İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə18/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   14   15   16   17   18   19   20   21   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  41 

 

linqvistik təminatı; 



 

hüquqi təminatı; 



 

təşkilati komponentləri (işçi heyəti); 



 

firmanın (müəssisənin) yeni təşkilati quruluşunu



 

işçi heyəti (ştatlar və s.). 



İdarəetmə  funksiyasının  həyata  keçirilməsi  dedikdə,  müəyyən  işgüzar 

nəticələrin  əldə  edilməsi  məqsədilə  bir  və  ya  bir  neçə  işçi  tərəfindən  yerinə 

yetirilməsi  nəzərdə  tutulan  xüsusi  və  daimi  vəzifə  borcları  (öhdəlikləri)  nəzərdə 

tutulur. 

İnformasiya  sisteminin  funksional  komponentləri  firma  (müəssisə) 

qarşısında  qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün  zaman  və  məkan  baxımından 

bir-birilə qarşılıqlı əlaqədə yerinə yetirilən idarəetmə işlərinin tam yığımından, yəni 

idarəetmə  funksiyaları  sistemindən  ibarətdir.  Həqiqətən  də  hər  hansı  mürəkkəb 

idarəetmə  funksiyası  bir  sıra  daha  kiçik  məsələlərə  bölünməklə  nəticə  etibarilə 

bilavasitə  icraçılara  çatdırılır.  Bütövlükdə  firma  (müəssisə)  qarşısında  son 

məqsədlərə nə dərəcədə nail olunması məhz ayrı-ayrı işçilər tərəfindən bu və ya 

digər tapşırığın necə yerinə yetirilməsindən asılıdır. 

Bütövlükdə idarəetmə prosesi həm müəssisə və ya onun quruluş bölməsinə 

xətti (məsələn, inzibati) rəhbərlik şəklində, həm də funksional rəhbərlik (məsələn, 

maddi-texnik  təminat,  mühasibat  uçotu,  nəzarət,  iqtisadi  təhlil  və  s.)  vasitəsilə 

həyata  keçirilir.  Ona  görə  də  informasiya  sisteminin  funksional  əlamət  üzrə 

quruluşu  idarəetmə  funksiyaları  sistemini  reallaşdıran  funksional  altsistemlər 

adlandırılan  ayrı-ayrı  hissələri  özündə  birləşdirir.  Funksional  əlamət  altsisteminin 

təminatını, onun  hansı fəaliyyət  dairəsinə  aid  edilməsini,  hansı  əsas məqsədləri, 

vəzifələri və funksiyaları yerinə yetirməsini müəyyən edir. 

Funksional altsistemlər xeyli dərəcədə informasiya sisteminin tətbiq sahəsin-

dən asılıdır. Obyektin xüsusiyyətindən asılı olaraq funksional altsistemlərinin sayı 

on addan çox ola bilər. 

Bəzi  funksional  altsistemlər  informasiya  sistemlərinin  tətbiq  sahəsinin 

müxtəlifliyinə baxmayaraq eyni qaydada adlandırılsa da, onlar daxili məzmununa 

görə müxtəlif obyektlərdə bir-birindən xeyli fərqlənir (məsələn, mühasibat uçotu 

və  hesabat  funksional  altsistemi  bütün  obyektlərdə  mövcud  olur).  Hər  bir 

funksional  altsistemin  spesifik  xüsusiyyətləri  altsistemin  tərkibinə  daxil  olan 

funksional məsələlərdə özünü göstərir. Bununla yanaşı yeni informasiya texnolo-

giyalarının meydana gəlməsi “məsələ” anlayışının daha geniş mənada baxılmasını, 

yəni  ona  bilavasitə  istehsal  prosesinin  gedişinə  idarəedici  təsirlərin  göstərilməsi, 

yaxud  qərarların  qəbul  edilməsi  üçün  idarəedici  heyətə  zəruri  informasiyanın 

verilməsini təmin edən iqtisadi informasiyanın işlənməsinin bitmiş kompleks kimi 

baxılmasını şərtləndirir. 

Beləliklə,  məsələyə  məlumatların  işlənməsi  sisteminin  elementi  kimi  deyil, 

bütövlükdə  idarəetmə  sisteminin  bir  elementi  kimi  baxılmalıdır.  İdarəetmənin 

funksional altsistemlərinin tərkibinə daxil olan funksional məsələlərin seçilməsi bir 

qayda olaraq idarəetmənin aşağıdakı bazalarına uyğun şəkildə aparılmalıdır: 




İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



42 

 



planlaşdırma; 

 



uçot, nəzarət və iqtisadi təhlil

 



tənzimləmə (icra). 

Planlaşdırma idarəetmənin elə bir funksiyasıdır ki, onun vasitəsilə idarəetmə 

obyektinin  gələcək  fəaliyyətinin  təşkil  edilməsi  üçün  planların  formalaşdırılması 

təmin edilir. 

Uçot, nəzarət və iqtisadi təhlil funksiyaları müəyyən dövr üçün idarə olunan 

obyektin  vəziyyəti  haqqında  zəruri  məlumatların  alınmasını,  plan  tapşırıqlarının 

yerinə  yetirilməsinin  gedişi  barədə  faktiki  məlumatların  əldə  edilməsini, 

kənarlaşmaların  səbəblərinin  müəyyən  edilməsini,  vəziyyətin  təhlil  edilərək 

qiymətləndirilməsini,  istifadə  edilməmiş  ehtiyatların  aşkara  çıxarılmasını  və  yol 

verilmiş  nöqsanların  aradan  qaldırılması  istiqamətində  təkliflər  hazırlanmasını 

təmin edir. 

Tənzimləmə (icra) funksiyasi isə obyektin fəaliyyətinin yaxşılaşdırılması üçün 

idarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsini nəzərdə tutur. 

Funksional  məsələlərin  təhlili  göstərir  ki,  mütərəqqi  texniki  vasitələrin  və 

informasiya  texnologiyalarının  tətbiqi  şəraitində  onların  praktiki  surətdə 

reallaşdırılması müxtəlif variantlarla həyata keçirilə bilər, yəni eyni bir məsələnin 

həlli  üçün  müxtəlif  iqtisadi-riyazi  üsullardan,  modellərdən,  alqoritmlərdən  və 

proqram texniki vasitələrdən istifadə edilir. 

Məlumatların  işlənməsi  sisteminin  əsas  funksiyası  onun  aşağıdakı  tipik 

əməliyyatlarının reallaşdırılmasından ibarətdir: 

 

informasiyanın  yığılması,  qeyd  edilməsi  və  informasiya  daşıyıcılarına 



köçürülməsi; 

 



informasiyanın saxlanma və təhlil edilmə yerinə ötürülməsi

 



informasiyanın  kompüterə  daxil  edilməsi,  ona  nəzarət  və  məlumatların 

kompüterin yaddaşında sistemli qaydada yerləşdirilməsi

 

maşındaxili informasiya bazasının yaradılması və aparılması; 



 

idarəetmə  obyektinin  funksional  altsistemləri  məsələlərinin  həlli  üçün 



informasiyanın hesablama maşınında emalı; 

 



texnoloji proseslərin birbaşa idarə edilməsi üçün siqnallar vasitəsilə digər 

sistemlərlə əlaqələrin yaradılması; 

 

lokal  və  qlobal  hesablama  şəbəkələrində  hesablama  prosesinin  təşkili  və 



idarə edilməsi. 

Məlumatların  təhlil  olunma  sisteminin  başlıca  təyinatı  müəssisədə  qərarlar 

qəbul  edən  müxtəlif  idarəetmə  orqanları  mütəxəssislərinə  zəruri  informasiya-

hesablama xidmətləri göstərilməsindən ibarətdir. 

Məlumatların  işlənməsinin  tipik  əməliyyatlarının  müəyyən  edilməsi,  onların 

reallaşdırılması üçün xüsusi proqram-aparat komplekslərinin yaradılmasına imkan 

verir.  Məlumatların  təhlil  olunması  sistemləri  aşağıdakı  üç  əsas  rejimdən  birində 

fəaliyyət göstərə bilər: 

 

paket; 



 

interaktiv; 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə