İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə223/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   219   220   221   222   223   224   225   226   ...   231

Sabahısı gün, bir müddət əvvəl qrafinya Ferronun yardımı ilə ilk 

məhkəmə  sədrliyinə  təyin  edilmiş  olan  Delbek,  Dervilə  aşağıdakı 

məktubu göndərmişdi. Bu məktubda təsəlli verəcək bir şey yox idi. 

“Mərhəmətli cənab! 

Qrafinya  Ferronun  ricasına  görə,  müştərinizin  sizin 

etimadınızdan son dərəcə sui-istifadə etdiyini və özünün qraf Şaber 

olduğunu  iddia  edən  adamın,  başqasının  adını  qeyri-qanuni  bir 

şəkildə mənimsəməyini boynuna aldığını sizə xəbər verirəm. 

Hörmətlər və sairə... 

Delbek”. 

-

 Namusuma and olsun, - deyə Dervil bağırdı, - dünyada hələ də 

axmaq  adamlar  var  imiş!  Heç  bilmirəm  nə  üçün  bizə  bu  qədər  dərs 

vermişlər? Alicənab bir insan olun, yaxşılıq edin və vəkilliklə məşğul 

olun,  heç  bir  fərqi  yoxdur:  yenə  də  sizi  aldadacaqlar.  Bu  iş  mənim 

üçün iki min frankdan artığa tamam oldu. 

Bu  məktubu  aldıqdan  bir  müddət  sonra  Dervil  məhkəmədə  bir 

vəkili axtarırdı. O, bu vəkillə bir iş haqqında danışmalı idi. Vəkil islah 

polisi idarəsində çalışırdı. Təsadüfən Dervil altıncı kameraya girdi. O, 

içəriyə girdiyi zaman, sədr, Giasint adlı bir nəfərin sər- sərilik üstündə 

iki  ay  həbsə  məhkum  edilməsi  haqqında  qərar  oxuyurdu.  İki  aydan 

sonra  bu  adam  Sen-Denidəki  yoxsullar  evində  qalmalı  idi.  Polis 

prefektlərinin məhkəmə təcrübəsində bu qərar ömürlük həbsə düşmək 

kimi bir şey idi. “Giasint” adını eşitdikdə Dervil iki jandarm arasında 

müttəhimlər skamyasında oturan adama baxdı. Həbsə məhkum edilən 

bu adam yalançı polkovnik Şaber idi. 

Qoca  əsgər  sakit  və  hərəkətsiz  bir  halda  oturmuşdu.  O,  dalğın 

görünürdü.  Cındır  paltarına,  üzündə  əks  olunmuş  yoxsulluğa 

baxmayaraq,  yenə  də  simasında  nəcib  bir  vüqar  var  idi.  Baxışında 

hakimin də diqqətini cəlb etmiş olan stoik bir ifadə var idi; lakin bir 

insan  məhkəmə  əlinə  düşər-düşməz,  statistiklərin  nöqteyi-nəzərincə, 

rəqəm  olduğu  kimi,  məhkəmə  nəzərində  də  artıq  müttəhim  olur, 

insanlıqdan  çıxaraq  hüquq,  yaxud  cinayət  məsələsinə  çevrilir. 

Mühakimə edilən bir yığın sərsəri ilə bərabər 

645 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

lazımi  yerə  göndərmək  üçün  qoca  əsgəri  dəftərxanaya  apardılar. 



Dervil məhkəmənin bütün şöbələrinə girmək üçün vəkillərə verilmiş 

olan ixtiyardan istifadə edərək, onu dəftərxanaya qədər ötürdü və bir 

müddət  onu  nəzərdən  keçirdi.  Qocanın  yanında  bir  neçə  maraqlı 

dilənçi  var  idi.  O  zaman  dəftərxananın  dəhlizi  qəribə  bir  mənzərə 

təşkil  edirdi.  Bədbəxtlikdən,  bunun  tədqiqi  ilə  nə  qanunvericilər,  nə 

filantroplar, nə rəssamlar, nə də yazıçılar məşğul olmuşlar. 

Bütün böhtan və iftira laboratoriyaları kimi, bu dəhliz də qaranlıq 

və  üfunətli  bir  otaq  idi.  Divarların  dibində  bədbəxt  müttəhimlərin 

oturmasından  sürtülüb  qapqara  qaralmış taxta  skamyalar  var  idi.  Bu 

zavallılar bütün ictimai cinayətlərin toplanış yeri olan bu otağa gələr 

və  heç  birisi  buradan  yaxasını  qurtara  bilməzlər.  Şair  buranı  görüb 

dilə gəlsəydi, bu qədər bədbəxt adamların keçdiyi bu dəhşətli xəndəyi 

işıqlandırmaq  üçün  gün  işığının  belə  həya  etdiyini  söylərdi.  Burada 

niyyət  edilmiş,  yaxud  yerinə  yetirilmiş  bir  cinayətin  sığınmamış 

olduğu bir yer, asanlıqla çıxarılmış və ilk cinayətə damğa basmış olan 

məhkəmə qərarının təsiri altında dərin bir yasa düşmüş və gilyotina, 

yaxud  intihar  ilə  bitən  bir  həyatı  başlamış  olan  insanların  addım 

basmadığı  bir  arşın  yer  belə  tapılmaz.  Paris  küçələrindən  yığılan 

bütün  səfillər  bu  sarımtraq  divarların  yanına  atılır.  Mücərrəd 

mütəfəkkir  olmayan  bütün  insanpərvər,  riyakar  yazıçıların  şikayət 

etdiyi  və  qabağını  almaqda  aciz  olduqları  bir  çox  intiharlara  burada 

bəraət  qazandırıla  bilərdi.  Bu  bəraət  isə  meyitxana,  yaxud  Qrev 

meydanı  dramlarına,  bir  növ,  müqəddimə  olaraq  bu  otaqda 

yazılmışdır. 

Polkovnik  Şaber,  dəhşətli  səfalət  mundirləri  geyinmiş,  mənalı 

üzlü, gah sakit oturan, gah da pıçıldaşan bu adamların arasında yenicə 

oturmuşdu. Otaqda, qılınclarını döşəmənin üzərində taqqıldadaraq üç 

jandarm gəzinirdi. 

Dervil qoca əsgərin qarşısında dayanaraq: 

-

 



Siz məni tanıyırsınızmı? - deyə soruşdu. 

Şaber ayağa duraraq: 

-

 

Bəli, cənab, - dedi. 



Dervil yenə yavaşcadan sözünə davam edərək: 

-

 



Əgər siz namuslu adamsınızsa, - dedi, - nə üçün mənə borclu 

qaldınız? 

646 

downloaded from KitabYurdu.org




Qoca  əsgər,  anası  tərəfindən  yasaq  edilmiş  bir  eşqdə  günahlan-

dırılan bir gənc qız kimi qıpqırmızı qızardı. 

Uca bir səslə: 

-

 



Necə?  -  deyə  soruşdu.  -  Madam  Ferro  sizin  pulunuzu  ver-

mədimi? 


-

 

Vermədimi?  -  deyə  Dervil  səsləndi.  -  O,  mənə  yalnız  sizin 



fitnəkar olduğunuzu yazmışdır. 

Polkovnik,  sanki,  bu  yeni  yalan  üçün  göylərə  müraciət  edərək, 

dəhşət və hiddətlə başını yuxarı qaldırdı. 

Utandığından yavaş bir səslə: 

-

 

Cənab,  -  dedi,  -  jandarmlardan  tələb  ediniz,  dəftərxanaya 



getmək  üçün  mənə  icazə  versinlər.  Mən  sizin  adınıza  bir  vəkalət- 

namə yazaram. Pulunuzun veriləcəyinə əminəm. 

Dervil  kiçik  zabitə  bir  neçə  söz  deyib,  öz  müştərisini  dəftərxa-

naya aparmaq üçün icazə aldı. Dəftərxanada Giasint qrafinya Ferroya 

bir neçə söz yazdı. 

-

 



Bu  məktubu  ona  göndərərsiniz,  -  dedi,  -  mənim  üçün  çəkdi-

yiniz xərcləri və mənə verdiyiniz borc pulu qaytararlar. 

Sonra əlini ürəyinin üstünə qoyaraq: 

-

 



İnanın  ki,  cənab,  -  dedi,  -  əgər  mənim  üçün  çəkdiyiniz  əziy-

yətlər  qarşısında  mən  sizə  təşəkkür  etmədimsə,  bu  təşəkkür  mənim 

qəlbimdədir.  Bəli,  bu  təşəkkür,  bu  böyük  və  sarsılmaz  təşəkkür 

burada  -  ürəyimdədir,  lakin  bədbəxt  adamlar  nə  edə  bilərlər?  Onlar 

yalnız sevə bilərlər. 

Dervil ondan soruşdu: 

-

 

Nə üçün siz özünüz üçün heç bir renta əldə etmədiniz? 



-

 

Bu  barədə  danışmayın,  -  deyə  qoca  əsgər  cavab  verdi.  -  Bir 



çoxlarının  məftun  olduğu  bir  zahiri  həyata  qarşı  nə  qədər  böyük  bir 

nifrət  bəslədiyimi  bilsəydiniz!  Mən  bir  xəstəliyə  tutulmuşam: 

bəşəriyyətə  nifrət  edirəm.  Napoleonun  müqəddəs  Yele-  na  adasında 

olduğunu xəyalıma gətirdikdə, mənim üçün bu dünyada heç bir şeyin 

əhəmiyyəti yoxdur. Mən artıq əsgər olmaq iqtidarında deyiləm, bütün 

bədbəxtliyim də bundan ibarətdir. Bundan başqa, - o, burada bir uşaq 

kimi  hərəkət  etdi,  -  insan  üçün  şıq  geyinməkdənsə,  öz  hisslərində 

zəngin olmaq daha yaxşıdır. Mən heç kəsin nifrətindən qorxmuram. 

Polkovnik yenə öz skamyasına qayıtdı. 

647 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə