2
Elmi redaktor:
AMEA-nın müxbir üzvü, professor
İmran Axundov. Barat Şəkinskaya. Monoqrafiya. – Bakı: Mütərcim,
2014. – 104 səh.
Monoqrafiyada görkəmli sənətkar, xalq artisti Barat xanım Şəkinska-
yanın həyat və yaradıcılığı təhlil edilir, ifa etdyi səhnə və ekran qəhrəman-
ları tədqiqata cəlb olunur.
А
026
4907000000
49-14
©İmran Axundov, 2014
İ.S.Kərimov
4
GİRİŞ
Mən səni sevirəm. Ona görə yox ki,
gözəlsən, məharətlisən. Ona görə ki, yaxşı
sənətkarsan.
SSRİ xalq artisti Sidqi Ruhulla
Sənətkar! Bu söz hər aktyor üçün deyilmir. Cünki bu ada sa-
hib olmaq üçün gecə-gündüz çalışmaq və yaratmaq lazımdır. Elə
çalışmaq ki, öz sənətində açılmayan səhifələr açasan, tamaşaçını
düşündürməyə çalışasan və yaratdığın obrazları tamaşaçı yaddaşına
həkk edəsən.
Qədim tarixə malik olan Akademik Milli Dram Teatrı (keçmiş
M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı- İ.A.) belə
sənətkarlarla zəngin idi. Onlar bütün əzab-əziyyətlərə dözərək sənət
aləmində yeni cığırlar açıb öz bənzərsiz ifaları ilə tamaşaçıların zöv-
qünü oxşayıblar. C. Zeynalov, H. Ərəblinski, M. A. Əliyev, S. Ru-
hulla, A. M. Şərifzadə, H. Abbasov, İ. Hidayətazdə, Ü. Rəcəb,
M. Mərdanov, R. Təhmasib, R. Əfqanlı, A. Gəraybəyli, Ə. Məm-
mədova, M. Davubava, M. Sənani, Ə. Ələkbərov, S. Hacıyeva,
Ə. Sultanov, F. Qədri, A. İsgəndərov, H. Qurbanova, M. Məm-
mədov, A. D. Qurbanov və b. Bu misilsiz sənətkarların içərisində
teatr sənətində ən əlçatmaz zirvəni fəth etmiş, xalq artisti Barat
xanım Şəkinskayanın adı hörmət və ehtiramla çəkilir.
6
Kim idi Barat xanım? Gəlin onun səhnəyə gəldiyi günə qədər
ki, həyatı ilə tanış olaq.
B. Şəkinskaya həyatının ən ağır günlərini o dövrlər adlandı-
rırdı. Ailənin vəziyyəti çox ağır idi. Üç uşaq 25 yaşlı cavan, savad-
sız ananın ümidinə qalmışdır. Bütün valideyinlər kimi bu qayğılı
ana da istəyirdi ki, uşaqları yaxşı təhsil alsın, heç nədən çətinlik
çəkməsinlər.
B. Şəkinskaya o vaxt kiçik olsada tələsirdi ki, tez oxuyub qur-
tarsın, işləsin, anasına kömək etsin. Yay aylarında tətilə çıxan kimi
10-12 yaşlarında balaca Barat “Ovçular ittifaqı”nda, sonra “selek-
sion stansiya”da barama qurdları üçün tut yarpağı yığırdı. Kiçik
yaşlı Barat bir dərəcəli məktəbi beş il əvəzinə dörd ilə buturib, əla
qiymətlərlə pedaqoji texnikuma daxil olur və oranı bitirir.
Anası istəyirdi ki, qızı tar çalmağı öyrənsin. Bu istəklə Baratı
Pionerlər evinə aparır. O vaxt orada manqa rəhbəri Adil İsgəndərov
və Süleyman Tağızadə idi. Anası qızını tar dərnəyinə yazdırdı. Am-
ma uşağın tar çalmağa həvəsi yox idi. Qız idmana yazıldı...
B. Şəkinskaya özü yazır ki; “Anam gecələr pedaqoji texni-
kumun qızları
üçün paltar tikir, gündüzlər “İslah evində” işləyirdi.
O, fərdi sifarişlərlə paltar tikməyi heysiyyatına sığışdırmırdı.
Yalnız texnikumun qızları üçün müqavilə ilə qışda yay, yayda isə
qış paltarı tikirdi. Bu iş anama il boyu bəs edirdi, dolanışığımızı da
yola verirdi”.
Əlbəttə hər bir insanın həyatında ən ağır günü olur. Barat
xanımında ağır günləri uşaqlıq çağlarıdır.
Bütün o dövrləri yadda salanda Barat Şəkinskayanın xatirində
səhnə sənəti ilə bağlı olan xatirələr yaşayırdı. Peşəkar səhnədə
misilsiz obrazlar qalereyası yaratmaq hər kəsə nəsib olmur. O sənət-
kar buna müvəffəq olur ki, sevib-seçdiyi peşəsinin aludəsi olsun,
qəlbində onun həsrəti ilə alışıb yansın.
Nadir istedad sahibi olan Barat xanım Şəkinskaya ilk rolların-
dan biri 1924-cü ildə “Gəncə qadınlar kulubu” nun nəzdindəki hə-
vəskarlar dərnəyinin hazırladığı “Lenin artıq yoxdur” əsərində ki,
balaca qız obrazı idi. Bu balaca qızın atası rolunu dərnəyin rejissoru