İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə14/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   10   11   12   13   14   15   16   17   ...   106

 
 
54 
 
 
 
 
ATƏT-in FƏALİYYƏTDƏ OLAN SƏDRİ, 
BELÇİKA KRALLIĞININ XARİCİ İŞLƏR NAZİRİ 
KAREL DE QUXTUN RƏHBƏRLİK ETDİYİ 
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
25 yanvar 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
yanvarın  25-də  Prezident  sarayında  ATƏT-in  fəaliyyətdə  olan 
sədri,  Belçika  Krallığının  Xarici  İşlər  naziri  Karel  de  Quxtun 
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
Görüş zamanı Azərbaycan–ATƏT əməkdaşlığı, Ermənistan–
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə  bağlı 
aparılan danışıqlar, münaqişənin nizama salınmasının perspek-
tivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də 
müzakirə edilmişdir. 
 


 
 
55 
 
 
 
AVROPA KOMİSSİYASININ ÖLKƏMİZDƏ YENİ 
TƏYİN OLUNMUŞ XÜSUSİ ELÇİSİ  
ALAN UADDAMS İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
Prezident sarayı 
 
26 yanvar 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
yanvarın  26-da  Prezident  sarayında  Avropa  Komissiyasının 
ölkəmizdə  yeni  təyin  olunmuş  xüsusi  elçisi  Alan  Uaddamsı 
qəbul etmişdir. 
Görüş  zamanı  Azərbaycanla  Avropa  Komissiyası  arasında 
əməkdaşlığın  hazırkı  vəziyyəti,  perspektivləri  və  qarşılıqlı 
maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir. 
Cənab Uaddams Avropa Komissiyasının sədri Xose Manuel 
Barrosonun  salamlarını  dövlətimizin  başçısına  çatdırmış  və 
onun məktubunu təqdim etmişdir. 
Məktubda  Avropa  Komissiyasının  Azərbaycanla  əlaqələrə 
böyük əhəmiyyət verdiyi qeyd olunmuş, Avropa Komissiyası ilə 
Azərbaycan arasında sıx əməkdaşlığın bundan sonra da inkişaf 
etdirilməsi əzmi ifadə olunmuşdur. 
Prezident  İlham  Əliyev  salamlara  görə  minnətdarlığını 
bildirdi və onun da salamlarını Avropa Komissiyasının sədrinə 
çatdırmağı xahiş etdi. 
 
 


 
 
56 
 
 
 
AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ 
NÜMAYƏNDƏSİ HEYKİ TALVİTİYEN İLƏ 
GÖRÜŞ 
 
Prezident sarayı 
 
26 yanvar 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
yanvarın  26-da  Prezident sarayında  Avropa  İttifaqının  Cənubi 
Qafqaz üzrə nümayəndəsi Heyki Talvitiyeni qəbul etmişdir. 
Heyki  Talvitiye  Avropa  İttifaqının  Cənubi  Qafqaz  üzrə 
nümayəndəsi  kimi  Azərbaycana  sonuncu  dəfə  səfər  etdiyini 
bildirdi.  O,  Azərbaycana  əvvəllər  həyata  keçirdiyi səfərləri za-
manı  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev  ilə  keçirdiyi 
görüşləri  məmnunluqla  xatırladı.  Qonaq  fəaliyyətə  başladığı 
vaxtdan  keçən  dövr  ərzində  Azərbaycanda  həqiqi  bir  inkişafın 
şahidi  olduğunu  və  Azərbaycana  olan  diqqətin  durmadan 
artdığını bildirdi. Heyki Talvitiye Azərbaycanla Avropa İttifaqı 
arasındakı  əlaqələrin  daim  genişləndiyini  qeyd  edərək,  qar-
şılıqlı  səfərlərin  əhəmiyyətini  vurğuladı.  O,  prezident  İlham 
Əliyevin  Avropa  ölkələrinə,  o  cümlədən  Brüsselə  səfərlərinin 
uğurla  keçdiyini  bildirərək,  bu  səfərlərin  ölkəmizin  Avropaya 
inteqrasiyası işində mühüm rol oynadığını diqqətə çatdırdı. 
Prezident  İlham  Əliyev  Avropa  İttifaqının  Cənubi  Qafqaz 
üzrə  nümayəndəsi  qismində  həyata  keçirdiyi  fəaliyyətə,  Azər-
baycan  ilə  Avropa  İttifaqı  arasındakı  əməkdaşlığın  inkişafına 
verdiyi  töhfəsinə  görə  Heyki  Talvitiyeyə  təşəkkürünü  bildirdi. 
Prezident  İlham  Əliyev  Heyki  Talvitiyenin  ölkəmizə  səfərləri 
zamanı  onunla  daim  səmərəli  danışıqların  aparıldığını  qeyd 
etdi.  O,  Azərbaycan  ilə  Avropa  İttifaqı  arasındakı  əlaqələrin 
bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi. 


 
 
57 
 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ  
BAKI ŞƏHƏRİNDƏ YOL HƏRƏKƏTİ VƏ 
NƏQLİYYAT SİSTEMİNİN VƏZİYYƏTİNƏ, 
İNKİŞAF PERSPEKTİVLƏRİNƏ HƏSR OLUNMUŞ 
MÜŞAVİRƏDƏ  
NİTQ 
 
27 yanvar 2006-cı il 
  
İ l h a m  Ə l i y e v: Son illər ərzində Bakıda yol hərəkəti 
ilə  bağlı  müəyyən  problemlər  yaranmağa  başladı.  Bunun  da 
təbii  səbəbləri  var.  Çünki  ölkəmizdə  iqtisadiyyat  çox  sürətlə 
inkişaf edir. Demək olar ki, bütün sahələrdə çox güclü irəliləyiş 
var.  2005-ci  ildə  əhalinin  pul  gəlirləri  təxminən  27  faiz 
artmışdır.  Ümumi  daxili  məhsul  da  təxminən  bu  səviyyədədir. 
Yəni bütün bu amillər təbii olaraq, şəhər infrastrukturuna əlavə 
bir yük gətirir.  
Hər  bir  inkişafın  əlamətləri  var.  Onlardan  biri,  məsələn,  bi-
naların  tikintisidir.  İndi  Bakıda  bu  proses  çox  sürətlə  gedir.  Bu 
onu göstərir ki, insanların həyat səviyyəsi yaxşılaşır, maddi rifahı 
yüksəlir və bu bizi çox sevindirir. Belə də olmalıdır. Bizim qəbul 
etdiyimiz bütün proqramlar imkan  yaradır ki, Azərbaycan xalqı, 
onun vətəndaşları daha da yaxşı yaşasın. Bundan sonrakı illərdə 
bizim  bütün  nəhəng,  irimiqyaslı  layihələrimiz  həyata  keçdikcə, 
bu inkişaf daha da sürətlə gedəcəkdir.  
İnkişafın  digər  əlaməti  ondan  ibarətdir  ki,  ölkədə  avto-
mobillərin  sayı  artır.  Biz  bunu  Bakıda  görürük,  hiss  edirik. 
Xüsusilə  son  iki  il  ərzində  avtomobillərin  sayı  kəskin  şəkildə 
artmışdır  və  təbii  olaraq,  şəhərdə  tıxaclar  baş  verir  və  şəhərin 
yol  infrastrukturuna  əlavə  yük  düşür.  Məndə  olan  məlumata 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə