İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 
29 
Sonra  da  yeni  iclas-Abbasmirzə  Şərifzadənin  ifşası  başlandı. 
Mərziyə  Davudovaya  söz  verdilər.  Sonra  başqa  aktyorları  sorğu-
sual  etdilər.  Məndən  soruşdular  ki,  “Romeo  və  Cülyetta”da  məşq 
edəndə sənə xarici  aktyorlar haqqında bir söz deməyib? Dedim ki, 
nəinki  xarici  aktyorları,  heç  Şekspiri  tanımıram.  Bir  də  Şərifzadə 
böyük sənətkardır, mən gənc aktrisa. Onunla oturub söhbət etməyə 
utanırdım... 
-Çox qəribə insan idi (Panfiliya Tanailidi-İ.A.).  Şəxsən mənə 
arxa olub.  Onun  “ifşası”  üçün indiki nəslə  gülünc  görünən bəhanə 
tapdılar.  Hələ  Ülvi  Rəcəb  və  Abbasmirzə  Şərifzadə  tutulmamışdan 
əvvəl  Panfiliya  məşqə  bir  qutu  İran  papirosu  gətirdi.  Dedi  ki, 
Göyərşin xanım verib (Göyərçin xanım professional səhnəyə çıxan 
ilk azərbaycanlı qadındır. SSRİ xalq  artisti  Mirzağa  Əliyevin  inqi-
labdan  əvvəl  həyat  yoldaşı  olub.  Sonrakı  taleyi  elə  gətirib  ki,  İran 
vətəndaşı olan yüksək vəzifəli bir adama ərə gedib və İrana köçüb. 
Həmin  siqareti  də  İrandan  Polşaya  gedərkən  yolüstü  Bakıda  P. 
Tanailidiyə bağışlayıb). Siqareti hamıya paylayıb dedi ki, gün o gün 
olsun  ki,  Təbrizə  yollar  açılsın.  Bizim  də  bir  “bazarımız”-qastrola 
getməyə yerimiz olsun, yoxsa ki, Biləcəridən oyana keçə bilmirik. 
Yeri  gəlmişkən  deyim  ki,  Tanailidi  Göyərçin  xanımla  yaxın 
idi.  Hələ  inqilabdan  əvvəl  bir  yerdə  çıxış  edib,  qastrol  səfərində 
olublar. 
Ülvi Rəcəb, Abbasmirzə Şərifzadə tutulandan sonra Panfiliya 
ətrafında  söz-söhbət  gəzməyə  başladı.  Bir  gün  dedilər  ki,  onun 
“mühakiməsi”dir. Onu cəmi iki artist, onlarda şəxsi münasibətlərinə 
görə, “günah”landırmağa başladılar. Biriylə ailə münaqişəsində idi, 
digərinin isə onun rollarında gözü vardı. Dedilər ki, guya azərbay-
canlıları  gözü  götürmür.  Xarici  malları  tərifləyir  (Yuxarıdakı,  adı 
çəkilən  siqareti  nəzərə  tuturdular).  Bir  də  Abbasmirzə  Şərifzadəyə 
qardaşından göndərilən məktubu o, Göyərçin xanımdan alıb gətirib. 
Ümumiyyətlə,  bu  iclasların  rəyasət  heyətində  oturanlarla  sa-
londa oturanlar arasında “müharibə” gedirdi. Amma kim idi bu mü-
haribələrə  baxan.  Kamilov  adlı  aktyor  var  vardı.  Həmişə  rəyasət 


 
30 
heyətinin  tərəfini  saxlayırdı.  Cavahir  də  çalışırdı  ki,  aktyorları 
müdafiə etsin. Xüsusilə də Tanailidini. 
Onun kimi böyük sənətkar az-az tapılar. “Almaz”da Fatmani-
sə roluna möhür vurmuşdu. Ondan sonra bu rolu oynayanların  ək-
səriyyəti  onu  təkrar  edirdi.  Çırt  çubuq  çəkməyini  görəydiniz. 
“Yaşar”da Şərəbanı rolu da ondan geri qalmırdı. Mənimlə “Romeo 
və  Cülyetta”da  çıxış  edib.  O  zaman  mən  Çülyetta  rolunu  oyna-
yırdım, o isə dayə rolunu. Onun yumorostik, zarafatcıl dayəsi həmin 
tamaşada  mənə  atamdan,  anamdan  yaxın  idi.  Ondan  sonra  həmin 
tamaşa  zəiflədi.  Mənim  üçün  də  Cülyettanı  oynamaq  çətinləşdi. 
Çünki həmin dayəni mən görmürdüm. 
Şəmsi  teatrdan  çıxarılanda Panfiliya haqqında heç bir söhbət 
getmirdi.  İçəri  şəhərdə  bizimlə  qonşuluqda  yaşayırdı.  Hər  axşam 
heç kim görməsin deyə, pəncərədən içəri Şəmsi üçün papiros atırdı. 
Şəmsinin qardaşı Sərvər Universitetdə oxuyurdu. Mühazirəçi-
lərdən biri Trotskini tənqid edəndə, sual verib ki, deyin, onun səhv-
ləri nədən ibarətdir? Elə bu suala görə onu tutdular. Şəmsi də oldu 
“xalq düşməni”nin qardaşı. 
Fatma  Qədrinin  isə  o  vaxt  ərini  tutmuşdular.  Daha  doğrusu, 
neçə il idi ki, o, ərindən boşanmışdı (onun keçmiş əri Əsəd Axun-
dov mənim  dayım idi. Təhlükəsizlik komitəsində,  yüksək vəzifədə 
işləyirdi). 
Yaxşı  yadımdadır. O zaman bu sənətkarların “ifşa”sı  ilə  əla-
qədar  iclasda  Şəmsi  haqqında  bir  də  dedilər  ki,  onun  xaricdə  qo-
humu var. Axı onun ana tərəfi Qacarlardan idi. 
Mirzağa  Əliyev  bizə  həmişə  zarafatca  deyərdi  ki,  mənim 
qarnımda Nikolay piyi var. Bir də inqilabdan qabaq baş vermiş bir 
hadisəni  danışardı.  O  vaxt  hardasa  qastrolda  olarkən  hava  soyuq 
olduğundan tamaşadan qabaq rekvizitdə olan zabit paltarını əyninə 
geyir  (bu  əhvalat  1906-cı  ildə  Sabunçuda  baş  verib.  M.  A.  Əliyev 
“Xor-xor” tamaşası  üçün hazırlanmış zabit paltarını əyninə  geyib). 
Elə  bu  zaman  qorodovoy  gəlib  bildirir  ki,  policmeysterin  əmri  ilə 
tamaşa  təxirə  salınır.  Bu  zaman  Mirzağa  Əliyev  əynindəki  zabit 
paltarının  çini  polismeysterin  çinindən  yüksək  olduğundan,  özünü 


 
31 
həqiqi  zabit  kimi  qələmə  verərək,  qorodovoyun  üstünə  qışqırır. 
Bildirir ki, onun göstərişi ilə polismeysterin əmri ləğv olunur. Qoro-
dovoyun  özünə  isə  göstəriş  verir  ki,  binanın  qarşısında  nizam-inti-
zama göz gəzdirsin. Dediyim Kamalov adlı aktyor hər iki dəlildən 
Mirzağanın  əleyhinə  istifadə  etdi.  Çıxışında  göstərdi  ki,  o  zabit 
paltarı geyməsi, qarnında Nikolay piyi olması ilə öyünür. 
Möhsün Sənanini isə onda günahlandırırdılar ki, xarici konsu-
lun  qonaqlığında  masabəyi  olub.  Yadımdadır,  Fatma  Qədri  hətta 
iclasda dedi ki, axı, mənim keçmiş ərim indi ailə qurub. Onun qa-
nuni həyat yoldaşı Tamara adlı bir qadındır. Amma kim idi onların 
bu sözlərinə baxan. 
Biz Şəmsi ilə maddi cəhətdən o qədər əziyyət çəkmirdik. Qo-
humlarım bizə xəlvəti kömək edirdilər. Çətinlik başqa cəhətdən idi. 
Şəmsi  o  biri  qardaşları  qorusun  deyə  ata  evi  ilə  əlaqəni  kəsmişdi. 
Teatrda  ab-hava  dəyişmişdi.  Bəziləri  mənə  aşıq-aşkar-biz  xalq 
düşməninin  arvadı  ilə  işləmirik,-deyə  söz  atırdılar.  Mən  də  borclu 
qalmırdım.  Yenə  köməyimə  Süleyman  Rüstəm  çatırdı.  Çağırıb 
təsəlli verib deyirdi ki, yalvarıram, heç kimə cavab vermə. 
Fatma  Qədri  və  Mirzağa  Əliyevin  vəziyyəti  daha  ağır  idi. 
Yadımdadır,  həmin  vaxtlar  Şəmsi  ilə  kitab  pasajına  daxil  olmaq 
istəyirdik. Uzaqda Fatma Qədrini gördüm. Şekspirin əsərini məhcə-
rə qoyub, müştəri  gözləyirdi. Tez  geri döndük ki,  bizi  görüb utan-
masın.  Hansını  deyəsən,  heç  bilmirəm...  Rejissor  da  “Pəri  cadu”da 
rolu burnumdan tökürdü. Hər dəqiqə ehkam vurub deyirdi ki, bəlkə 
o rolu sən oynadın? 
Həmin  dövrdə  zamandan  istifadə  edib  öz  şəxsi  intiqamını 
alanlar,  xırda  hisslərlə  yaşayanlar  da  az  deyildi.  Yenə  günlərin  bir 
günü  Cavahir  mənə  dedi  ki,  Şəmsini  tutacaqlar.  Sən  demə  onunla 
pis münasibətdə olanlar belə bir saxta məktub düzəltmişlər ki, guya 
“Yeni  yol”  qəzetinin  keçmiş  əməkdaşı,  o  zaman  “xalq  düşməni” 
kimi həbs olunan İsmayıl Abdullayev Şəmsiyə məktub yazmış, onu 
və  yoldaşlarını  möhkəm  olmağa  çağırmışdır.  Hətta  xüsusi  maddə-
dən-yazı silən məhluldan istifadə olunmuşdur. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə