İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin predmeti



Yüklə 261,54 Kb.
səhifə8/56
tarix30.12.2023
ölçüsü261,54 Kb.
#165639
1   ...   4   5   6   7   8   9   10   11   ...   56
İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin-hozir.org

Sistem proqram təminatı.


Proqram təminatı sistemini yerinə yetirdikləri funksiyalara görə iki hissəyə bölmək olar: sistem proqram təminatı  tətbiqi proqram təminatı. Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin təşkili ilə yanaşı tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT- yə aşağıdakılar daxildir.  əməliyyat sistemləri  servis proqramları  proqramlaşdırma sistemləri  texniki xidmət proqramları. 1. Əməliyyat sistemləri (ƏS) – informasiya emalının idarə olunması və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS–ləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür: 1. birməsələli (biristifadəçili) 2. çoxməsələli (çox istifadəçilili) 3.şəbəkə. Birməsələli ƏS – müəyyən anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Çoxməsələli ƏS – kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni təmin edir. Şəbəkə ƏS – lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resuslarına istifadəçinin müraciətini təmin edir. 2)Servis proqramları istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və əməlyyat sisteminin imkanlarını genişləndirirlər.Servis proqramlarını təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri funksiyalara görə aşağıdakı qruplara bölmək olar: 1)örtük proqramlar 2) utilitlər 3) antivirus proqramlar. Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyytəcə yeni interfeys təqdim edir və onu ƏS – nin əmr və əməlyyatlarını dərindən bilməsindən azad edir. Utilitlər disk və fayl sisteminə xidmətə əsaslanaraq, istifadəçilərə əlavə imkanlar verirlər. Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər: - Disklərə xidmət etmək (formatlaşdırma və s.) - İnformasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın mümkünlüyü və s. - fayl və kataloqlara xidmət etmək - arxivlərin yaradılması və yeniləşdirilməsi - kompüter resusları, disk sahəsi, proqramların ƏYQ (ƏMƏLİ YADDAŞ QURĞUSU)– də paylanması haqqında informasiyanın verilməsi - müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı - kompüteri viruslardan mühafizə. Antivirus proqram vasitələri virusların neytrallaşdırılmasını və kompüterin dianostikasını təmin edir. Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur, lazımsız və ziyanlə müxtəlif əməliyyatları həyata keçirir. Viruslar aşağıdakı əlamətlərə görə təsnif olunur: - yerləşdiyi mühitə görə - yerləşdiyi mühitə yoluxma üsuluna görə - aktivləşmə üsuluna görə - desktruktiv imkanlarına görə - alqoritimin xüsusiyyətlərinə görə . Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir.Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. Drayver və rezident proqramlar Drayver və rezident proqramlar MSDOS-un imkanlarını genişləndirir.

Yüklə 261,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə