İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə30/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 110 ____________________________ 
 
uyğun  əməliyyatların  yerinə  yetirilməsini  təsdiqləyən 
sənədlərin  tərtib  olunması  və  s.)  yerinə  yetirmək 
mümkündür.  Bankomatın  prototipi  1939-cu  ildə  amerikalı 
alim Lüter Corc Cimçiyan tərəfindən icad olunmuşdur. 
İlk  hazırlanmış  qurğu  pulu  tələbediciyə  nağd  şəkildə 
verirdi,  amma  alınmış  pulun  dəyərini  ümumi  hesabdan  silə 
bilmirdi.  İlk  icad  olunmuş  qurğu  ABŞ–da  sınanılır.  Lazımı 
nəticə əldə edilmədiyi üçün bank qurğudan istifadəni imtina 
edir.  30  ildən  sonra  alim  yenidən  qurğunu  təkmilləşdirir  və 
1960-cı  illərin  axırlarında  yenidən  istifadəyə  təklif  edir.  İlk 
bankomat  27  iyun  1967-ci  ildə  London  şəhərinin  şimal 
hissəsindəki  Enfild  rayonundakı  bankların  birində  qurulur 
(bankomat
 
Automated Teller Machine (ATM) adlandlrılmışdı). 
Qurğunun  yaradıcısı  şotlandıyalı  Con  Şepard-Barron  idi. 
Qurğu  De  La  Rue  şirkətinin  sifarişi  əsasında  yaradılmışdı. 
Şirkət  dünyanın  150-dən  çox  ölkəsi  üçün  kağız  pulun 
hazırlanmasında istifadə olunan qiymətli kağız istehsal edirdi. 
Con Şepard-Barronun hazırladığı qurğu pul tələb edən şəxsin 
hesabında  nə  qədər  pulun  olmasını  yoxlaya  bilmədiyi  üçün 
bankirlərin  rəğbətini  qazana  bilmir  və  ixtiraçı  onu  digər 
məqsəd üçün - şokalad satışı üçün təkmilləşdirir. 1966-cı ildə 
şotlandiyalı mühəndis Ceyms Qudfellou gizli 4 rəqəmli kod ilə 
mühafizə edilən koda patent alır (Patent bürosu koda “PIN-
kod”  adı  altında  identifikasiya  nömrəsi  verir).  O  dövrdən 
başlayaraq  PIN-kod  bank  hesablarında  geniş  istifadə 
olunmağa başlanılır.   
Bankomatların istifadəsi tədricən həyata keçirdi. 1971-
ci  ildə  amerikanın  35  bankında  bankomatlardan  istifadə 
edilir.  Amerikada  bankomatların  hər  yerə  quraşdırılması  ilə 
məşğul olan Citibank bankıdır (bu hadisə 1972-ci ilə təsadüf 
edir). 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 111 ____________________________ 
 
 
 
İlk hazınlanmış bankomat 
 
1972-ci ildə Böyük Britaniyada Lloyds bankı IBM şirkəti 
tərəfindən  icad  olunmuş  Cash-Point  adlı  ilk  on-layn 
bankomatlarını işə salır. Bankomatlar vauçerin yerinə maqnit 
zolaqlı  plastik  kartları  qəbul  edirdi.  Telekommunikasiyanın 
sürətli  inkişafı  Amerikada,  Vaşınqton  ştatında,  bir  neçə  yüz 
bankın  Exchenge  adı  altında  birləşməsinə  səbəb  olur.  Bu 
ərəfədə (1972-1975-ci illər) istifadə olunan bankomatlar nəin 
ki,  pulun  verilməsini,  həmçinin  onun  qəbulunuda  həyata 
keçirə bilirdi. 
Rusiyada  ilk  bankomat  1991-ci  ildə  istifadə 
olunmuşdur. Hesablamalar göstərir ki, 2011-ci ildə dünyada 
2,4  milyon  bankomatdan  istifadə  olunurdu.  Təxmini 
hesablanmışdır  ki,  2017-ci  ildə  bu  rəqəm  3,4  milyona 
çatacaqdır. 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 112 ____________________________ 
 
 
Con Şepard-Barron
 
 
Ceyms Qudfellou
 
 
Nəşr edilmiş məqalərinin birində qeyd edilir ki, 2012-ci 
ildə  Yaponiyanın  The  Ogaki  Kyoritsu  Bankında  müştərinin 
övucunun şəkilini dəstəkləməklə işləyən bankomat istifadəyə 
verilmişdir.  
 
AÇIQLAMA
POS  –  terminal  (ingiliscə  Point  Of 
Sale sözündən yaranmadır və  
satış nöqtəsi anlamını verir) – 
plastik  kartların  köməyilə  pulun  ödənilməsindən  ötrü 
yaradılmış  elektron  proqram-texniki  qurğudur.  Pos-terminal 
tərkibində  çip  olan  kartları,  maqnit  zolaqlı  və  kontaktsız 
kartları,  həmçinin  kontaktsız  toxunma  prinsipi  ilə  işləyən 
kartları  da  qəbul  edir.  Bəzən  Pos-terminal  kimi  xəzinədarın 
(kassirin) iş yerində quraşdırılmış proqram-aparat kompleksi 
də  nəzərdə  tutulur.  POS-terminal  istifadəçi  ilə  qarşılıqlı 
interfeysə malikdir. Bundan istifadə edən alıcı alacağı məhsul 
haqqında  (onun  qiyməti,  istifadə  müddəti,  istehsal  tarixi  və 
s.)  məlumat  əldə  edə  bilir.  POS-terminal  müəyyən  kassa 
proqramına uyğun satıla bilər. 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 113 ____________________________ 
 
 
  
 
Pos terminal
 
 
Elektron  rəqəmsal  imza  əllə  çəkilən  imzanın  elektron 
ekvivalentidir.  Elektron  rəqəmsal  imza  nəinki  informasiya 
göndərənin əsilliyinin müəyyən olunmasına, həm də məlumatın 
tamlığının qorunmasına xidmət edir. 
İnformasiya  göndərənin  əsilliyinin  müəyyən  olunması 
üçün, elektron rəqəmsal imzadan istifadə zamanı bağlı və açıq 
açarlar  tətbiq  olunur.  Proses  asimmetrik  şifrələnməyə  oxşayır, 
amma bu halda bağlı açar şifrələmək üçün, açıq açar isə şifrəni 
açmaq üçün istifadə olunur. 
Elektron rəqəmsal imzanın tətbiq olunma alqoritmi bir 
sıra əməliyyatlardan ibarətdir. 
İki qoşa açar yaradılır: 

 
1.Açıq və bağlı; 

 
2.Açıq  açar  bu  işdə  maraqlı  olan  tərəfə  (sənədi  qəbul 
edən, imzalanmış tərəf) ötürülür; 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 114 ____________________________ 
 

 
3.Göndərən informasiyanı bağlı açarın köməyilə şifrələyir 
və onu əlaqə kanalı vasitəsilə qəbul edənə ötürür

 
4.Qəbul  edən  göndərilən  informasiyanı  açıq  açarın 
köməyilə şifrədən azad edir. 
Açıq  açarla  şifrələnmiş  informasiyanın  yalnız  bağlı  açarın 
köməyilə açılması elektron rəqəmsal imzanın məğzidir. 
Nəzərə  almaq  lazımdır  ki,  elektron  rəqəmsal  imzaların 
əsasını xeş-funksiya təşkil edir. 
Xeş-funksiya  - yəni (H) funksiya məlumatın girişində (M) 
ixtiyari  uzunluğu  qəbul  edir,  amma  çıxışda  isə  H(M)  fiksə 
olunmuş  uzunluğa  malik  qiymət  alır.  Bu  M  məlumatın 
xeşi və 
ya 
profili adlanır. 
 
AÇIQLAMA:  Hashing  (bəzən  Xeşləmə  də  adlandırılır) 
ixtiyarı  uzunluğa  malik  olan  giriş  verilənlər  massivinin 
müəyyən  alqoritm  ilə  qeyd  edilmiş  uzunluqlu  çıxış  bitlər 
sətrinə çevrilməsidir. Belə çevrilməni həmçinin Xeş – funksiya 
və  ya  bağlama  funksiyası  da  adlandırırlar.  Funksiyanın 
nəticəsini  Xeş,  Xeş-kod,  Xeş-cəm  və  ya  əlaqə  məlumatı 
(ingiliscə  message  digest)  adlandırırlar.  Müxtəlif  xüsusiyyətə 
malik xeş alqoritmləri mövcuddur. 1953-cü ildə Donald Ervin 
Knut  ilk  dəfə  sistem  xeşləmə  ideyasını  təklif  edir  və  bundan 
istifadəni IBM əməkdaşlarına məsləhət bilir. Sonrakı illərdə bu 
ideya  ilə  digər  alimlər  də  məşğul  olur  və  bu  sahəyə  öz 
tövhələrini verirlər. 
 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə