İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə7/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
13
qüvvə haqqında təsəvvürlər meydana çıxır. Fetişizm dini pərəstişin zəruri komponentidir. Möcüzəli 
ikonalara, xaça, quru cəsədlərə, «müqəddəs yerlərə  pərəstiş edilməsi, tilsimlərin, amuletlərin, boyundan 
asılan xaçların və s. möcüzələr doğurduğuna etiqad edilməsi müasir dini praktikada fetişizmin daha 
xarakterik təzahürləridir. 
Cəlbedici predmetlər, gözəl görünən, eləcə də çirkin görünən şeylər fetişə çevrilə bilər. Predmet-əşya 
forması kimi fetişizm Qərbi Afrikada çox yaxşı saxlanılmışdır. Burada fetişlər hər yerdə nəzərə çarpır. Ən 
geniş surətdə yayılmış canlı fetişlər ilan (əjdaha) və qarğadır. Farslarda it və xoruz, Skandinaviyada ayı və 
canavar, Yunanıstanda - bayquş və s. fetiş sayılır. Canlı fetişlər qəbilə üzvləri üçün eyniləşdirici başlanğıcı 
ifadə etmirdi, onları eyni hesab etmək olmazdı. Onlar ya totemizmin özünəməxsus qalıqları, yaxud da güclü, 
müstəqil ruhların daşıyıcıları idi. Bəzi hallarda qəbilə üzvləri onlardan yararlana bilərdi. Ona görə  də bir 
xalqın bir neçə canlı fetişi olurdu. Məsələn, Qədim Misirdə  hər bir icma özünün canlı fetişinə malik idi. 
Ümummilli fetiş-müqəddəs öküz Apis olsa da, regional və yerli fetişlər də mövcud idi. Fivada - qoyun, 
Memfisdə - keçi, Bastda - pişik və s. fetiş hesab olunurdu. Qədim Roma miflərində canavarlar («Roma dişi 
canavarı»), ağacdələnlər və digər canlı varlıqlar haqqında danışılırdı. Onlar İtaliya yarımadasında yaşayan 
qəbilələrə düşmənə qalib gəlmək, qəhrəmanlıq göstərmək, gələcəyi görmək və s.-də kömək edirdi. 
Mədəniyyət tarixinin bir çox səhifələri fetişizmlə  əlaqədardır, lakin onlardan biri müasir insana olduqca 
amansız və qəbuledilməz şəkildə görünür. Söhbət kannibalizmdən (adam yeməkdən) gedir. Kannibalizm çox 
qədim tarixə malikdir. Əcdadlarımız olan neandertallar adamyeyənlər idi. Homo sapiyens 40 min əvvəl 
planetdə adamyeyən kimi peyda oldu. Sonralar insan mədəniyyəti qəti imperativ ilə adam yeməyi qadağan 
etdi. Sonra qan qarışdırmaya (yaxınlarla evlənmə) qadağa qoyuldu. İkinci qadağa daha universal idi və insan 
cəmiyyətində ciddi şəkildə qorunmağa başladı. Bu tabu (qadağa) kannibalizmdən daha qədimdir. «Tabu» 
ibtidai mədəniyyətlə  əlaqədar olan ən mühüm anlayışlardan biridir, onun pozulması  dəhşətlə müşahidə 
olunur. Tabunun qorunması təhlükədən xilas olunmağın yeganə vasitəsidir. 
İbtidai incəsənət.  İncəsənət tarixini yazanlar hələ keçən  əsrin sonunda yalnız ilkin incəsənət kimi 
Qədim Misir incəsənətindən başlayırdılar. 90 il bundan əvvəl bəşəriyyət kinonu kəşf etdiyi zamanda daş 
dövrünün incəsənətini, paleolit təsviri sənəti, rəssamlığını və heykəltəraşlığını da özü üçün aşkar etdi. Həmin 
vaxtdan başlayaraq ibtidai cəmiyyətin incəsənəti tədqiqat üçün ən populyar sahəyə çevrildi. Həmin proses 
indi də davam etməkdədir.  
İbtidai incəsənətin yaranması ilə  əlaqədar saysız-hesabsız nəzəriyyələr mövcuddur. Bədii fəaliyyət 
ibtidai mədəniyyətin bütün mərhələlərində mövcud olmuşdur. Ona görə də incəsənət onun varlığının daimi 
üsulu olmuşdur. Sənət alət istehsalından başlanır. İnsanın ən qədim alətinin tarixi 2.5 milyon il bundan əvvəl 
başlanır. İnsanların düzəltdiyi alətlərin materialına əsaslanan arxeoloqlar ibtidai dünyanın tarixini üç dövrə 
bölürlər. Bunlar daş dövrü, tunc dövrü və dəmir dövrüdür. Öz növbəsində daş dövrü də bir neçə alt dövrə 
bölünür. Ən qədim daş dövrü, yaxud paleolit (təqribən e.ə. 2.6 milyon ildən XII minilliyə qədər), orta daş 
dövrü, yaxud da mezolit (təqribən e.ə. XII minillikdən VII minilliyə qədər), yeni daş dövrü, yaxud da neolit 
(e.ə. XII minillikdən IV minilliyə qədər), mis daş dövrü, yaxud da eneolit (e.ə. III-II minilliklər), tunc əsri 
(e.ə. II-I minilliklər). Dəmir dövrü təqribən birinci minilliyin ortalarından başlayır. 
Öz növbəsində Paleolit də üç dövrə - aşağı, orta və yuxarı (yaxud da sonrakı) dövrə bölünür. İbtidai 
incəsənətin ilkin mərhələsi üçün səciyyəvi cəhəti sinkretizm (latınca birləşmə) olmuşdur. Bu da müxtəlif 
görüşlərin bir yerdə ifadə olunması idi. 
Dünyanın bədii mənimsənilməsi ilə  əlaqədar olaraq insanın fəaliyyəti eyni zamanda homo sapiyens 
(ağıllı insan) formalaşmasına da şərait yaratmışdır. Bu mərhələdə ibtidai insanın bütün psixi proses və 
həyəcanlarının imkanları hüceyrə  şəklində kollektiv şüuraltı  vəziyyətdə, arxetip adlanan proobrazda, ilkin 
formada olmuşdur. Dünyanın dərki kortəbii baş verirdi, hər bir anlayışın arxasında obraz, canlı  əməl 
gizlənirdi. Bizə gəlib çatan ilk ibtidai təsviri sənət əsəri Orinyak (Fransa) (e.ə. 33 min - 18 min) mərhələsində 
olmuşdur. Qadın heykəlciyi (daşda və sümükdə) həmin sənət  əsərlərindəndir. Həmin dövrdə heyvanların, 
mamontların, filin, atın, maralın ümumi cizgilərini  əks etdirən təsvirlər də yaranmışdır.  İbtidai incəsənət 
əsərləri əsasən ovçuluq və əmək prosesi ilə əlaqədar olmuşdur. 
Bir sıra sənətşünaslar paleolit dövrünün təsviri fəaliyyətini üç mərhələyə bölürlər. Onlardan hər biri 
keyfiyyətcə yeni təsvir formalarının yaranması ilə səciyyələnir.  
Sümük, təbii maket və s.-dən kor pozisiyalar, süni təsviri forma - iri gil heykəltəraşlığı, barelyef profil 
konturu, yuxarı paleolit təsviri yaradıcılığı, mağara yazıları, sümük üzərində qravyuralar - natural yaradıcılıq 
nümunələridir. 
Analoji mərhələni ibtidai incəsənətdə, tipik musiqi yaradıcılığında da görmək mümkündür. Musiqi 
(natural pantomimanın musiqi elementləri, təbiətdəki səslərin təqlidi, səsin təqlid motivləri, süni intonasiya 
formaları, səs yüksəltmə  vəziyyətini  əks etdirən motivlər, intonasiya ardıcıllığı, iki və üç səsli motivlər) 
hərəkət, mimika, jestlərdən və s.-dən ayrılmamışdı. 
Əvvəllər insanlar yalnız öz ehtiyacları üçün təbiətin verdiyi şeylərdən - daş, ağac, sümük və s.-dən 
istifadə edirdilər. Yeni daş dövründə insan sənət  əsərləri yaratmaq məqsədi ilə odadavamlı gildən istifadə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə