İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə2/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
5
istifadə olunması, inkişafı, fəaliyyəti və s. məsələləri öyrənir. Bu gün insan tərəfindən mədəniyyət 
fenomeninin kəşfi, onun mexanizminin açılması, cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsini tələb 
edir. Bu həm də insanın özünün cəmiyyətdəki yerinin və rolunun müəyyən edilməsinə, bir mədəniyyətin 
digərindən fərqlənməsinə kömək edir. Kulturologiya insanın mənəvi aləmini,  şəxsiyyətin müəyyən sosio-
kultur rolunu, insanın mədəni təkmilləşməsi, həyat tərzini, mentalitetini, əxlaqi-mənəvi keyfiyyətlərini və 
dəyərlərini, insanla elmin qarşılıqlı münasibətini və s. öyrənir. Bu mənada qloballaşan dünyada kulturologiya 
Azərbaycan cəmiyyəti üçün olduqca zəruri bir elmdir. Bu elm mövcud cəmiyyətdə yeridilən mədəniyyət 
siyasətinin  əsas prioritetlərini müəyyən edir. Mədəniyyət üçün prioritet olan kulturologiya sahəsi bu gün 
bəşəriyyətin min illərlə  yığıb saxladığı, zənginləşdirdiyi və  gələcək nəsillərə layiqli səviyyədə çatdırdığı 
mənəvi sərvətlər toplusudur ki, bu toplunu qorumağa isə biz hamımız borcluyuq. 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
6
 
İBTİDAİ DÖVRÜN MƏDƏNİYYƏTİ VƏ İNCƏSƏNƏTİ 
 
Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə 
aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə  qədər qalır və tarixi, kulturoloji baxımdan 
öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı 
qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir. 
Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və  tədqiqat 
nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək  əşyaları və s.) qədim keçmişi öyrənmək 
üçün çox əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir. Bu abidələr vasitəsilə  qədim insanların yaşayış evləri, 
istifadə etdikləri əmək alətləri, adət-ənənələri, dini görüşləri haqqında məlumatlar əldə edilir, onların yaşayış 
və məişət tərzi, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan öyrənilir. 
Müxtəlif tipli qəbir abidələri-daş qutu qəbirlər,  torpaq qəbirlər, kurqanlar,  küp qəbirlər, taxta qutu, 
katakomba və onlardan əldə edilmiş materiallar qədim insanların adət-ənənələri, dünyagörüşləri, dini 
inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir. 
Qəbir abidələri insanlar arasında müxtəlif dəfn mərasimlərinin mövcud olduğunu göstərir. Mərhumun 
qırmızı oxra ilə boyanması, parçalanaraq, yandırılaraq dəfn edilməsi adətləri olmuşdur. Dəfn adətləri və 
qəbir avadanlıqları qədim insanların axirət dünyasına inamlarının olduğunu göstərir. 
Təqribən beş min il bundan əvvəl bəzi xalqlarda yazı meydana gəlmişdir. Papirus, gil lövhələr, ağac, 
daş, dəri, parça, kağız və s. üzərində yazılı tarixi mənbələr dövrümüzə qədər gəlib çıxmışdır. Hələ qədimdə 
əl ilə kitablar yazılmışdı.  İsgəndəriyyə kitabxanasında 700 min cild əlyazmasında kitab olmuşdur.  İndiyə 
qədər qalmış yazıların çoxu oxunmuşdur, lakin hələ də alimlərin oxuya bilmədiyi bəzi yazılı mənbələr var. 
Alimlər bu yazılı tarixi mənbələr (sənədlər) əsasında tarixi-kulturoloji biliklər əldə edirlər. 
Qədim  Şərq ölkələri geniş coğrafi  ərazidə  təmsil olunmuşdu.  Ən qədim  Şərq dövlətləri Misir
İkiçayarası (Mesopotamiya), Aralıq dənizinin şərqində, Kiçik Asiya, İran, Hindistan, Çin və digər ölkələrin 
ərazisində meydana gəlmişdi. Qədim ölkələrin siyasi və ictimai-iqtisadi problemlərinin, mədəniyyət və etnik 
proseslərinin öyrənilməsi bu ölkələrin ayrı-ayrılıqda tarixi, ümumi, fərdi və özünəməxsus cəhətləri barədə 
təsəvvür yaratmağa imkan verir. Fərqli cəhətlərinə baxmayaraq, qədim Şərq ölkələri vahid orqanizm idi, biri 
digəri ilə siyasi, iqtisadi, mədəni və etnik təmasda inkişaf tapırdı. 
Qədim  Şərq dövlətləri bir neçə inkişaf mərhələsi keçmişlər.  İlkin mərhələni sinifli cəmiyyət və 
dövlətin meydana gəlməsi dövrü təşkil edir. Bu mərhələnin e.ə. IV minilliyin sonu - III minilliyin xronoloji 
çərçivəsində müəyyənləşdirmək olar. Bu zaman Şərqin erkən dövlət qurumları meydana gəlmiş və bəziləri 
həmin dövrdə  də  tənəzzülə  uğramışlar. Bununla yanaşı, quldarlıq ictimai-iqtisadi münasibətlərin   ilk   
ünsürləri   özünü   büruzə      vermiş,   işğalçılıq siyasətinin  əsası qoyulmuş, xarici və daxili ticarət inkişaf 
etmişdi.  Orta mərhələ yeni, əvvəlki dövrə nisbətən sayca daha çox dövlət qurumlarının meydana gəlməsi, 
işğalçılıq müharibələrinin güclənməsi, quldarlıq istehsal üsulunun bərqərar olması, siyasi, iqtisadi və mədəni 
əlaqələrin genişlənməsi və  nəhayət, bu dövrün dövlətlərinin tənəzzülə  uğraması ilə  səciyyələnir. Eyni 
zamanda, “imperiya” xüsusiyyətli dövlətlərin yaradılmasına meyl artır. Bu mərhələ xronoloji cəhətdən e.ə. II 
və I minillikləri  əhatə edir. Bundan sonrakı  mərhələdə  rəqabət aparan dövlət və sülalələr meydana gəlir, 
quldarlıq quruluşunun böhranı başlayır və feodalizm ünsürləri üzə  çıxır. Eyni zamanda, bir sıra qədim 
dövlətlər siyasi təsir dairəsini genişləndirmək uğrunda mübarizə aparır. Bu mərhələ e.ə. IV əsrdən eramızın 
III-IV əsrlərinə qədər davam edir. 
İbtidai-icma quruluşunun dağılması və sinifli cəmiyyətin meydana gəlməsi ilk dəfə qədim Şərqdə baş 
vermişdir. Quruluşa xas olan bir sıra təsərrüfat formaları, dini təsəvvürlər, adət-ənənələr, incəsənət 
formalarının izləri sonrakı tarixi mərhələlərdə də öz əksini saxlamışdır. 
Dövlət də ilk dəfə Qədim Şərqdə meydana gəlmişdir. Dövrün ideologiyasının əyani vasitəsi olan dini 
“idarələr”-məbədlər ilk dəfə Qədim Şərqdə meydana gəlmişdi. Sadə məbədlər ilə yanaşı əzəmətli, bir neçə 
mərtəbəli zikkuratlar (qülləli məbədlər) inşa edilirdi. Məbədlərdə xidmət edən kahinlər təbəqəsi yaranmışdı. 
Ön Qafqaz və Orta Asiya ölkələrində dövlətlərin meydana gəlməsi bu mərhələnin müxtəlif dövrlərinə 
təsadüf edir. 
Qədim  Şərqdə  mədəniyyət və incəsənətin müxtəlif sahələri inkişaf etmişdi.  Əfsanəvi nağıllar janrı, 
tarixi-əfsanəvi  ədəbiyyat nümunələri,  ədəbiyyat, fəlsəfi fikirlər, təsviri sənət, elmi istiqamətlər qədim  Şərq 
xalqlarının  fəaliyyətinin və  bədii yaradıcılığının bəhrəsi olmuşdur. Xüsusilə Babil, Hind, Misir, Fələstin 
ölkələrindən  bu  sahəyə aid zəngin təsviri sənət nümunələri dövrümüzə gəlib çatmışdır. 
İlk yazı növü - piktoqrafiya (şəkli yazı, heroqlif) qədim  Şərqdə icad edilmişdir. Qədim  şumerlər, 
hindlilər, elamlar pıktoqrafik yazı sistemini yaratmış  və bundan təsərrüfat hesabı aparmaq uçun istifadə 
etmişlər. E.ə. IV minilliyin sonunda piktoqrafiya artıq tətbiq olunurdu. Piktoqrafiyanın ümumi oxşar 
cəhətlərinə baxmayaraq, onu işlədən hər bir xalqın ayrılıqda müstəqil yazı yaradıcılığı olmuşdur. 
Şəkli yazı mürəkkəb fikirləri ifadə edə bilmirdi. Elamda şəkli yazı  əsasında xətti yazı yaradılmışdı. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə