Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə61/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   58   59   60   61   62   63   64   65   66

 
184 
Bu  nəzəriyyələrin  hər  birinin  məcmuəsi  altında  ayrı-ayrı 
nəzəriyyələr  irəli  sürülmüşdür  və  biz  onları  diqqətdən  keçirməyi 
zəruri  hesab  edirik.  Bu  səbəbdən,  XX  əsrdə  irəli  sürülmüş  və 
dünyada  əsaslı  dəyişiklərə  səbəb  olan  bəzi  məşhur  geopolitik 
nəzəriyyələrə ixtisarla işarə edirik. 
1-RATZELİN HӘYATİ ATMOSFER NӘZӘRİYYӘSİ (1895) 
Siyasi  coğrafiyanın  banisi  olan  Ratzel  Darvinin  təkamül 
nəzəriyyəsindən  mütəəsir  olmuşdur.  O,  "Canlı  varlıq  olan  dövlət" 
nəzəriyyəsini  irəli  sürərək,  onun  üçün  doğuş,  inkişaf,  yetginlik  və 
ölüm mərhələlərini təyin edir. Ratzel ölkəsinin inkişafı üçün enerji ilə 
təmin olunmasına təkid edir. Enerji dedikdə isə, coğrafi ərazi və təbii 
sərvətləri nəzərdə tutur. Ratzel ölkə ərazilərinin inkişafı üçün yeddi 
bənddən  ibarət  qanun  və  nizamnamə  müəyyən  edir  və  onlar 
aşağıdakılardan ibarətdir: 
1/1 Ölkənin inkişafında mədəniyyətin payına böyük pay düşür və 
hər  hansı  bir  ərazinin  ətraf  məntəqələrlə  olan  mədəni  asılığı,  ərazi 
birliyinə  yaxından  köməklik  edə  bilər.  Mədəniyyət,  ərazi  birliyi  və 
sıx  həmahəngliyə  səbəb  olan  bir  vasitədir  və  mədəniyyətdə  diqqət 
yetirilən 
dəyərləri, 
insanlar 
arasında 
birliyin 
möhkəmləndirilməsində istifadə etmək olar. 
1/2  Mədəniyyətlə  yanaşı,  ölkə  ərazisinin  genişlənməsinə  səbəb 
olan digər amillər də nəzərdə tutulmalıdır. Çünki yol və çay axarları 
kimi 
amillər 
insanlar 
arasında 
ictimai-iqtisadi 
əlaqələrin 
genişlənməsinə səbəb olur. 
1/3 Kiçik siyasi vahidlər (hissələr) tədriclə böyük siyasi vahidlərə 
cəzb olunub və onun bir hissəsinə çevrilir. 
1/4  Sərhədlər,  ölkənin  əhatə  dairəsini  təşkil  edir  və  sabitsizlik 
üzündən bəzi dəyişikliklərə məruz qalır. 
1/5  Güclü  dövlətlər  digər  ölkələrin  ərazilərini  ələ  keçirməkdə 
oranın  siyasi  və  strateji  dəyərlərinə  xüsusi  diqqət  yetirir  və  təbii 
sərvət,  habelə  strateji  mövqeə  malik  olan  ərazilərə  daha  çox 
əhəmiyyət verirlər. 
1/6  Ölkə  ərazisini  genişləndirmə  tərzi-təfəkürü  güclü  bir  baxışla 
başqalarına da sirayət edir.  


 
185 
1/7  Ölkə  ərazisinin  genişlənmə  tərzi-təfəkkürünün  artması,  kiçik 
dövlətlərə öz ərazilərini qoruyub-saxlamaq üçün necə və hansı yolla 
qüdrət əldə etməli olduqlarını öyrədir.  
Ratzelin irəli sürdüyü nəzəriyyələrə iradlar tutulmuş və onlardan 
bəziləri  xüsusilə  də  zəif  ölkələrin  güclü  ölkələrə  birləşərək  ərazinin 
bir  hissəsini  təşkil  etmə  nəzəriyyəsi  bu  günlər  heç  bir  etibar  (və  ya 
əhəmiyyət) kəsb etməyir. 
2-DӘNİZ QÜDRӘTİ NӘZӘRİYYӘSİ (1890) 
Bu nəzəriyyə 14 il Amerika dəniz ordusunda xidmət etmiş Alfred 
Mahan  tərəfindən  irəli  sürülmüşdür.  Mahan  dəniz  və  okeanlara 
nəzarəti qüdrət və iqtidarın mənşəyi hesab edir. O, belə bir əqidədə 
olmuşdur  ki,  dünyanın  açıq  suları  quruda  yerləşən  qüvvələri  idarə 
və  mühasirə  etməyə  imkan  verir.  Mahanın  təfəkkürünə  təsir  qoyan 
şey (və ya amil), su və quru ərazilərin yer üzərində necə yerləşməsi 
və  aralarında  olan  əlaqələr  olmuşdur.  O,  İngiltərənin  malik  olduğu 
dəniz  mövqeyyətinə  işarə  edərək,  dünyanın  bir  çox  məntəqələrinə 
hakim ola biləcəyini hesab edirdi. Eyni zamanda, Rusiyaya da özünə 
məxsus çətinliklərlə  quru ərazilərə  hakim olan  qüdrətli dövlət  gözü 
ilə  baxırdı.  Çünki  o  hər  zaman  dəniz  qüvvələrinin  mühasirəsində 
qala  bilərdi.  Bun  səbəbdən,  Rusiya  bu  çətinlikdən  yaxa  qurtarmaq 
üçün  Çində  Mançoriya
1
  vilayətindən,  İran  və  Әfqanıstandan  azad 
sulara yol tapıb həmin dəniz qüvvələrinin qarşısına sədd çəkməli idi. 
Mahan  Amerikanı  özünəməxsus  coğrafi  mövqeyinə  arxalanaraq, 
İngiltərənin  yerini  tuta  biləcək  yeganə  dövlət  hesab  edirdi.  Bu 
səbəbdən  də,  o  dövrün  Amerika  prezidentinə  lazımi  tövsiyələr 
edirdi. İki böyük okeanı yəni Sakit və Atlantik okeanlarını bir-birləri 
ilə  birləşdirən  Panama  kanalının  qazılmasını  və  beləliklə,  dəniz 
vasitəsinin  Amerikanın  şərqi  ilə  qərbi  arasında  olan  əlaqələri 
asanlaşdırmağı,  bəzi  mühüm  boğazları,  habelə  Sakit  Okeanda 
yerləşən Havay adalarının ələ keçirilməsi və sairi olunan tövsiyələrə 
misal çəkmək olar. 
Mahan  dəniz  qüdrətinə  yiyələnmək  üçün  bu  altı  şərti  zəruri 
hesab edirdi. 
                                                 
1
 Çinin şimali şərq Rusiya ilə sərhəd zolağında yerləşir. 


 
186 
1.
 
Dəniz mövqeinə yiyələnmək; 
Yəni ölkənin dəniz və okean kənarında yerləşməsi. 
2.
 
Uzun məsafəli sahilə yiyələnmək; 
3.
 
Gəmilərin  yan  ala  bilməsi  və  limanların  salınması  üçün  sahillərə 
yiyələnmək; 
4.
 
Dəniz  qüvvələrinin  təmin  olunması  üçün  ölkədə  kifayət  qədər 
əhalinin yaşaması; 
5.
 
Ölkədə dəniz və dənizçilik əhval ruhiyyəsinə malik olan əhalinin 
yaşaması; 
6.
 
Dənizçilik fəaliyyətinin genişləndirilməsi üçün dövlətlərin həyata 
keçirdikləri lazımi siyasətlər. 
Mahanın  irəli  sürdüyü  bu  nəzəriyyə  amerika  siyasətçilərinin 
diqqətini özünə cəlb və onları dəniz hegemonluğuna sövq edir. Hal-
hazırda ABŞ dünyanın ən güclü dəniz qüdrətinə malikdir və bunun 
üçün də dünyanın ən uzaq məntəqələrində belə öz siyasətini həyata 
keçirməyə lazımi şərait yaratmışdır. 
3-TORPAQ QÜDRӘTİ NӘZӘRİYYӘSİ (1904) 
Bu nəzəriyyə Helford Mekinder tərəfindən irəli  sürülmüşdür. O, 
İngiltərənin coğrafi  səltənət  təşkilatı  və bir  neçə  il  gəmiçilik  səltənət 
komitəsinə  rəhbərlik  etmiş,  12  il  İngiltərə  parlamentində  dövlət 
vəkili olmuşdur. Mekinder quru ərazilərə daha çox üstünlük vermiş 
və  onların  ələ  keçirilməsini  dünyaya  hegemonluq  hesab  etmişdir. 
Mekinderin  irəli  sürdüyü  bu  nəzəriyyə  "Harteld"  (yerin  ürəyi)  kimi 
daha  çox  şöhrət  tapmışdır  və  onun  özü  yer  kürəsini  üç  dairəyə 
bölmüşdür. 
1.
 
Volqa  ilə  Yenisey  çayları  arasında  yerləşən  məntəqə,  habelə 
cənubda  Alp  və  Әlborz  yüksəklikləri  və  şimaldakı  Şimal  buzlu 
okeanına şamil olan Avrasiya;  
Mekinderin  nəzərində  bu  coğrafi  ərazi  dəniz  qüvvələrinin 
ixiyarından  xaric  olan  bir  qala  idi.  Bunun  üçün  o  bu  məntəqəyə 
"Harteld"  və  ya  “Yerin  ürəyi”  adını  verir.  Hal-hazırda  bu  məntəqə 
mərkəzi Asiya və Sibir əraziləri hesab olunur. 
2.
 
Avrasiya, şimali Afrika, Avrasiyanın sahil və bir neçə yarımadanı 
əhatə edən daxili haşiyə


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə