İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə143/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   139   140   141   142   143   144   145   146   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

583 


 

ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir demokratik hüquqi 

dövlət quruculuğu yolunu seçmişdir. 

Müstəqilliyin ilk dövründə gənc respublika Ermənistan tərəfindən hərbi 

təcavüzə  məruz qalmış, daxili qeyri-sabitlik, iqtisadi böhran, keçid 

dövrünün çətinlikləri və digər ciddi problemlərlə üzləşmişdir. Buna 

baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin 

rəhbərliyi ilə Azərbaycan Respublikası bütün çətinlikləri dəf edərək, 

düzgün strateji inkişaf yolunu müəyyən edərək, hazırda uğurla 

irəliləyən, regionda və dünyada öz mövqelərini möhkəmləndirən 

iqtisadi, siyasi və digər baxımlardan dinamik inkişaf edən müasir ölkəyə 

çevrilməkdədir. Belə ki, Azərbaycan Xəzər-Qafqaz məkanında regional 

əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət 

olub, xüsusən enerji və  nəqliyyat layihələrinin həyata keçirilməsində 

əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın başlıca məqsədi 

Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı inkişafı və əhalinin 

rifahının təmin edilməsi, eləcə  də bütün regionda təhlükəsizlik və 

sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir.  

Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası (bundan 

sonra Konsepsiya) dövlətin müstəqilliyini,  ərazi bütövlüyünü və 

demokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana 

inteqrasiyasını, bununla yanaşı, tarazlaşdırılmış xarici siyasətinin 

çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında  şəxsiyyət, 

cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş 

siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. 

 

1. Təhlükəsizlik mühiti 

Azərbaycan Respublikasının təhlükəsizlik mühiti onun suverenliyi, 

ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı 

inkişafı,  əhalisinin rifah və  dəyərlərinin qorunmasına təsir edən 

amillərin məcmusudur. 

Qərb və  Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən 

Azərbaycan Respublikası bir çox sivilizasiyaların müsbət məqamlarını 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

584 


 

özündə  cəmləşdirmişdir. Avropanın mütərəqqi dəyərlərini paylaşan və 

Avratlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan 

Azərbaycan 

Respublikası bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir. 

Eyni zamanda, Azərbaycan Respublikası islam dünyasının bir hissəsi 

kimi bu mədəniyyətin irs və təfəkkürünü bölüşür. 

 

 Azərbaycan Respublikasının yerləşdiyi və hazırda qeyri-sabit olan 



region dostluq və əməkdaşlıq ruhlu regional və beynəlxalq tərəfdaşlarla 

birlikdə inkişaf üçün səmərəli istifadə oluna biləcək geniş potensiala və 

imkanlara malikdir. Azərbaycan Respublikasının zəngin təbii ehtiyatları 

ölkənin çiçəklənməsi və milli rifahın təmin olunması üçün perspektivlər 

açır, onu beynəlxalq  əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji 

təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. 

Azərbaycan Respublikasının və  tərəfdaş ölkələrin iqtisadiyyatlarının 

inkişafına artıq töhfə verən beynəlxalq  əhəmiyyətli nəqliyyat və 

kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru 

kəmərlərinin inşası region ölkələrinin  əməkdaşlığının bariz 

nümunəsidir. 

Ölkənin yerləşdiyi coğrafi  şərait ona mühüm üstünlüklər verməklə 

yanaşı, eyni zamanda, onu bir sıra təhlükəsizlik problemləri ilə  də 

üzləşdirir. Bu problemlərin  ən vacib və bariz nümunəsi Azərbaycan 

Respublikasının qonşu Ermənistan tərəfindən hərbi təcavüzə  məruz 

qalması  və bunun nəticəsində ölkə  ərazisinin bir hissəsinin işğal 

olunması  və  təxminən bir milyon azərbaycanlının məcburi köçkün və 

qaçqına çevrilməsidir. Təcavüz zamanı Azərbaycan Respublikasının 

vətəndaşlarına qarşı soyqırımı  və terror aktları daxil olmaqla, sülhə və 

insanlığa qarşı  ən vacib cinayətlər törədilmişdir və  zəbt olunmuş 

ərazilərdə transsərhəd mütəşəkkil cinayətkar, o cümlədən beynəlxalq 

terrorçu qruplar tərəfindən qeyri-qanuni fəaliyyət həyata 

keçirilməkdədir.  İndiki Ermənistan və  işğal olunmuş Azərbaycan 

Respublikasının  ərazilərində azərbayanlılara məxsus tarixi, mədəni və 




İlham A.Mazanlı_________________________________________________________ 

 

585 


 

arxeoloji abidələr kütləvi surətdə dağıdılmış, təbii sərvətlər talan 

edilmiş,  ətraf mühitə ciddi ziyan vurulmuşdur. Azərbaycan 

Respublikasının məruz qaldığı bu təcavüz onun hazırkı  təhlükəsizlik 

mühitində  və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində  əsas 

amildir. Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik 

mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli 

mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin 

qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin 

mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur. 

 

2. Azərbaycan Respublikasının milli maraqları 

Azərbaycan Respublikasının milli maraqları Azərbaycan xalqının 

fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin 

tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların 

məcmusundan ibarət olmaqla, aşağıdakılardır: 

* dövlətin müstəqilliyinin və  ərazi bütövlüyünün qorunması, onun 

beynəlxalq səviyyədə tanınmış  sərhədlərinin toxunulmazlığının təmin 

edilməsi; 

* Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, 

azərbaycançılıq ideyasının təşviqi; 

* vətəndaş  cəmiyyətinin formalaşdırılması, insan hüquq və  əsas 

azadlıqlarının təmin olunması; 

* demokratik və  vətəndaş  cəmiyyəti təsisatlarının inkişafı, qanunun 

aliliyi, asayişin təmini yolu ilə dövlətin funksiyala-rının yerinə 

yetirilməsinin gücləndirilməsi, əhalinin təhlükəsiz-liyinin qorunması; 

* beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional 

təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü 

beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş  əməkdaşlığın inkişaf 

etdirilməsi; 

* bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının 

təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması  məqsədilə daxili 

və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması; 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə