İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə19/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   15   16   17   18   19   20   21   22   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  43 

 

real vaxt miqyası.  



Paket  rejimində  tapşırıqlar  paketi  yerinə  yetirildikdən  sonra  məlumatların 

təhlil  edilməsi  və  alınmış  nəticələrin  istifadəçilərə  çatdırılması  xarakterik  hesab 

edilir.  Paket  rejimində  işləyən  sistemlərə  misal  olaraq  statistik  hesabatların 

işlənməsini,  vergi  orqanlarının,  kassa-hesablaşma  mərkəzlərinin,  bankların  və  s. 

sistemlərini  göstərmək  olar.  Paket  rejiminin  əsas  çatışmazlığı  istifadəçinin 

informasiyasının  işləməsindən  ayrı  düşməsi  hesab  edilir.  Bu  da  idarəetmə 

qərarlarının qəbul edilməsinin operativliyini aşağı salır. 

İnteraktiv  (dialoq)  iş  rejimində  istifadəçi  ilə  sistem  arasında  informasiya 

mübadiləsi  bilavasitə  həyata  keçirilir.  İstifadəçi  sorğunun  nəticəsini  nəzərdən 

keçirdikdən sonra qəbul edilmiş qərarı gələcəkdə təhlil etmək üçün sistemə daxil 

edir.  Dialoq  məsələlərinə  əmək,  material,  maliyyə  və  s.  resurslardan  istifadə 

edilməsinin çoxvariantlı tipik dialoq məsələlərini aid etmək olar. 

Sürətlə  gedən  proseslərin  və  fasiləsiz  texnoloji  proseslərin  idarə  edilməsi 

üçün real vaxt miqyası rejimində qlobal şəbəkələrdə məlumatların ötürülməsi və 

işlənməsi istifadə olunur. 

İnformasiya  sisteminin  təşkilati  komponentlərinin  müstəqil  istiqamət  kimi 

müəyyən  edilməsi  sistemin  uğurla  fəaliyyət  göstərməsində  insan  amilinin  (işçi 

heyətinin) xüsusi  əhəmiyyət  kəsb  etməsi ilə  şərtlənir. Yüksək  dəyərə  malik  olan 

məlumatların işlənmə sisteminin tətbiqindən əvvəl obyektin təşkilati quruluşunun, 

quruluş bölmələrində yerinə yetirilən idarəetmə funksiyalarının təkmilləşdirilməsi-

nə imkan verən, hər bir quruluş bölməsində ştat cədvəli və işçilərin say tərkibini 

müəyyən  edən,  məlumatların  işlənmə  sisteminin  fəaliyyəti  şəraitində  idarəetmə 

heyətinin  vəzifə  təlimatlarının  işlənib  hazırlanmasında  istifadə  edilən  üsul  və 

vasitələrin məcmusu başa düşülür. 

İnformasiya  sistemlərinin  tətbiqi  obyektlərin  təşkilati  quruluşunun 

təkmilləşdirilməsi  üçün  əlverişli  şərait  yaradır.  Belə  ki,  quruluş  bölmələri  üzrə 

idarəetmə  aparatı  işçilərinin  sayının  hesablamasından  başqa,  elmi  cəhətdən 

əsaslandırılmış qaydada müəyyən edilir. 

Bu zaman aşağıdakı problemlərin həlli həyata keçirilməlidir: 

 



hər bir işçinin müvafiq olduğu quruluş bölməsinə düzgün ad verilməsi; 

 



işçinin iş yükünün müəyyən edilməsi ilə yanaşı boşdayanma hallarına yol 

verilməməsi; 

 

məlumatların işlənmə sisteminin fəaliyyəti şəraitində (xüsusilə qəza halları 



baş verən zaman) heyətin vəzifə təlimatlarının işlənib hazırlanması. 

 

İNFORMASİYA SİSTEMLƏRİNİN İNKİŞAF MEYLLƏRİ 



 

İnformasiya sistemləri özünün  inkişafında  bir sıra  təkamül mərhələlərindən 

keçmişdir.  İnformasiya  proseslərinin  yerinə  yetirilməsi  və  avtomatlaşdırılması 

səviyyəsinə  görə  əl  əməyinə  əsaslanan,  avtomatlaşdırılmış  informasiya 

sistemlərində  informasiyanın  çevrilməsi  ilə  əlaqədar  bütün  əməliyyatlar  insan 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



44 

tərəfindən əl üsulları ilə və ya primitiv texniki vasitələrdən istifadə etməklə yerinə 

yetirilir.  

Avtomatlaşdırılmış  informasiya  sistemlərində  bütün  idarəetmə  funksiyaları 

(və  ya  məlumatların  işlənməsi  əməliyyatları)  mütərəqqi  hesablama, 

kommunikasiya  təşkilat  texnikası  vasitələrinin  köməyi  ilə,  habelə  insanın  da 

iştirakı  olmaqla  avtomatlaşdırılmış  üsullarla  yerinə  yetirilir.  Avtomatlaşdırılmış 

informasiya  sistemlərində  isə  bütün  idarəetmə  funksiyaları  və  məlumatların 

işlənməsi  prosesi  insan  iştirak  etmədən  texniki  vasitələrin  köməyi  ilə  avtomatik 

üsullarla həyata keçirilir. 

İnformasiya  sistemləri  və  texnologiyalarının  təkamülü  korporativ  biznesin 

yeni modellərinin inkişafı ilə o dərəcədə bağlıdır ki, bu proseslər çox zaman bütöv 

bir  vəhdət  təşkil  edir.  Müəssisələrin  və  şirkətlərin  informasiya  sistemlərinin 

səviyyəsinin yüksəldilməsinə daim cəhd göstərməsi yeni daha mükəmməl aparat 

və  vasitələrin  meydana  gəlməsini  stimullaşdırmaqla,  mövcud  informasiya 

sistemlərinə  həvəs  və  marağı  artırır.  Bunun  sayəsində  sahibkarların  bazar 

konyekturunda baş verən dəyişikliklərə daha tez reaksiya vermələri, minimal riskə 

getməklə  maksimum  mənfəət  götürmələri  mümkün  olur.  Uzun  müddət,  yəni 

keçən  əsrin  80-cı  illərin  ortalarına  qədər  (30  ilə  yaxın  bir  dövrdə)  məlumatların 

işlənməsinin  üstünlük  təşkil  edən  mərkəzləşdirilmiş  modeli  öz  yerini  sürətli  fərdi 

kompüterlərin lokal şəbəkələrinin bölgülü arxitekturasına verməsi nəticəsində son 

illərdə  sistemin  resurslarının  mərkəzləşdirilməsi  istiqamətində  xeyli  irəliləyişin 

olması  müşahidə  olunur.  İndiki  zamanda  özündən  əvvəlki  sistemlərin 

üstünlüklərini səmərəli şəkildə birləşdirən “müştəri-server” texnologiyasına xüsusi 

diqqət yetirilir. 

İnformasiya sistemlərinin təkamülü tarixini bir neçə mərhələlərə ayırırlar: 

 

birinci mərhələ 1960-1970-ci illəri əhatə etməklə mərkəzi EHM bazasında 



qurulmuş və “bir müəssisə - bir informasiyanı işləmə mərkəzi” prinsipi üzrə 

fəaliyyət göstərirdi; 

 

ikinci  mərhələ  1970-1980-cı  illəri  əhatə  edir.  Bu  mərhələdə  informasiya 



sisteminin  qeyri-mərkəzləşdirilməsinə  doğru  ilk  addımlar  atılır,  istifadəçilər 

mini  kompüterlərdən,  məlumat  bazalarının  yaradılması  və  idarə  edilməsi 

sistemlərindən və tətbiqi proqram paketlərindən istifadə edirdi; 

 



üçüncü mərhələ 1980-1990-cı illəri əhatə edir. Bu mərhələdə məlumatların 

bölgüsü  şəbəkə  işlənməsini,  kütləvi  surətdə  və  geniş  miqyasda  fərdi 

kompüterlərdən  istifadə  edilməsini  həyata  keçirir.  Çoxsaylı  iş  yerləri  vahid 

informasiya  sistemində  birləşir,  hesablama  şəbəkələri  və  məlumatların 

bölgülü  işlənməsi  mümkün  olur.  Serverlər  bazarı  kompüter  sənayesinin 

daimi  bölmələrindən  birinə  çevrilir,  tədricən  müştəri-server

 

ierarxik  modeli 



üstünlük təşkil edir. 

 



dördüncü  mərhələ  1990-cı ildən  sonrakı dövrü  əhatə  edir.  Bu  mərhələdə 

informasiya sistemlərinin əsas fərqləndirici cəhəti məlumatların işlənməsinin 

ierarxiya  prinsipi  üzrə  təşkili,  informasiya  sisteminin  yuxarı  səviyyəsində 

mərkəzləşdirilmiş işlənməsi, resursların vahid prinsip üzrə idarə edilməsinin 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə