İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə11/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   7   8   9   10   11   12   13   14   ...   106

 
 
41 
üstünlüyümüzü rəqiblərimizə yenidən göstərdik, digər tərəfdən, 
bununla bərabər, kuboku da əldə etdik. Bu, böyük nəticədir. Bu 
həm  böyük  idman  nailiyyətidir,  eyni  zamanda  sirr  deyil  ki, 
ölkəmiz  üçün  də  böyük  nailiyyətdir,  bizim  qələbəmizdir.  Mən 
ümid  edirəm  ki,  biz  bütün  sahələrdə  bu  qələbələri  davam 
etdirəcəyik. 
Bu  gün  Azərbaycan  bütün  sahələrdə  öz  üstünlüyünü  nüma-
yiş  etdirir.  İstər  siyasi  proseslərdə,  iqtisadi  inkişafda,  ordu 
quruculuğunda,  istərsə  də  cavanlarımızın  vətənpərvərlik 
ruhunda tərbiyə olunmasında, idmanda – bütün sahələrdə. 
İdman hər bir cəmiyyətin çox önəmli bir amilidir, sahəsidir. 
Ölkənin  imicini  formalaşdıran  vasitədir.  Gənc  nəslin  fiziki 
hazırlığına  böyük  dəstəkdir.  İnsanlarımızın,  gənclərimizin 
vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayır. 
Eyni  zamanda,  insanları  həm  fiziki,  həm  də  mənəvi  cəhətdən 
gücləndirir.  Məhz  ona  görə  dünyada  idman  tədbirlərinə  böyük 
maraq var. 
Olimpiya  oyunları,  dünya  çempionatları  –  burada  həm 
idmançılar,  həm  də  ölkələr  bir-birilə,  sözün  yaxşı  mənasında, 
rəqabət  aparırlar.  Azərbaycan  da  bu  istiqamətdə  qabaqcıl 
yerlərdədir.  Həm  olimpiya  oyunlarında,  həm  də  digər  ya-
rışlarda,  müxtəlif  turnirlərdə  idmançılarımız  Azərbaycanın 
idman şöhrətini həmişə uca tuturlar. Sizin qələbəniz bir də onu 
göstərir  ki,  ölkəmiz  nəyə  qadirdir.  Hər  bir  qələbə,  hər  bir 
nailiyyət bizi sevindirir və Azərbaycanın gücünü bütün dünyaya 
nümayiş  etdirir.  Mən  buna  görə  sizi  bir  daha  ürəkdən  təbrik 
edirəm.  Arzu  edirəm  ki,  ölkəmizi  bundan  sonra  da  müxtəlif 
yarışlarda  ləyaqətlə  təmsil edəsiniz  və  Azərbaycanın  bayrağını 
həmişə uca tutasınız. 
R ö v n ə q   A b d u l l a y e v («Neftçi» klubunun preziden-
ti):  Möhtərəm  Prezident,  qazanılan  bu  qələbə,  komandanın  bu 
uğuru ilk növbədə, Sizin uğurunuzdur. Sizin apardığınız daxili, 
xarici  siyasətin,  idmana  qayğınızın  nəticəsidir.  Mən  Sizin 
sözlərinizi  komandaya  çatdırdım.  Sizin  onlara  uğurlar 
diləmənizi futbolçulara çatdırdım  və  gördünüz ki, onlar ne- cə 


 
 
42 
oyun  göstərdilər.  İcazə  verin,  ilk  növbədə,  bu  çempionatın 
medalını Sizə təqdim edək. Çünki bu Sizin qələbənizdir. 
A ğ a s ə l i m   M i r c a v a d o v («Neftçi» komandasının 
Baş məşqçisi): Bu qələbə bütün Azərbaycana, hamımıza lazım 
idi,  bizim  futbolumuza  lazım  idi.  Cənab  Prezident,  bu  qələbə 
Sizin  əməyinizin  sayəsində  mümkün  olmuşdur.  Siz  bu 
yaxınlarda  futbolun  inkişafı  ilə  bağlı  onillik  proqramı  imzala-
mısınız. Bu bizi, mütəxəssisləri həddindən artıq çox sevindirir. 
Biz  də  əlimizdən  gələni  edəcəyik  ki,  Azərbaycan  futbolu  Sizin 
sayənizdə  inkişaf  etsin,  yüksəlsin,  Avropada  öz  sözünü  desin. 
Sizə öz minnətdarlığımızı bildiririk. «Neftçi»nin yaxşı qələbələri 
hələ qabaqdadır. 
İ l h a m    Ə l i y e v: Hərtərəfli müfəssəl proqram qəbul 
edilibdir. Ümid edirəm ki, bu proqramın icrası uğurlu olacaq və 
futbol çox sürətlə inkişaf edəcəkdir. Bizim beynəlxalq qurumlarla 
da  əlaqələrimiz  çox  yüksək  səviyyədədir.  Mən  xatırlayıram, 
FİFA-nın 
prezidenti 
Azərbaycana 
gəlmişdi, 
onunla 
görüşmüşdüm.  Beynəlxalq  əlaqələrin  möhkəmlənməsi  də  çox 
vacibdir. Eyni zamanda, biz uşaq futboluna, yeniyetmə futboluna 
çox  böyük  diqqət  göstərməliyik  ki,  Azərbaycanda  peşəkar 
futbolçular 
yetişdirək. 
Bu 
olmasa, 
futbolun 
inkişafı 
çətinləşəcəkdir. 
Mən  bilirəm  ki,  «Neftçi»nin  tərkibində  xaricdən  gələn 
oyunçular  da  var.  Bu  da  çox  önəmli  bir  məsələdir.  Onların 
təcrübəsi,  peşəkarlığı  bizim  futbolumuza  müsbət  təsir  göstərir. 
Ancaq  eyni  zamanda,  biz  gərək  yerli  kadrları  da  hazırlayaq  və 
bu baxımdan uşaq futboluna böyük diqqət göstərilməlidir. 
İndi  biz  baxırıq,  müşahidə  edirik,  izləyirik.  Futbol  bütün 
dünyada inkişaf edir. Elə ölkələr var ki, futbol keçmişdə onlarda 
o qədər də məşhur deyildi. Dünyada futbol ölkələri var, onlarda 
futbol  ənənəvi  olaraq  həmişə  güclü  olubdur.  Amma  son  illər 
ərzində baxırsan, elə ölkələr var ki, əvvəllər futbol orada heç o 
qədər  də  tanınmırdı,  indi  isə  yaxşı  futbolçular  yetişir.  Nəyə 
görə,  nəyin  hesabına?  Məhz  ilk  növbədə,  uşaq  və  yeniyetmə 
futbolunun  inkişafı  hesabına,  işin  düzgün  qurulmasının 


 
 
43 
hesabına.  Biz  Azərbaycanda  da  buna  böyük  diqqət 
göstərməliyik. Məsələn, bugünkü uşaq, yeniyetmə 5–6–7 ildən 
sonra gözəl idmançıya çevriləcəkdir. 
Mən  xatırlayıram,  məsələn,  biz  7-8  il  bundan  əvvəl  başqa 
idman  növlərində  yeniyetmələrin  turnirlərinin  keçirilməsində 
böyük  işlər  görmüşük.  Beynəlxalq  tədbirlər  keçirmişik.  O 
tədbirlərdə,  turnirlərdə  qələbə  qazanmış  uşaqlar  indi  istər 
güləşdə, istər boksda, istərsə də başqa idman növlərində bizim 
əsas yığma komandalarımızda iştirak edirlər. Yəni bu, futbolda 
da  çox  sürətlə  getməlidir.  Düzdür,  bunu  etmək  üçün  böyük 
vəsait lazımdır. Futbol elə bir idman növüdür ki, burada böyük 
dövlət dəstəyi lazımdır. Proqramın qəbul olunması da məhz bu 
məqsədi  güdür.  Dövlət  öz  dəstəyini  göstərəcək,  nazirlik, 
federasiya,  klublar  və  futbol  mütəxəssisləri  də  səmərəli 
işləməlidirlər.  Məhz  belə  bir  həmrəylik  şəraitində  biz  daha 
böyük uğurlara nail ola bilərik. 
Mən  ümid  edirəm  ki,  gələcəkdə  bizim  yığma  komandamız  
daha  yaxşı  nəticələr  göstərəcək  və  Azərbaycanın futbol  şöhrəti 
daha da yüksəklərə qalxacaqdır. Mən buna şübhə etmirəm və bu 
işdə sizin hamınıza uğurlar arzulayıram. 
R  a  m  i  z      M  i  r  z  ə  y  e  v  (Azərbaycan  Futbol  Federasi-
yaları  Assosiasiyasının  prezidenti):  Vaxtilə  ulu  öndər  Heydər 
Əliyevin  təşəbbüsü  ilə  çoxsaylı  idman  komplekslərinin  və 
qurğularının  yaradılması  bu  gün  idmanımızın  inkişafına  güclü 
təkan verir. Son illər ölkəmizdə futbolun populyarlaşması üçün 
görülən  genişmiqyaslı  işlər  beynəlxalq  futbol  təşkilatlarının  da 
diqqətini cəlb edib. Cənab Prezident, futbolun inkişafı ilə bağlı 
Sizin  tərəfinizdən  qəbul  edilmiş  onillik  Dövlət  Proqramını 
futbolsevərlər  və ictimaiyyət çox  böyük  rəğbətlə  qarşılamışlar. 
UEFA-nın 
və 
FİFA-nın 
rəhbərliyi, 
nümayəndələri 
Azərbaycanda  olduqları  dövrdə  –  keçən  ilin  axırlarında  UEFA-
nın  Baş  katibi  Azərbaycanda  idi  –  bu  sahədə  gedən  işləri 
bəyənərək,  UEFA-nın  İcraiyyə  Komitəsinin  iclasında  Balkan 
ölkələrinə  Azərbaycanda  dövlətin  bu  sahəyə  göstərdiyi  diqqəti 
nümunə kimi göstərmiş və təqdirəlayiq hesab etmişdir. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə