Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə63/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   58   59   60   61   62   63   64   65   66

 
190 
parçalanmasını  tələfatın  artmasında,  Sabiq  Sovet  İttifaqı  və 
Yuqoslaviyanın  süqutunu  isə,  quruluşun  bağlı  olduğu  və  bu 
dərəcənin artmasından irəli gəldiyini hesab edir.  
Kohen 1991-ci ildə verilən tələfatlar əsasında dünya ölkələrini bir 
neçə  hissəyə  bölmüşdür.  Onlardan  bəziləri  Şimali  Amerika  kimi  ən 
az,  Cənubi  Amerika  və  Cənubi  Afrika  kimi  ölkələr  də  özünün  ən 
yüksək səviyyəsinə çatmışdır. O, bu on amili əsas götürərək, inkişaf 
və tənəzzülü onunla müqaisə edir:  
1.
 
Әldə olunan pulun miqdarı;  
2.
 
Kənd Təsərrüfatı məhsullarının istehsalı;  
3.
 
İstehsal olunan mallar;  
4.
 
İxracat;  
5.
 
İnkişaf məqsədilə aparılan təhqiqatlar; 
6.
 
Alimlərin sayı;  
7.
 
Mühəndislər;  
8.
 
Xarici bocların çoxalması;  
9.
 
Elmi mübadilə;  
10.
 
Edilən ixtiralar.  
 
Bütün  bunlar  isə  ya  ən  yüksək,  ya  yüksək,  ya  orta  və  ya  aşağı 
səviyyədə ola bilər.  
DÜNYANİN GEOPOLİTİK QURULUŞU 
Kohen  dünyanın  coğrafi  və  atmosfer  (ərazi)  baxımından 
özünəməxsus geopolitik quruluşu barədə açıqlama verir. Bu quruluş 
özünün ən yüksək dərəcəsində iqtisadi və ticari cərəyanlarda xüsusi 
diqqət  yetirilən  iki  böyük  geopolitik  əhatə  dairəsinə  bölünür.  O,  bu 
əhatə dairələrindən birini dünya ticarətinin demək olar ki 70%-ni öz 
ixtiyarında  saxlayan  dənizdən,  digərini  isə  dünya  ticarətinin  10%-ni 
öz  ixtiyarında  saxlayan  qitədən  asılı  olduğunu  hesab  edir.  Kohen 
belə  bir  əqidədə  olmuşdur  ki,  geopolitik  əhatə  dairələrinin  hər  biri 
bir  neçə  daxili  və  tarixi  bağlılıqlar  əsasında  özünəməxsus 
xüsusiyyətə  malik  olan  geopolitik  məntəqələrə  yiyələnirlər.  Quru 
geopolitik  əhatə  dairəsi  dedikdə,  o,  Avrasiyanın  böyük  bir  hissəsini 
və iki başqa geopolitik məntəqəni nəzərdə tutur: 


 
191 
1.
 
Sabiq  Sovet  İttifaqının  ərazisi  olan  Harteld  (dünyanın  ürəyi)  və 
Sibir; 
2.
 
Çin,  Monqolustan  və  Şimali  Koreyanın  ərazilərinə  daxil  olan 
Şərqi Asiya. 
Dəniz geopolitik əhatə dairəsi isə altı məntəqədən ibarət olan bir 
çox  Qərbi  Avropa,  Amerika,  Afrika,  Şərqi  Asiya  ölkələrinə  şamil 
olur. Onlar aşağıdakılardan ibarətdir: 
1.
 
Qərbi və mərkəzi Avropa
2.
 
Şimal hövzəsi (neft hövzəsi); 
3.
 
Cənubi Amerika; 
4.
 
Mərkəzi Amerikada Karib hövzəsi
5.
 
Avstraliya, Okeaniya və Asiyanın sahil əraziləri; 
6.
 
Cənubi Afrika (yeni məntəqə). 
Kohenin  nöqteyi-nəzərindən,  hər  bir  geopolitik  məntəqə 
daxilində  yüksək  geopolitik  mövqeə  malik  olan  və  məntəqəyə 
rəhbərlik edən regional qüvvələr fəaliyyət göstərir. Həmçinin, o belə 
bir  əqidədə  idi  ki,  qeyd  olunan  əhatə  dairəsində  beş  qüdrətli  ölkə 
yerləşmişdir  və  onlar  Amerika,  Rusiya,  Çin,  Yaponiya  və  Avropa 
birliyindən ibarətdirlər. 
Kohen  qeyd  olunan  iki  geopolitik  əhatə  dairəsindən  xaricdə 
özünəməxsus  xüsusiyyətə  malik  olan  üç  başqa  məntəqəni  təklif 
etmişdir və onlar aşağıdakılardan ibarətdir: 
1.
 
Cənubi Asiya;  
Müstəqil məntəqə olan bu ərazidə Hindistan qüdrətli ölkə hesab 
olunur.  Bu  geopolitik  məntəqə  hal-hazırda  dünya  ticarətinin  8-10%-
ni öz ixtiyarında saxlayır. 
2.
 
Şərqi Avropa;  
Kohen  bu  məntəqədə  yerləşən  dövlətləri  "Qapı”  (darvaza) 
ölkələri  adlandırır.  Quru  və  dəniz  geopolitik  əhatə  dairəsində 
yerləşən  bu  məntəqə,  gələcəkdə  əlaqələndirici  funksiyaya  malik 
olacaqdır. 
3.
 
Orta şərq məntəqəsi
Kohen  bu  məntəqəyə  "sındırıcı  kəmər"
1
  adı  vermişdir.  Onun 
əqidəsinə  görə,  bu  məntəqə  yuxarıda  adları  çəkilən  mühüm 
geopolitik əhatə dairələrinin rəqabət mərkəzinə çevrilmişdir.  
                                                 
1
 Sarter Belt 


 
192 
Kohen  özünün  əvvəlki  nəzəriyyəsində  Şərqi  Asiyanın  cənubunu 
və  Cənubi  Afrikanı  da  "sındırıcı  kəmər"  adlandırmışdır.  Lakin  belə 
bir əqidə də olmuşdur ki, Soyuq Müharibədən sonra bu iki məntəqə 
dəniz geopolitik əhatə dairəsinə üz tutmuş öz sındırıcı xüsusiyyətini 
itirmişlər.  Bunun  üçün  də  o  hal-hazırda  yalnız  Orta  şərqi  "sındırıcı 
kəmər" hesab edir. Kohen irəli sürdüyü  nəzəriyyədə daxili və xarici 
amilləri müəssir hesab edir. 
Xarici  amillər  bir  çox  hallarda  geostratejik  əhatə  dairəsində 
fəaliyyət  göstərən  qüvvələri  müşahidə  edir  və  bu  qüvvələr,  ABŞ, 
Rusiya və Avropa dövlətlərinə şamil olur. Tədriclə, Çin və Hindistan 
da onlara əlavə olunacaqlar. 
Daxili  amillər  ümumilikdə  Orta  şərqdə  -  İran,  Türkiyə,  İraq, 
Suriya,  İsrail  və  Misir  kimi  dövlətlərin  daxili  ziddiyyətlərini 
müşahidə edir. 
Kohen Orta  şərqin meydana  gəlib  və sındırıcı  xüsusiyyətə  malik 
olmasında fərdi və ya kütləvi fəaliyyətləri müssir hesab edir və onun 
həll olunması üçün lazımi tövsiyələr verir
1

1.
 
Məntəqədə  dövlətləri  bir-birlərinə  yaxınlaşdıracaq  ticari  birliyi 
yaradıb, onların fəaliyyətini genişləndirmək
2.
 
Orta şərqdə kütləvi qırğın silahlarının məhv olunması; 
3.
 
Orta şərqdə yüngül silahların çoxalması; 
4.
 
Məntəqədə  bir  ölkənin  başqa  ölkəyə  təcavüz  etməsinin  qarşısını 
almaq məqsədilə, Amerikanın onların işlərinə müdaxilə etməsi; 
Kohen  dünyanın  bəzi  məntəqələri  barədə  verdiyi  proqnozları 
belə açıqlayır: 
1.
 
Orta  şərq  keçmişdə  olduğu  kimi  sındırıcı  kəmər  olaraq 
qalacaqdır; 
2.
 
Müttəhid  Avropa,  bəlkə  də,  NATO-nun  bir  hissəsi  olaraq 
qalacaqdır;  
3.
 
Rusiya  əvvəlki  bağlılıqlar  əsasında  müştərək  mənafeli  ölkələrdə 
öz  nüfuzunu  artıracaq  və  Sovet  İttifaqının  başqa  bir  forması 
yenidən qorunub-saxlanılacaqdır; 
                                                 
1
  Belə  nəzərə  çarpır  ki,  bu  tövsiyələr  və  çıxış  yolları  Amerika  dövlətinin  diqqət 
mərkəzində  olmuşdur.  Çünki,  Amerikanın  məntəqədə  Orta  şərq  barədə  tətbiq 
etdiyi siyasət məhz bu nəzəriyyə əsasında qurulmuşdur. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə