İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə22/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   18   19   20   21   22   23   24   25   ...   106

 
 
82 
Seçkilərdən  istifadə  edib  vəziyyəti  gərginləşdirmək  istəyən 
qüvvələr də var idi. Ancaq Azərbaycanda xalqla iqtidar arasında 
olan birlik və vəhdət onların planlarının üstündən böyük bir xətt 
çəkdi. 
Azərbaycanın 
uğurlu 
inkişafı, 
ölkəmizin 
möhkəmlənməsi,  hərtərəfli  tərəqqisi  bizim  ən  başlıca 
vəzifəmizdir.  Azərbaycanın  iqtisadi  potensialının  möhkəmlən-
məsi, sosial məsələlərin həlli, əlbəttə, bizim mövqelərimizi daha 
da  möhkəmləndirir.  Mən  bu  gün  rəqəmləri  deyərkən  bir  daha 
onu  vurğulamaq  istəyirəm  ki,  heç  bir  ölkədə  belə  inkişaf, 
dinamika  yoxdur.  Heç  bir  ölkədə  ümumi  daxili  məhsul  bir  il 
ərzində  26  faiz,  sənaye  istehsalı  33  faiz  təşkil  etmir.  Onu 
göstərir  ki,  bu,  real  işlərin,  gərgin  fəaliyyətin  nəticəsidir.  Bu, 
Azərbaycanın  hərtərəfli  inkişafı  üçün,  bizim  müstəqil  siyasət 
aparmaq imkanlarımızı artırmaq üçün ən önəmli məsələdir.  
Təsəvvür  edin,  əgər  Azərbaycanda  iqtisadi  inkişaf  olma-
saydı,  əksinə,  əgər  tənəzzül  olsaydı,  nə  baş  verərdi?  Biz 
hamımız o illəri, 1990-cı illərin əvvəllərində baş vermiş hadisə-
ləri  yaxşı  xatırlayırıq  –  Azərbaycan  faktiki  olaraq  parçalanma 
ərəfəsində  idi.  Azərbaycan  başqa  ölkələrin  diktəsi  ilə  hərəkət 
edirdi. Ümumiyyətlə, müstəqil siyasət aparmaq haqqında söhbət 
getmirdi.  Azərbaycan  müxtəlif  təşkilatlara,  ölkələrə  müraciət 
edirdi ki, bizə yardımlar edilsin. Biz bu gün heç kimə müraciət 
etmirik.  Bu  gün  bizə  müraciət  edirlər  ki,  biz  yardımımızı 
göstərək  və  biz  də  bu  yardımı  göstəririk.  İqtisadi  potensialın 
möhkəmlənməsi bizim müstəqilliyimizi də möhkəmləndirir.  
Bu  gün  Azərbaycan,  sözün  əsl  mənasında,  müstəqil  siyasət 
aparır,  heç  kimdən  asılı  deyil,  gələcəkdə  də  heç  kimdən  asılı 
olmayacaqdır  və  əlbəttə  ki,  bu  bizə  böyük  imkanlar  açır,  öz 
sözümüzü  açıq  şəkildə  deyirik.  Azərbaycan  həm  ikitərəfli 
formatda,  həm  də  beynəlxalq  təşkilatlar  çərçivəsində  öz 
mövqeyini  qətiyyətlə,  inamla  deyir.  Biz  gərək  bunu  yüksək 
qiymətləndirək  və  bu  gözəl  imkanları  əldə  edib  Azərbaycan 
xalqının milli maraqlarını daha da yüksək səviyyədə qoruyaq.  
Bütün  bu  işlərin  təməli  1990-cı  illərin  ortalarında  qoyul-
muşdur.  Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  fəaliy-


 
 
83 
yəti nəticəsində, səyləri nəticəsində, siyasəti nəticəsində bu gün 
Azərbaycan bölgədə və dünyada çox möhkəm yerini tutmuş bir 
ölkədir.  Məhz  o  siyasət,  məhz  xalqımızın  öndəri  Heydər 
Əliyevin  fəaliyyəti  bizə  bu  imkanları  yaratdı.  Faktiki  olaraq, 
Heydər Əliyev Azərbaycan dövlətini qurdu, güclü dövlət qurdu. 
O  dövləti  ki,  bu  gün  öz  sözünü  istənilən  səviyyədə,  istənilən 
formatda deyir və müdafiə edir. Biz bu gözəl nailiyyətləri daha 
da artırmalıyıq, öz işimizlə, öz fəaliyyətimizlə doğma xalqımıza 
ləyaqətlə  xidmət  etməliyik  və  bütün  istiqamətlərdə 
Azərbaycanın  potensialını  möhkəmləndirməliyik.  İqtisadi, 
siyasi  islahatlar  davam  etməlidir,  ölkəmizdə  vətəndaş 
cəmiyyətinin  formalaşması  işində  səylər  davam  etdirilməlidir. 
Ordu  quruculuğu,  sosial  məsələlərin  həlli  və  başqa  sahələr  də 
həmçinin.  
Beləliklə,  bir  daha  demək  istəyirəm  ki,  2005-ci  il  uğurlu  il 
olmuşdur.  Bizim  planlarımız  həyatda  öz  əksini  tapdı  və  gərək 
biz  çalışaq  ki,  2006-cı  ildə  də  qarşımıza  qoyduğumuz  bütün 
məsələlər öz həllini tapsın. 
 
YEKUN NİTQİ 
 
         Biz  bu  gün  2005-ci  ilin  yekunları  haqqında  kifayət  qədər 
danışdıq. İndi əsas məsələ 2006-cı ildə nəzərdə tutulmuş bütün 
planları həyata keçirməkdir. 2006-cı ildə bizim fəaliyyətimiz bir 
neçə  istiqamətdə  davam  etdiriləcəkdir.  Xarici  siyasət 
istiqamətində  bizim  siyasətimiz  açıqdır,  aydındır.  Biz  qonşu-
larımızla  ikitərəfli  əlaqələrimizi  daha  da  gücləndirməliyik.  Biz 
bu  regionda  yaşayırıq.  Əlbəttə,  regional  vəziyyət  və  regionda 
gedən  proseslər  bizi  biganə  qoya  bilməz.  Eyni  zamanda, 
regional  əməkdaşlığın  inkişafı  üçün  Azərbaycan  öz  töhfəsini 
vermişdir.  Bir  sıra  mühüm  iqtisadi  və  siyasi  layihələrin  təşəb-
büskarı  olmuşdur.  Bizim  regiondakı  mövqelərimiz  daha  da 
möhkəmləndirilir.  
Nəzərə  alsaq  ki,  bölgədə  və  geniş  mənada  regionda  enerji 
təhlükəsizliyi  məsələsi  kəskinləşmişdir,  əlbəttə,  Azərbaycanın 


 
 
84 
gələcəkdə  önəmi  artacaqdır.  Bütün  nəqliyyat  və  enerji  dəhliz-
ləri, yəni Asiyanı Avropa ilə birləşdirən dəhlizlər Azərbaycanın 
ərazisindən keçir. Şübhəsiz ki, ölkəmizin coğrafi vəziyyətindən, 
təbii  ehtiyatlarından  çox  məharətlə  istifadə  edib  öz  çəkimizi 
artırmalıyıq və biz buna nail olacağıq. Bir sözlə, qonşularımızla 
bizim  münasibətlərimiz  daha  da  möhkəmlənməlidir.  Bu 
istiqamətdə çox müsbət nəticələr vardır və gələcəkdə də xarici 
siyasətimizin bu istiqaməti önəmli yer almalıdır.  
Mən  beynəlxalq  təşkilatlardakı  iştirakımız  barədə  iclasın 
əvvəlində  öz  fikirlərimi  bildirdim.  Bu  fəaliyyət  də  bizim  üçün 
çox  lazımdır.  Azərbaycan  müxtəlif  beynəlxalq  təşkilatlarda 
iştirak edir, bu təşkilatlara könüllü daxil olubdur, heç kim bizi 
məcbur  etməyibdir.  Heç  də  bir  təşkilatda  üzv  olmaq  o  demək 
deyil  ki,  kimsə  səni  zorla  oraya  salmaq  istəyir,  yaxud  da  səni 
oradan  çıxartmaq  istəyir.  Azərbaycan  üzv  olduğu  bütün 
beynəlxalq  təşkilatlarda  öz  yerini  möhkəmləndirir.  İslam 
Konfransı  Təşkilatında,  MDB-də,  GUAM-da,  Avropa 
Şurasında,  digər  təşkilatlarda  Azərbaycan  çox  fəal iştirak  edir. 
Bu  təşkilatlarda  üzv  olmaq  bizim  üçün  lazımdır,  bizim 
maraqlarımıza  cavab  verir,  eyni  zamanda  əminəm  ki, 
Azərbaycan  da  bu  təşkilatlar  üçün  çox  önəmli  ölkədir.  Bayaq 
qeyd  etdiyim  həmin  amillərə  görə,  bizim  önəmimiz  daha  da 
artacaqdır.  
Bildiyiniz  kimi,  Azərbaycanda  bəzi  siyasi  qüvvələr  ölkə-
mizin  Avropa  Şurası  ilə  olan  münasibətlərinə  kölgə  salmaq 
üçün  müxtəlif  şayiələr,  uydurmalar,  iftiralar  səsləndirirdilər. 
Onların  heç  birinin  əsası  olmamışdır.  Bu  barədə  mənim 
çıxışlarım  da  olub,  fikirlərim  də  olubdur.  Ancaq  buna 
baxmayaraq,  Avropa  Şurasının  bəzi  üzvləri  Azərbaycana  qarşı 
ədalətsiz  mövqedədirlər.  Bu,  bu  gün  yaranan  məsələ  deyil, 
bizim Avropa Şurasına üzv olduğumuzdan əvvəl də var idi, mən 
onu  da  xatırlayıram.  Bu,  siyasi  mübarizədir.  Elə  insanlar,  elə 
siyasətçilər var ki, onlar Azərbaycanı qəbul edə bilmirlər, Azər-
baycanı Avropa ailəsinin bir üzvü kimi qəbul etmək istəmirlər. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə