İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə9/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   5   6   7   8   9   10   11   12   ...   106

 
 
33 
sutka  ərzində  işçilər  ayaq  üstə  duraraq  onu  tənzimləməklə 
məşğul  olurlar.  Qazın  təzyiqinin  tənzimlənməsi  zamanı 
buzlaşma  xeyli  güclənir.  Xahiş  etdik  ki,  təzyiqi  bir  az  aşağı 
salsınlar.  Bu  da  imkan  xaricindədir,  çünki  bu  obyekt  də,  Bakı 
şəhəri də eyni qaz borusundan qidalanır. Bizdə təzyiqi salanda, 
paytaxta  verilən  qazın  təzyiqi  də  azalacaq  və  problem  yara-
nacaqdır.  Ona  görə  də  böyük  çətinliklə  bunu  istismar  edirik. 
Amma yenə də normal işləyir.  
İ l h a m    Ə l i y e v: Yəni haradasa, fevralın ortalarında 
Mingəçevir  elektrik  stansiyasında  əlavə  320  meqavat, 
Astaradan isə təxminən 90 meqavat götürüləcəkdir.  
M a r l e n   Ə s g ə r o v: Bəli.  
A  r  t  u  r      R  a  s  i  z  a  d  ə    (Baş  nazir):  Cənab  Prezident, 
mazutumuz var.  
İ l h a m   Ə l i y e v: Bəli, mazutumuz kifayət qədər var. 
Yenə  deyirəm,  bizim  resurslarımız  var,  mazut  da,  qaz  da  var. 
Bizdə elektrik enerjisini hasil edən güc çatışmır. Amma bu il bu 
məsələ  öz  həllini  tapmalıdır.  Çünki  təxminən  300  meqavat 
Mingəçevir  elektrik  stansiyası  əlavə  verəcək  və  bütövlükdə 
bütün  modul  stansiyalar  da  haradasa,  450  meqavat  verəcəkdir. 
Yəni  750  meqavat  əlavə  enerji  alacağıq.  Amma  bizim 
tələbatımız da artır. İldən-ilə həm əhalinin sayının artması, eyni 
zamanda,  yeni  müəssisələrin  yaranması  –  son  2  il  ərzində 
təqribən  350  min  yeni  iş  yeri  açılıbdır  –  bütün  bunlar  elektrik 
enerjisi,  qaz  tələb  edir.  Sənaye  potensialımız  gücləndikcə, 
tələbat da artacaqdır. Ona görə biz buna hazır olmalıyıq.  
Mən  bu  yaxınlarda  sənaye  və  energetika  nazirinə  göstəriş 
verdim  ki,  biz  Azərbaycanın  geniş  sənaye  proqramını 
hazırlayaq.  Çünki  ölkəmizi  hərtərəfli  inkişaf  etdirmək  üçün, 
qeyri-neft  sektorunu  hərtərəfli  inkişaf  etdirmək  üçün  mütləq 
yeni  sənaye  istiqamətləri  yaradılmalıdır.  Belə  olan  halda, 
elektrik enerjisinə və qaza tələbat daha da artacaqdır. Ona görə 
biz indidən fikirləşməliyik.  
Sumqayıtda  elektrik    stansiyasının    tikintisi    başlanıbdır.  2 
ildən  sonra  500  meqavat  güc  oradan  gələcəkdir.  «Şimal-2» 


 
 
34 
təxminən 400 meqavat verəcəkdir. Eyni zamanda, danışmışdıq 
ki,  Əli  Bayramlı  elektrik  stansiyası  barədə  də  fikirləşək  –  ya 
gərək dövlət özü vəsait ayırsın, bunu tiksin, yaxud da xarici in-
vestorları  dəvət  edək.  Hər  halda,  bunu  da  yubatmaq  olmaz. 
Bizim üstünlüyümüz ondadır ki, enerji baxımından heç kimdən 
asılı deyilik. Düzdür, müəyyən həcmdə Rusiyadan enerji alınır. 
İrandan alınır və İrana verilir. Yəni bu, paralel sistemdə bizim 
xətlərimizin  işləməsi,  bütövlükdə  sistemi  normal  vəziyyətdə 
saxlayır.  Ancaq  qlobal  şəkildə  biz  heç  kimdən  asılı  deyilik. 
Qazımız da, elektrik enerjimiz də var. Artıq 300 min ton mazut 
ehtiyatımız  var.  Yeraltı  qaz  anbarına  təxminən  1  milyard 
kubmetrə  qədər  qaz  doldurulubdur.  İndi  biz  oradan  götürürük. 
Amma  bu  o  demək  deyil  ki,  biz  bununla  kifayətlənməliyik. 
Azərbaycanda  bütövlükdə  işıqla  bağlı  heç  bir  problem 
olmamalıdır.  Hər  bir  yerdə,  hər  bir  evdə,  hər  bir  kənddə 
istənilən anda işıq olmalıdır. Bu, təbii bir tələbatdır. Bunu təmin 
etmək üçün biz gərək ciddi işləyək.  
Aeroportda vəziyyət necədir?  
S a b i r   İ l y a s o v («Azərbaycan Hava Yolları» Dövlət 
Konserni  Baş  direktorunun  birinci  müavini):  Cənab  Prezident, 
beynəlxalq hava limanları işləyir. Bakı hava limanında təmizlik 
işləri  aparırıq.  6  xüsusi  maşın  işləyir.  Yəni  bizdə  problem 
yoxdur. Bu gün səhərdən Naxçıvana 5 reys həyata keçirilibdir.  
İ l h a m   Ə l i y e v: Naxçıvanda da hava şəraiti çətindir.  
S a b i r   İ l y a s o v: Bəli, hava şəraiti çətindir. Ancaq sə-
hərdən  indiyədək  4  reys  Bakıdan,  1  reys  də  Gəncədən  həyata 
keçirilibdir.  Daha  3  reys  də  olacaqdır.  Bakıda  hava  limanında 
çətinlik  yoxdur.  İşıq,  istilik  sistemləri  işləyir,  avadanlığı 
yoxlamışıq. Heç bir problem yoxdur.  
İ l h a m   Ə l i y e v: Bakı aeroportunda sistem elə qurulub 
ki,  istənilən  havada  enmək,  qalxmaq  mümkündür.  Yəni  sistem 
buna imkan verir. Amma Gəncə və Naxçıvanda necədir?  
S  a  b  i  r      İ  l  y  a  s  o  v:  Onlarda  da  normal  vəziyyətdə  iş 
gedir. Problem yoxdur.  


 
 
35 
İ l h a m   Ə l i y e v: Natiq Əliyev, Gürcüstanla danışıqları 
yekunlaşdırmısınız?  
N a t i q  Ə l i y e v (Sənaye və Energetika naziri): Bəli, cə-
nab  Prezident!  Məlum  hadisələr  baş  vermişdir.  Partlayışdan 
sonra  biz  Sizin  tapşırığınızla  dərhal  Gürcüstana  həm  elektrik 
enerjisi,  həm  də  qaz  verilməsini  təmin  etdik.  Düzdür,  bunlar 
cüzi miqdarda idi. Ancaq görülən tədbirlər nəticəsində, bu gün 
burada deyildiyi kimi, 2,5 milyon kubmetr qaz nəql edə bilirik. 
Bunun  sayəsində  həm  Tbilisinin  əhalisi,  həm  də  ki,  Qardabani 
kompressor  stansiyası  qazla  təmin  olunur.  Ümumiyyətlə,  deyə 
bilərəm  ki,  biz  nəzərdə  tutmuşuq  ki,  onların  sistemi  bərpa 
olunana qədər Gürcüstana kömək edək.  
Mən deyərdim ki, son illərdə yanacaq-energetika kompleksində 
həm  Sizin  tərəfinizdən,  həm  dövlət,  hökumət  tərəfindən  görülən 
işlər  göstərir  ki,  ümumiyyətlə,  enerji  kompleksi  uğurla  fəaliyyət 
göstərir  və  enerji  təhlükəsizliyimiz  təmin  olunubdur.  Keçən  il 
bizim  neftçilərimiz  217  min  ton  artıq  neft  hasil  etmişlər.  Bu 
bizə  böyük  ehtiyat  yaratmışdır  ki,  bütün  neft  məhsulları 
növlərini  istehsal  edək,  həm  də  vaxtında  mazut  ehtiyatımızı 
yaradaq.  Siz  burada  bu  rəqəmləri  geniş  göstərdiniz.  Qaz 
anbarları dolubdur, bundan bu gün biz səmərəli istifadə edirik. 
Mən  hesab  edirəm  ki,  bu  qışı  biz  lazımi  səviyyədə  keçirə 
biləcəyik. 
Düzdür,  problemlər  var.  Neftçilərimiz  üçün  hava  şəraiti, 
gördüyünüz  kimi,  çox  sərtdir,  bəzi  quyular  dayanmaq  üzrədir, 
«Çıraq-1»də  ABƏŞ-in  istismar  etdiyi  beş  quyu  dayanıbdır. 
Yəni borularda buzlaşma gedir. Ümumiyyətlə, soyuq havalarda 
nəql sistemi çox pis işləyir. Yəni bunlar texniki problemlərdir. 
Ancaq  buna  baxmayaraq,  yenə  deyirəm,  ilin  əvvəlindən 
neftçilərimiz  əlavə  xeyli  neft  hasil  ediblər.  Qaz  hasilatında  bir 
az  gerilik  var.  Yəni  Dövlət  Neft  Şirkəti  tərəfindən  11  milyon 
kubmetr az təhvil verilmişdir. Bu da hava ilə əlaqədardır. Hesab 
edirəm  ki,  ayın  axırına  kimi  qaydaya  düşəcəkdır.  Sizin 
göstərişiniz  əsasında  tədbirlər  görülür  və  ən  əsası  odur  ki,  biz 
itkilərə  yol  verməyək.  Mən  hesab  edirəm  ki,  bizim  ən  böyük 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə