İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə12/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   8   9   10   11   12   13   14   15   ...   121

 

39 


ocaqları  tikiləcəkdir.  Ondan  sonra  isə  hər  bir  rayonda  belə 

mərkəzlər tikilməlidir.  

Bununla  bərabər,  Səhiyyə  Nazirliyinin  xətti  ilə  Azər-

baycanın  müxtəlif  bölgələrində,  Bakıda  və  rayonlarda  yeni, 

gözəl  xəstəxanalar,  poliklinikalar  tikilir.  Köhnə,  yararsız  və-

ziyyətdə olan xəstəxanalar təmir olunur. Bu məqsədlərə böyük 

vəsait  ayrılır  və  Azərbaycanın  dövlət  büdcəsində  səhiyyə 

xərclərinə  çox  böyük  diqqət  göstərilir.  Müqayisə  üçün  deyə 

bilərəm ki, 5 il bundan əvvəl Azərbaycanda səhiyyə xərcləri 56 

milyon  dollar  səviyyəsində  idi,  gələn  il  isə  bu,  411  milyon 

dollar  səviyyəsində  olacaqdır.  Bu  vəsait  həm  bu  sahədə  çalı-

şanların  əmək  haqlarının  artırılmasına,  həm  də  yeni  xəstə-

xanaların tikintisinə sərf edilir.  

Biz  çox  geniş  proqram  üzərində  işləyirik  və  istəyirəm  ki, 

Azərbaycanda  tibbi  xidmət  ən  yüksək  səviyyədə  olsun.  Bu, 

sosial  siyasətin  vacib  əlamətidir.  Azərbaycanda  sosial  pro-

qramların  icrası  çox  uğurla  gedir.  Qısa  müddət  ərzində  insan-

ların  həyat  səviyyəsinin  yaxşılaşması  üçün  lazımi  tədbirlər 

görülübdür.  Əməkhaqları,  pensiyalar  artırılır  və  gələn  il  də 

artırılacaqdır.  Yanvarın  1-dən  minimum  pensiya  və  minimum 

əməkhaqqı yenə də qaldırılacaqdır. Sonra, ilin ortasında da biz 

bunu  nəzərdə  tutmuşuq.  Bir  sözlə,  Azərbaycan  xalqı  ildən-ilə 

daha da yaxşı yaşamalıdır. Bunun üçün iqtisadi şərait yaradılır 

və  büdcədən  maliyyələşən  təşkilatlarda  işləyən  insanların 

əməkhaqları artırılır və artırılacaqdır. 

Səhiyyə  sahəsinə  indi  böyük  investisiyalar  qoyulur.  Bakıda 

bir  neçə  böyük  xəstəxana  tikilir,  yaxud  da əsaslı  təmir  olunur. 

Klinik  xəstəxana,  göz  xəstəxanası  tikilir,  onkoloji  xəstəxana 

tikilir,  Azərbaycan  Dövlət  Tibb  Universitetinin  Terapevtik 

klinikası  tikilir.  Böyrəkköçürmə  mərkəzinin  yaradılması 

haqqında  mənim  tərəfimdən  bu  yaxınlarda  sərəncam 

verilmişdir.  Doğum  evləri,  bir  sözlə,  tibb  infrastrukturunun 

inkişafı üçün biz bundan sonra da əməli-praktik işlər görəcəyik.  

O  ki  qaldı  digər  sosial  məsələlərin  həllinə,  bu  sahədə  də 

irəliləyiş var. 200 mindən artıq insan ünvanlı sosial yardım alır, 



 40 

dediyim  kimi,  pensiyalar  və  əməkhaqları  artırılır.  Gələcəkdə 

bizim iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, bu sahəyə daha 

da  böyük  diqqət  göstəriləcəkdir.  Bizim  bütün  uğurlarımızın 

təməlində  Azərbaycanda  aparılan  siyasi  və  iqtisadi  islahatlar 

dayanır.  Əgər  biz  sürətli  iqtisadi  artıma  nail  olmasaydıq,  indi 

büdcəmiz də bu qədər böyük olmazdı. Deyə bilərəm ki, son 5 il 

ərzində  Azərbaycanın  dövlət  büdcəsi,  büdcə  xərcləri  10  dəfə 

artıbdır.  Bu  bəlkə  də  dünyada  analoqu  olmayan  bir  nəticədir. 

Qısa müddət ərzində biz bütün imkanlarımızı səfərbər etmişik. 

Azərbaycanda  liberal  islahatlar,  həm  siyasi,  həm  də  iqtisadi 

islahatlar 

sayəsində, 

iqtisadiyyatımızın 

liberallaşması 

nəticəsində  özəl  sektorun  inkişaf  etməsi  və  dövlət  siyasətinin 

düzgün  istiqamətdə  aparılması  nəticəsində  biz  buna  nail  ola 

bilmişik.  

2003-cü  ilin  dövlət  büdcəsi  1  milyard  dollardan  bir  qədər 

çox  idi,  2008-ci  ilin  icmal  büdcəsi  isə  12  milyard  dollar 

səviyyəsindədir.  Bu  nəinki  bölgədə,  hətta  dünya  miqyasında 

adambaşına  düşən büdcə  xərclərinin  həcminə  görə  çox  yüksək 

nəticə  hesab  olunur.  Əlbəttə  ki,  bu  hələ  son  hədd  deyil,  biz 

növbəti  illərdə  büdcəmizin  daha  da  böyüməsi  üçün  bütün 

imkanlardan  istifadə  edəcəyik.  Azərbaycanın  artan  iqtisadi 

gücü, əlbəttə, sosial məsələlərin həllində də öz əksini tapır, belə 

gözəl  xəstəxanalar  tikilir.  Bu  gün  səhər  mən  Hacıqabul–

Kürdəmir  avtomobil  yolunun  açılışında  iştirak  etdim. 

Azərbaycanda  bütün  istiqamətlərdə  yeni  magistral  yollar, 

şəhərlərarası  yollar  salınır.  Bakı  şəhərində,  digər  şəhərlərdə 

nəqliyyat  infrastrukturuna  böyük  vəsait  qoyulur.  Son  4  il 

ərzində 1200 məktəb tikilibdir. Bu gün Əli Bayramlıda vaxtilə 

qəza  vəziyyətində  olan  məktəbin  açılışında  iştirak  edəcəyəm. 

Bu onu göstərir ki, bizim iqtisadi imkanlarımız və potensialımız 

Azərbaycanın  hərtərəfli  inkişafına  yönəldilmişdir.  İqtisadi, 

siyasi islahatlar, müvafiq sahələr üzrə dövlət proqramlarının, o 

cümlədən 

regionların 

sosial-iqtisadi 

inkişafı 

Dövlət 

Proqramının  uğurlu icrası ölkəmizin  hərtərəfli  inkişafına  gözəl 



şərait yaradır.  


 

41 


Biz  artıq  4  ildir  ki,  regionların  inkişafı  üçün  proqramı  icra 

edirik  və  deyə  bilərəm  ki,  bu  illər  ərzində  onun  əsas  məq-

sədlərinə  artıq  nail  olunubdur.  Onu  da  deyə  bilərəm  ki,  biz 

2004-cü  ilin  fevralında  regionların  inkişafına  dair  proqramı 

qəbul  edəndə  orada,  əlbəttə  ki,  ölkəmizin  inkişafı  üçün  lazım 

olan  bütün  tədbirləri  nəzərdə  tuta  bilmirdik.  Hətta  bu  gözəl 

xəstəxana da o proqrama daxil deyildi.   

Bu  gün  təməlini  qoyacağımız  Əli  Bayramlı  elektrik  stan-

siyasının  tikintisi  də  o  proqramda  nəzərdə  tutulmurdu.  Yəni 

proqramdan  əlavə  çox  böyük,  vacib  qərarlar  və  böyük  inves-

tisiya  layihələri  qəbul  edilibdir.  Ancaq  bununla  bərabər,  proq-

ramın icrasında müəyyən yubanmalar da var. Biz onu da bilirik 

və  bu  məsələlərin  aradan  qaldırılması  üçün  lazımi  tədbirləri 

görürük.  Bir  sözlə,  bu  4  il  ərzində  Azərbaycanda  regionların 

inkişafı təmin olundu. İqtisadiyyatımızın şaxələndirilməsi təmin 

olundu,  özəl  sektorun  inkişafı  təmin  olundu.  Bu  gün 

Azərbaycan  iqtisadiyyatında  özəl  sektorun  xüsusi  çəkisi  80 

faizdən çoxdur.  

Bu illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi kəskin 

şəkildə  aşağı  düşmüşdür. Əminəm  ki,  2007-ci  ilin  yekunlarına 

görə  –  indi  bu  məlumatlar  hesablanır  –  Azərbaycanda 

yoxsulluğun səviyyəsi daha da aşağı düşəcəkdir. Azərbaycanda 

son  4  il  ərzində  600  mindən  çox  yeni  iş  yeri  açılmışdır  ki, 

onlardan  450  mini  daimi  iş  yerləridir.  Demək  olar  ki,  biz  bu 

sahədə beşillik proqramımızı 4 ildə yerinə yetirə bilmişik. Hər 

açılan  iş  yeri  həm  məşğulluqdur,  həm  də  ölkə  iqtisadiyyatına 

töhfədir.  Bizim  iqtisadiyyatımız  dünyada  görünməmiş  sürətlə 

artır. Keçən il 35 faiz, ondan əvvəlki ildə 26 faiz artmışdır, bu il 

təxminən 25–30 faiz həddində gözlənilir. Deyə bilərəm  ki, bu, 

heç  bir  başqa  ölkədə  heç  vaxt  müşahidə  olunmamış  bir 

nəticədir.  Biz  bu  gün  bunun  nəticəsini  görürük.  Azərbaycanın 

möhkəmlənməsində,  hərtərəfli  inkişafında  iqtisadi  və  siyasi 

gücümüzün 

artmasında, 

dünyadakı 

mövqelərin 

möhkəmlənməsində  və  ilk  növbədə,  insanların  daha  da  yaxşı 

yaşamasında görürük.  




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə