İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 
48 
Sadəcə burda yazmağa lüzum görmürəm. Deyirdi ki, Dilarə mənim 
ən yaxşı rollarımdan biridir. 
Mən Barat xanım haqqında kitab yazarkən, araşdırma nəticə-
sində  “Şərqin  səhəri”  tamaşası  haqqında  rəylər  əlimə  keçdi.  İki 
rəydə Barat  xanımın  ifa etdiyi  Dilarə obrazına mənfi  qiymət veril-
mişdir. Şübhəsiz ki,  bu rəylər kiminsə diqtəsi  ilə  yazılmışdır. Mən 
o,  rəyləri  Barat  xanıma  oxudum.  O  da  mənə  təkid  elədi  ki,  həmin 
rəyləri kitaba daxil edim. Mən də daxil etdim. Barat xanım rəhmətə 
gedəndən  sonra  həmin  iki  rəyi  kitabdan  çıxartdım.  Düz  ya  səhv 
etmişəm deyə bilmərəm... 
C. Cəfərov (1951) yazır ki; “Artistka Barat milyoner qızı Di-
larə  rolunda,  burjua  aləminin  mənəvi  eybəcərliyini  və  pozğun-
luğunu  yaxşı  göstərir.  O,  şöhrətpərəst,  boş  və  xudbin  bir  qızdır. 
Sadə,  səmimi  və  dərin  sevgi  duyğusu  ona  yabançıdır.  Onun  Bəh-
ruzla (artist Ə. Sultanov) olan münasibəti boş bir əyləncə, şıltaqlıq 
və  oyundur.  Atası  ilə  bərabər  xaricə  qaçdıqları  səhnədə  Dilarə 
özünü tamamilə ifşa edir”. 
B. Şəkinskaya Azərbaycan və Qərbi Avropa dramaturqlarının 
əsərlərində baş rolları ifa etməklə  yanaşı  rus dramaturgiyasında da 
mükəmməl  obrazlar  yaradıb.  Bu  baxımdan  aktrisa  A.  Fadeyevin 
romanı  əsasında  hazırlanmış  “Gənc  qvardiya”  əsərindəki  Lyubov 
Şevtsova  son  dərəcə  maraqlıdır.  İlk  dəfə  1948-ci  ildə  aprel  ayının   
4-də  göstərilən  bu  tamaşada  gənclik  və  qəhrəmanlıqdan  bəhs  olu-
nurdu. 
B. Şəkinskaya “Azərbaycan gəncləri” qəzetində (09.04.1948) 
“Lyubov  Şevtsova  mənim  ifamda”  adlı  məqaləsində  yazır  ki; 
““Gənc qvardiya” pyesində  Lyubov Şevtsova rolunu  ifa  etmək şə-
rəfi mənə qismət olmuşdur. Lyubov Şevtsova gənc qvardiya təşkila-
tının  yaradıcılarından  biridir.  O,  ən  qorxulu  anlarda  belə  cəsarətlə 
hərəkət  edir. Almanların arxasında gizli işləmək üçün müvəffəqiy-
yətli üsullar tapır. 
Mən bu surət üzərində böyük bir ilham və maraqla çalışmışam 
və çox sevdiyim bu rolu xüsusi bir tərzdə yaratmağa səy etmişəm. 


 
49 
Lyubov  Şevtsova  rolunu  müvəffəqiyyətlə  yaratmaq  çətin  bir  işdir. 
Bu işdə mənə gənc qvardiyaçıların əziz xatirəsi ilham vermişdir. 
Mən  bu  surətdə  gənclərin  mərd  simasını  yaratmağa  səy 
etmişəm”. 
Onu qeyd edim ki, Mehdi Məmmədovun quruluşunda tamaşa-
ya  qoyulan  “Gənc  qvardiya”  əsəri  on  səkkiz  günün  içində  hazır-
lanıb, tamaşaçılara təhvil verilmişdir. Bu tamaşa haqqında C. Cəfə-
rov yazır ki; “Gənc qvardiyaçıları oynayan oktyorların hamısı cavan 
deyildi. Amma rejissor Mehdi Məmmədov deyir ki, bu aktyorların 
ifasında yaş öz əhəmiyyətini itirir. Xüsusən Barat-Lyubov Şevtsova 
rolunda”. 
N.  Babayev  yazır  ki;  “Lyuba  Şevtsova  rolunu  ...  Barat  Şə-
kinskaya ifa edir. O, vətəni sonsuz məhəbbətlə sevən, şən Lyubanın 
mürəkkəb surətini doğurdan da böyük məharətlə yaradır”. 
C. Məmmədov “Azərbaycan gəncləri” qəzetində (09.04.1948) 
yazır ki; “ Lyubov Şevtsova rolunu ifa edən Barat Şəkinskaya daha 
çox diqqətə layiqdir”. 
Akademik  M.  Arif  “Kommunist”  qəzetində  (12.05.1948)  ya-
zır  ki,  “Aktrisa  Barat  Şəkinskaya  Lyubov  Şevtsova  rolunda  özünü 
nə qədər azad aparır. O, sanki bütün, varlığı ilə bu, hər şeyə qarışan, 
hər  yerdə  öz  vətəndaşlıq  borcunu  ödəməyə  çalışan,  öz  vətən-
pərvərlik məqsədi uğrunda hər cür təhlükəyə gedən cəsur mətin və 
fədakar  qızın  ruhuna  girmişdir.  Ağır  işgəncələrdən  sonra  ölümcül 
hala gələn Lyuba yenə də öz qürurunu sındırmır”. 
Görkəmli aktrisa B. Şəkinskaya Lyubov Şevtsovanın sadəliyi, 
mehribanlığı  ilə  tamaşaçıda  ifa  etdiyi  obraza  qarçı  böyük  rəğbət 
qazandırmışdır. O, əldə etdiyi nailiyyətlərə arxayınlaşmadı, öz bən-
zərsiz ifası ilə tamaşaçıların qəlbini daim riqqətə gətirdi. 
B.  Şəkinskaya  1949-1952-ci  illərdə  V.  Şekspirin  “Otello” 
faciəsində  Dezdemana  (tərcümə  C.  Cabbarlı,  rej.  A.  İsgəndərov, 
06.05.1949);  Lope  de  Veqanın  “Rəqs  müəllimi”  əsrində  Florela 
(tərcümə  R.  Rza,  rej.  M.  Məmmədov,  31.07.1949);  S.  Vurğunun 
“Xanlar”  mənzum  dramında  Mehriban  (rej.  A.  İsgəndərov, 
21.12.1949); C. Məcnunbəyovun “Böyük məhəbbət” pyesində Tər-


 
50 
lan  (rej.  Ə.  Ələkbərov,  12.05.1950);  V.  Lavrenyovun  “Amerikanın 
səsi”  əsərində  Mariell  (tərcümə  Ə.  Məmmədxanlı,  rej.  Ə.  Ələkbə-
rov,  14.12.1950);  C.  Cabbarlının  “Od  gəlini”  faciəsində  Solmaz 
(rej.  Ə.  Şərifov,  20.03.1951);  M.  H.  Təhmasıbın  “Çiçəklənən 
arzular”  pyesində  Həqiqət  (rej.  M.  Məmmədov,  13.06.  1951);  H. 
Muxtarovun  “Ailə  namusu”  əsərində  Yazgül  (tərcümə  M.  İbrahi-
mov,  rej.  T.  Kazımov, 30.10.1951); S. Vurğunun “Vaqif” mənzum 
dramında Gülnar (rej. A. İsgəndərov, bərpa., 1951); K. Haldoninin 
“Mehmanxana  sahibəsi”  komediyasında  Mirandolina  (tərcümə  S. 
Rəhman, rej. M. Məmmədov, 11.09.1952); S. Vurğunun “Fərhad və 
Şirin” mənzum dramında Şirin (rej. A. İsgəndərov, 07.10.1952); C. 
Cabbarlının  “Solğun  çiçəklər”  əsərində  Sara  (rej.  Ə.  Ələkbərov, 
bərpa). 
Barat  Şəkinskayanın  mahir 
sənətkar  kimi  yetişməyində,  sənəti-
nin  bütün  incəliklərinə  yiyələnmə-
sində,  misilsiz  aktrisa  kimi  püxtə-
ləşməsində  Şekspir  dramaturgiyası 
mühüm  rol  oynamışdır.  Şekspirin 
“Romeo  və  Cülyetta”  faciəsində 
Cülyetta, “Kral  Lir” faciəsində Kor-
deliya,  “On  ikinci  gecə”  komediya-
sında Viola rollarını ifa edən bu gör-
kəmli  sənətkar  “Otello”  faciəsində 
Dezdemonanı  ifa  etdi.  Böyük  sənət-
karlıqla yaratdığı Dezdemona obrazı 
ilə tamaşaçıların rəğbətini qazandı. 
B.  Şəkinskaya  xatirələrində 
(“Azərbaycan  jurnalı”  №5,  1974) 
yazır  ki;  “Adil  İsgəndərov,  Ələsgər, 
Əfqanlı  və  mən  demək  olar  ki,  öz 
axtarışlarımızda  eyni  nəticəyə  gəl-
dik.  Pyesin  yeni,  müasir  səslənməsinə  birlikdə  xidmət  etdik.  Ələs-
gər həm də gözəl səsi, daxili ehtirası, boy-buxunu, gözəl görünüşü 
B.Şəkinskaya – Dezdemona 
rolunda 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə