevrilsin. Biz istəyirik ki, vətəndaşlarımız sülh şəraitində yaşasınlar, ölkələrimizin indiki 
və gələcək nəsillərini heç nə təhdid etməsin.  
Mənə belə yüksək ad verdiyinizə görə bir daha sizə təşəkkürümü bildirirəm. Burada, Qazaxıstanda yenidən 
görüşəcəyimizə ümid bəsləyir, universitetin professoru kimi, həmkarlarımı Azərbaycana dəvət etmək istəyirəm. 
Sizinlə görüşməyə və əlaqələrimizi davam etdirməyə çox şad olarıq. Bir daha çox sağ olun.  
S a r s e n q a l i   A b d e m a n a p o v:  Cənab Prezident, maraqlı  çıxış üçün çox sağ olun. Biz 
universitetimizdə yaranmış  ənənəni davam etdirərək, digər dövlət başçılarına olduğu kimi, Sizə  də Avrasiya 
Universitetinin medalını təqdim etmək istərdik. "Qızıl döyüşçü" adlanan bu medal Avrasiyanın və daim irəliyə – 
Şərqdən Qərbə hərəkətin rəmzidir.  
 
Görüş  iştirakçılarının gurultulu alqışları altında "Qızıl döyüşçü" medalı dövlətimizin başçısına təqdim 
olundu.  
 
Prezident  İlham  Əliyev universitetə Azərbaycan rəssamı Mahmud Tağıyevin "Dədə Qorqud" tablosunu 
hədiyyə etdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə